Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapel körpüsü
Kapel körpüsü — İsveçrədə körpü. Avropanın ən qədim körpülərindən biridir. == Tarixi == Körpü 1333-cü ildə tikilmişdir. == Quruluşu == Lüsern şəhərində yerləşən bu körpü öz dizaynı ilə unikaldır. Bu körpü çarpaz şəkildə Roys çayını ikiyə ayırır. Kənarları taxtalarla əhatə olunmuşdur. == Yanğın == Körpü daxildən ölkədə baş verən tarixi hadisələri əks etdirən XVII əsrin rəsm əsərləri ilə bəzədilmişdi. Lakin 18 avqust 1993-cü ildə baş vermiş yanğında rəsmlərin demək olar ki, hamısı yanmışdı. Bu yanğında körpünün 2/3 hissəsi və 110 rəsm əsəri məhv oldu. Bu rəsmlərin bəzilərinin 1611-ci ilə aid olduğu bildirilir.
Kabel
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…] – 25 dekabr 1938[…]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Floranten-la-Kapel
Floranten-la-Kapel (fr. Florentin-la-Capelle, oks. Florentinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12103. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 328 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 197 yaşda (15-64 yaş arasında) 131 nəfər İqtisadi cəhətdən fəal, 66 nəfər hərəkətsiz idi (fəaliyyət göstərici 66.5%, 1999-cu ildə bu 69.9% idi).
La-Kapel-Balaqye
La-Kapel-Balaqye (fr. La Capelle-Balaguier, oks. La Capèla de Balaguièr) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12053. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 279 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 165 nəfər arasında (15-64 yaş arasında) 112 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.9%, 1999-cu ildə bu 61.5%).
La-Kapel-Ble
La-Kapel-Ble (fr. La Capelle-Bleys, oks. La Capèla Blèis) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ryopeyru kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12054. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 391 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 213 nəfər (15-64 yaş) arasında 156 nəfər iqtisadi fəal, 57 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.2%, 1999-cu ildə bu göstərici 69.2%).
La-Kapel-Bonans
La-Kapel-Bonans (fr. La Capelle-Bonance, oks. La Capèla Bonança) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12055. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 89 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 57 yaşdan yuxarı (15-64 yaş arasında) 46 nəfər iqtisadi cəhətdən fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 80,7%, 1999-cu ildə 75.5%).
Fiberoptik kabel
Fiber optik kabel - kimi tanınan optik lif kabeli elektrik kabelinə bənzər bir qurğudur, ancaq işığın keçirilməsi üçün istifadə olunan bir və ya bir neçə optik lifdən ibarətdir. Optik fiber elementləri tipik olaraq xüsusi plastik təbəqələrlə örtülmüş və kabelin yerləşdiriləcəyi mühit üçün uyğun bir qoruyucu boru içindədir. Müxtəlif tipli kabellər müxtəlif məsafələr üçün istifadə olunur, məsələn, uzun məsafəli telekommunikasiya və ya binanın müxtəlif hissələri arasında yüksək sürətli məlumat bağlantısı təmin etmək üçün. == Dizayn == Optik fiber iki arasındakı qırılma indeksindəki fərq səbəbiylə ümumi daxili əks üçün seçilən bir əsas və bir örtük qatından ibarətdir. Praktik liflərdəki örtük adətən bir qat akrilat polimeri və ya polimidlə örtülür. Bu örtük lifi zədələnmədən qoruyur, lakin optik dalğa toxuması xüsusiyyətlərinə kömək etmir. Fərdi örtüklü liflər (ya da lentlər və ya bantlar halında formalaşan liflər) kabel gövdəsini yaratmaq üçün ətrafında ekstrüde edilmiş sərt bir qatran tampon qatına və ya əsas boruya malikdirlər. Kabelin formalaşdırılması üçün tətbiqi asılı olaraq bir neçə qat qoruyucu örtük əlavə edilir. Sert liflər bəzən liflər arasındakı yüngül söndürən ("qaranlıq") şüşə qoyur, bir lifdən başqa bir sızma sızan işığı qarşısını almaq üçün. Bu elyaflar arasında çapraz müzakirəni azaldır və ya lif paketinin görüntüləmə proqramlarında işıq yaradır == İmkanlar və bazar == 2012-ci ilin sentyabr ayında NTT Yaponiya 50 km məsafədə 1 saniyədə 1 ədəd (1015bit / s) köçürmə qabiliyyətli bir fiber kabel nümayiş etdirmişdir Müasir fiber kabellər bir kabeldəki min fiberə qədər, terabaytlarda potensial bant genişliyi ilə saniyədə ola bilər.
Huqo Kapet
Huqo Kapet (940, Durdan[d], Fransa metropoliyası – 24 oktyabr 996, Les Juifs[d]) — əvvəlcə frankların hersoqu (960–987), sonra onların kralı (987–996), Kapetinqlər kral sülaləsinin banisi. Qısa hakimiyyəti dövründə o, taxt-tac üçün Karolinqlər sülaləsinin son nümayəndələri ilə və Reyms arxiyepiskopluğu uğrunda Müqəddəs Taxt-tacla mübarizə aparmaqla məşğul olmuşdur. == Həyatı == === Mənşəyi === Ata tərəfdən Huqo Kapet Robertinlərin nəcib bir Frank ailəsindən idi. Frank əyalətindəki bir çox digər böyük ailələr kimi, sülalə də Karolinqlərin əcdadları olan Pipinidlərin ailə mülklərinin yerləşdiyi Reyn və Meuse çayları arasındakı ərazidən gəlir. Robertinlərin əcdadları, bu dairənin digər nümayəndələri kimi, hökmdarlarla qohumluq əlaqələri ilə bağlı idilər, onlar faktiki olaraq say vəzifələrini miras aldılar və gücləri, digər şeylər arasında, böyük monastırlara arxalanırdı. Həmçinin Robertinlərin əcdadlarının ixtiyarında ya onlara məxsus olan, ya da qrafın vəzifəsinə şərəf kimi bağlı olan geniş torpaqlar var idi. Hakimiyyətinin əsasını qoyan Robertinlər sülaləsinin banisi, indiki ən çox yayılmış versiyaya görə, Vormsqau qrafları ailəsindən olan Güclü Robert idi. O, əcdadlarının Reyn mülklərindən Neustriyaya köçdü və burada geniş və zəngin mülklər aldı. Onlar tək bir torpaq kompleksini təmsil etmirdilər və ilkin olaraq adı yox idi. Şərti olaraq, onlara "Robertine Dövləti" deyilir.
Kabel modemi
Kabel modemi adi telefon modemindən verilənləri daha sürətlə ötürməsinə görə fərqlənir (500 Kbit/san-dən 10 Mbit/san-dək), ancaq gerçək ötürülmə sürəti həmin kabeldə paralel işləyən istifadəçilərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kamel Daoud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.
Karel Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Karel Eytinq
Karel Eytinq (11 fevral 1998-ci ildə Amsterdamda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Klub karyerası == === Yonq Ayaks === Eytinq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 12 avqust 2016-cı ildə etmişdir. O, Almere Siti klubu ilə qarşılaşmada bütün 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Almere Sitiyə 4–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 2 Aprel 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Karel Fabrisius
Karel Pietersz. Fabrisius (Hollandiya: Carel Fabritius; ən geci 27 fevral 1622 – 12 oktyabr 1654[…], Delft, Hollandiya qraflığı) — hollandiyalı rəssam. Rembrandtın şagirdi olmaqla bərabər Amsterdamdakı studiyasında çalışıb. Delft məktəbinin üzvü olan Fabrisius öz bədii üslubunu inkişaf etdirdi və perspektiv və işıqlandırma ilə sınaqdan keçirdi. Əsərləri arasında Delft mənzərəsi (1652), Qızılfinç (1654) və Sentry (1654) də var. == Həyatı == Karel Pietersz. Fabrisius 1622-ci ilin fevral ayında Hollandiya Respublikasındakı on yaşlı Bemster polderində yerləşən Midenbeemster kəndində anadan olmuş və həmin ilin 27 fevralında vəftiz edilmişdir. O, bir rəssam və məktəb müəllimi Peter Karelsz-in oğlu idi.Onun iki kiçik qardaşları Barent və Johannes vardı, onlar da rəssam oldu. Əvvəlcə dülgər kimi çalışdı. 1640-cı illərin əvvəllərində qardaşı Barent ilə birlikdə Amsterdamdakı Rembrandt studiyasında oxudu.
Karel Pik
Karel Pik (esperanto: ''Karolo Piĉ''; 6 dekabr 1920, Litomişl[d] – 15 avqust 1995, Litomişl[d]) — Çexiya esperantisti. Esperanto Akademiyasının üzvü, esperanto dilində qısa hekayələr, esse, şeir və roman yazan şair və yazıçı.Karel Peak esperanto dilində yazan məşhur və nüfuzlu əsərlər müəllifi idi. O, esperanto dilinə çoxlu neologizmlər gətirdi və işlətdi, hansıların ki bir çoxu müzakirələrə səbəb olmuşdular. Neologizmlərdən başqa, esperanto dilinin eksperimental istifadəsi ilə də tanınırdı. Bəzi esperantistlərin sözlərinə görə, Pik təcrübələrində o qədər irəliləmişdir ki, esperanto əvəzinə özünün icad etdiyi başqa dili istifadə edirdi. Onun ən məşhur əsəri, dilçilik təcrübələrini özündə cəmləşdirən "La Litomiŝla tombejo" (Litomişl qəbiristanlığı) (1981) adlı yarı avtobioqrafik romanıdır. Elə özü də, doğma şəhəri Litomişlda yerləşən həmin qəbiristanlığda dəfn olunmuşdur. Məzar daşının üzərində çex dilində "Esperantský spisovatel" ("esperanto yazıçısı") sözləri yazılmışdır. Esperanto dilində yazan Şotlandiya yazıçısı, şair və tərcüməçi Uilyam Old Pikin romanını esperanto dilinin klassik əsərləri siyahısına daxil etmişdir. == Nəşrləri == Qısa hekayələri Ekkrioj de Georgino Fabeloj el transe La Davida harpo Aboco AngoroNovellalar La Litomiŝla tombejo Ordeno de verkistoj Mistero de tri unuoj La Bermuda triangulo (Bermud üçbucağı) KlaĉejoMəqalələr La granda superstiĉoEsselər Kritiko kaj recenzistiko en Esperanto La interna vivo de Esperanto Esperantaj neologismoj (Esperanto neologizmləri, Esperantista 1949, pp.
Karel Poborski
Karel Poborski (çex. Karel Poborský; d. 30.3.1972) — çex futbolçu.
Karel Vasak
Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis. == Həyatı == Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır. 1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri, sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.Vasak 1982-ci ildə İnsan Hüquqlarının Beynəlxalq Ölçüləri (ISBN 0-313-23394-2) adlı kitabın redaktoru olmuşdur.
Karel bərzəxi
Karel bərzəxi — Fin körfəzi və Ladoqa gölü arasında yerləşir. Bərzəxin cənub sərhəddi Neva çayı, şimal sərhəddi isə Vıborq şəhəri ərazidindən keçir — Lelinqrad vilsyəti ilə Kareliya Respublikası arasında. Şimal en dairəsi 61°21’ və 59°46’, şərq enliyi 27°42’ və 31°08’. Bərzəxin şimaldan cənuba uzunluğu 150—180 km, şərqdən qərbə eni isə 55—110 km təşkil edir. Bərzəxin ən hündür nöqtəsi Kivisyorya dağıdır. Hündürlüyü 203,7 m təşkil edir. XX əsr məlumatlarına görə— 206 m, Finlandiya topoqraflarına görə — 205 m Böyük Sovet Ensiklopediyasında verilən məlumata əsasən — 201 m), Novojılova qəsəbəsi yaxınlığında yerləşir. İnzibati cəhətdən Sankt-Peterburq şəhərinin Kurortnı, Primorski, Vıborqski, Kalinski, Krasnoqvardeyski və Nevski, Lelinqrad vilayətinin Priozerski, Vıborqski və Lenoblastın Bsevolojski rayonları ərazisində yerləşir.
Karel dili
Karel dili (karjalan kieli) — Baltikyanı-fin dilləri qrupuna daxil olan karellərin dili. Bu dildə təqribən 33 min nəfər (2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə), o cümlədən Rusiyada — 25,6 min nəfər, Kareliya Respublikasında — 15 min nəfərdir. Karel dilində zəngin şifahi-poetik ənənə vardır. Bu dildə fin linqvisti Elias Lyonnpot (1802—1884) tərəfindən toplanaraq tərtib edilmiş «Kalevala» dastanı vardır. == Ədəbiyyat == Зайков П. М., Ругоева Л. И. Карельско-русский словарь (северно-карельские диалекты) Около 9 000 слов / Петрозаводск: Периодика, 1999. — 224 с.
Karel İrakoze
Koaksial kabel
Koaksial və ya qısaca "koaks" kabel, (ing. Coaxial cable) əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunan kabel növü. == Təsviri == Koaksial kabel mərkəzdə ötürən sim, kabelin çölündə bir plastik təbəqə, onun üstündə tor şəklində qoruma teli, ən çölündə yumşaq rezin çöl örtük olan bir kabel növüdür. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itkiyə məruz qala bilər. Şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır.
Lentşəkilli kabel
Lentşəkilli kabel (ing. ribbon cable) - lentşəkilli kabel, yastı kabel – bir yastı paket-lentdə birləşdirilmiş 8’dən 100’dək naqildən ibarət dəst; adətən, həm verilənlərin, həm də idarəedici siqnalların parallel ötürülməsini təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sabrin Kamel
Sabrin Kamel (1 yanvar 1981) — Misirli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Misiri təmsil edir. Sabrin Kamel dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kapil Dev
Kapil Dev Ramlal Nikhanj (6 yanvar 1959, Çandiqarh) — Hindistanlı keçmiş kriketçi. O, orta sürətli melon oyunçu və sərt vuran orta dərəcəli vurucu idi. 2002-ci ildə Wisden tərəfindən Əsrin Hindistan Kriketçisi seçilmişdir. Dev, 1983 Kriket Dünya Kubokunu qazanan Hindistan kriket komandasının kapitanı idi və bu müddətdə Kriket Dünya Kubokunu qazanan ilk Hindistan kapitanı oldu və hələ də hər hansı bir komanda üçün Dünya Kubokunu qazanan ən gənc kapitandır (24 yaşında). 1994-cü ildə, test kriketində ən çox qol vuran dünya rekorduna sahib olduğu zaman təqaüdə çıxdı, daha sonra 2000-ci ildə Kortni Uolş tərəfindən bu rekord qırıldı. O dövrdə həm də əsas test kriketdə və ODI-də Hindistanın ən yaxşı bombardiri idi. 200 ODI topu vuran ilk oyunçudur. O, kriket tarixində 400-dən çox qol (434 qol) vuran və Testlərdə 5000-dən çox qaçış edən yeganə oyunçu kimi kriket tarixində ən yaxşı hərtərəfli oyunçulardan biridir. Devin hərtərəfli oyunu, onu oyunu oynayan ən böyük hərtərəfli oyunçulardan biri hesab edən Sunil Qavaskar da daxil olmaqla kriket oyunçuları tərəfindən yüksək qiymətləndirilir. O, 1999-cu ilin sentyabrından 2000-ci ilin sentyabrına qədər Hindistan millisinin məşqçisi olub.
Yozef Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…] – 25 dekabr 1938[…]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.