Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kampaniya
Kampaniya (lat. campania) — çoxmənalı termin: Hər hansı təxirəsalınmaz ictimai-siyasi vəzifənin (məs.: seçki kampaniyası) yerinə yetirilməsi üzrə tədbirlər sistemi; Müharibə gedişində ara məqsədə (strateji əməliyyatlar və digər hərbi fəaliyyət formaları da daxil olmaqla) nail olunan mərhələ (məs.: Fransa kampaniyası); İstehsal işləri dövriyyəsi və ya kompleksi (məs.: əkin kampaniyası); Kampaniya — İtaliya muxtar vilayətlərindən biri.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Culyano in Kampanya
Giugliano in Campania (qısa şəkildə "Giugliano") — İtaliyanın cənub-qərbində Campania regionunun Napoli vilayətində şəhər. Napoli metropoludan yerləşmiş sahəsi içindədir. İtaliyada 100.000 nəfərdən çox əhalisi olub, vilayət mərkəzi olmayan yeganə şəhərdir.
Xocalıya ədalət (kampaniya)
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Kampanyak
Kampanyak (fr. Campagnac, oks. Campanhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12047. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 45 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 270 yaş arasında (15–64 yaş arasında) 201 nəfər iqtisadi cəhətdən fəal, 69 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 74,4%, 1999-cu ildə 74,8%).
Zappania
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Kamança
== Musiqi alətinin yaranması ilə bağlı rəvayət == Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Lippia:The Plant List saytında takson barədə məlumat.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Euphorbia kamponii
Euphorbia kamponii (lat. Euphorbia kamponii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Jan Kambanda
Jan Kambanda — 1994-cü il Ruanda soyqırımının başladığı vaxtdan etibarən Ruanda müvəqqəti hökumətinin Baş naziri, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 1951-ci ildə qüvvəyə minməsindən sonra soyqırım cinayətində təqsirləndirilən yeganə hökumət başçısı. 1994-cü ilin aprelində müxalifətçi Respublikaçı Demokratik Hərəkat Partiyasının Butare bölməsinin vitse-prezidenti olmuşdur. == Cinayət məsuliyyəti == Kambanda 18 iyul 1997-ci ildə Nayrobidə tutulmuş və Ruanda Beynəlxalq Cinayət Tribunalına verilmişdir. Dövrün hökumət başçısı Kambandanın üzərinə soyqırımdan xilas olmuş uşaqları xəstəxanada olduqları müddətdə qorumaq vəzifəsi qoyulmuşdu. Lakin bu vəzifəsini qəsdən yerinə yetirməmiş, laqeydlik göstərmiş və sonda onun soyqırım cinayətini törətdiyi təsbit edilmişdir. Burada Kambandanın uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, Məhkəmənin təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini də asanlaşdırmışdır. Kambanda ittihamnamədə soyqırım cinayətindən insanlıq əleyhinə cinayətlərə qədər altı müxtəlif əməli törətməkdə təqsirli bilinmişdi və 1 may 1998-ci ildə bu ittihamı qəbul etmiş, nəticədə Ruanda Məhkəməsi 4 sentyabr 1998-ci ildə bu cinayətlərə görə Kambandanı ömürlük azadlıqdan məhrum etmişdir. Ruanda Məhkəməsinin Kambanda işində qeyd etdiyi soyqırım cinayətinin "cinayətlərin cinayəti" olması və buna baxmayaraq insanlıq əleyhinə cinayətlərlə müqayisədə tətbiq olunacaq sanksiya baxımından bu qrup cinayətlərin də daha az ağır qəbul edilə bilməyəcəyi səbəbiylə fərqli olmayacağı fikri, bu Məhkəmənin digər işlərində nümunə olaraq qəbul edilmiş və tətbiq edilmişdir.
Kampanyak (kanton)
Kampanyak (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1205. Kampanyak kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Kampanyak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 760 nəfər təşkil edirdi.
Zappania crassifolia
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Zappania jamaicensis
Stachytarpheta jamaicensis (lat. Stachytarpheta jamaicensis) — minaçiçəyikimilər fəsiləsinin stachytarpheta cinsinə aid bitki növü. == Sinonim == Abena jamaicensis (L.) Hitchc. Stachytarpheta bogoriensis Zoll. & Moritzi Stachytarpheta indica var. jamaicensis (L.) Razi Stachytarpheta jamaicensis f. atrocoerulea Moldenke Stachytarpheta jamaicensis var. longifolia Hiern Stachytarpheta jamaicensis f. monstrosa Moldenke Stachytarpheta jamaicensis f. parviflora Moldenke Stachytarpheta pilosiuscula Kunth Valerianoides jamaicense (L.) Kuntze Valerianoides jamaicense (L.) Medik.
Zappania nodiflora
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Zappania repens
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Zappania suberosa
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Fragaria campana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Lidia Kopania
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Saleh Kamrani
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "AzNews TV" televiziyasının təsisçisi. == Həyatı və fəaliyyəti == Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib. Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir.
Tamania chardonii
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və İFL Çempionatının "Börnli" klubunun hazırkı məşqçisi.
Elyar Kamrani
Moharram (Elyar) Kamrani (1979, Əhər, Şərqi Azərbaycan ostanı) Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiridir. == Həyatı == Elyar Kamrani 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan doğuldu. İlk və orta məktəbini Əhər şəhərində bitirib və 1998-ci ildə Urmiya Universitetində baytarlıq üzrə təhsil almağa başlayır. 2005-ci ildə doktorantura təhsilini bitirdi və 2013-cü ildə Əhər Azad universitetinin hüquq fakültəsinə daxil olur və 2016-cı ildə məzun oldu. == Siyasi fəaliyyəti == Elyar Kamrani məktəb illərində şəhər qəzetlərində məqalələr yazırdı və universitetdə oxumağa başlayanda siyasi-ictimai fəaliyyəti daha da artdı və bir İnsan hüquqları müdafiəçisi olaraq tanınmağa başladı, o cümlədən "Ustad Şəhryar Kanunu", "Səttar Xan Konfransı", "Nizami Gəncəvi Qurultayı"nda şirkət etmişdir. Bir neçə jurnalda, o cümlədən "Baxış", "Oyanış", "Ölkə", "Yaşıl" və bir çox başqa nəşrlərdə məqalələr yazıb dərc etdmişdir. Həmçinin "Baxış", "Oyanış" jurnallarının məsul direktoru və redaktoru olmuşdur. Elyar Kamrani həm də "Azərbaycan Tələbə Nəşrləri Mərkəzi"nin mərkəzi şurasının təsisçisi və üzvü olubdur. ==== Həbs edilməsi ==== 2004-cü ildə qardaşı Saleh Kamrani ilə birlikdə Babək qalası Qurultayının ildönümü ərəfəsində Urmiya şəhərində gözaltına alınır. Bundan sonra o, müxtəlif mərasimlərdə, o cümlədən 2005-ci ildə həbsə məhkum edilib.