Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Kapisa vilayəti
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Fahişə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.
Hadisə
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Kapitel
Kapitel (lat. caput «baş») — sütunun və ya pilyastranın yuxarı, yekun elementini təşkil edir. Kapitel abaka və exindən ibarət olur. Abaka adətən düzbucaqlı piltə formasında, exin isə daha iri və yastıq formasında olur. Hər bir memarlıq orderi üçün ayrıca kapitel tipi uyğun gəlir. == Kapitelin hissələri == Hər bir kapitelin əsas 3 hissədən ibarətdir: 1) Abaka. 2) Exin. 3) Boyun. Bu hissələr özləridə ikinci dərəcəli hissələrə bölünür. Sadə kapitel (dorik) abaka və exindən ibarətdir.
Kapsid
Kapsid — genetik materialını ehtiva edən virusun zülal zərfidir. Protomerlər deyilən bir neçə oliqomerik (təkrarlanan) struktur alt hissədən ibarətdir. Fərdi zülallara uyğun gələn və ya uyğun gəlməyən müşahidə edilən üç ölçülü morfoloji alt birləşmələrə kapsomerlər deyilir. Kapsidi təşkil edən zülallara kapsid zülalları və ya viral zərf zülalları (VCP) deyilir. Kapsid və daxili genoma nukleokapsid deyilir . Kapsidlər quruluşlarına görə geniş şəkildə təsnif edilir. Əksər viruslarda zəncir və ya ikozahedral kapsid var. Bakteriofaqlardakı kimi bəzi viruslar elastiklik və elektrostatik məhdudiyyətləri səbəbindən daha mürəkkəb quruluşlar inkişaf etdirmişdir. 20 bərabər tərəfli üçbucaqlı üzə sahib olan icosahedronun forması bir kürəyə yaxınlaşır, spiral forması isə bir silindr boşluğunu tutur, lakin silindrin özü deyil, yay şəklini xatırladır. Kapsid kənarları bir və ya daha çox zülaldan ibarət ola bilər.
Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması.Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər. Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır.
Kasike
Qapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. == İstinadlar == == Ədəbiyyat == Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
Ayişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, xəlifə Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.
Al Kapone
Al Kapone, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1889 — 25 yanvar 1947) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 — 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 — 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Amavratik hadisə
Amensalizm — özü xeyir verməyən və başqa populyasiyaya birtərəfli ziyan vuran yaşayış forması. == Ümumi məlumat == Su hövzələrinin dibində yaşayan xərçənglər çox vaxt torpağı qarışdırmaqla oradakı yosunların inkişafına mənfi təsir göstərirlər. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsirdə olan növlərdən biri üçün birgə yaşama mənfi nəticə göstərir. Digər növ isə ondan nə fayda alır, nə də zərər çəkir. Daha çox bu formada olan qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Ağoğlan qapısı
Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncə və İrəvan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir."Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə ( (rus.)) əlavə edilmiş yol xəritəsinə görə Şuşa qalasını Ağoğlan qəsri ilə məhz bu qapıdan çıxan kəndlərarası yol birləşdirirdi. Bu qapının mənbələrdə xatırlanan digər bir adı isə Topxana qapısıdır.
Bapisa (qevoq)
Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq. == Coğrafiya == Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu. Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi. Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi. == İqtisadiyyat == Düyü qevoqun əsas qida mənbəyidir.
Brandenburq qapısı
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Gəncə qapısı
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Hadisə (ad)
Hadisə