KALVİNİ́ZM

[ xüs. addan] XVI əsrdə İsveçrədə Kalvin adlı şəxs tərəfindən təsis edilmiş protestant məzhəblərindən biri.
KALVİNİ́ST
KAM₂
OBASTAN VİKİ
Kalvinizm
Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul edilmişdir. Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Niderlandda yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər tanrıya yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır. Kalvinizm inancına görə insanlar qurtuluş üçün seçilmiş və seçilməmiş olaraq doğulurdular. İnanca görə, bu vəziyyəti dəyişmək mümkün deyildi.

Значение слова в других словарях