Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabadüz
Kabadüz (ing. Kabadüz) — Ordu ilinin ilçəsi. Mələt çayının şərqində mövcud şərqi Qara dəniz hissəsində, 2 belde, 12 kənd və 5 məhəlləsi olan ilçədir. İlçənin ərazisi 340 km² əhatə edir. 1870-ci ildə kənd olan Kabadüz 31 dekabr 1987-ci ildə bələdiyyə statusu alaraq bir qəsəbəyə çevrildi. 1990-cı ildə ilçə oldu. Kabadüz Ordunun 21 km cənubunda, 600 m hündürlük bir silsilədə yerləşir. Xalqının əksəriyyətini Xorasan türkmənləri təşkil edir. Mahalın yüksək yaylaları və bu yaylalardakı otlaqlar heyvandarlığın inkişafına kömək edir. Mahalda parnik, ceviz və kivi becərilməsi də inkişaf edir.
Karabük
Karabük — Türkiyənin Karabük ilinin inzibati mərkəzi.
Kəravuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Maratuz
MARATUZ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. == Toponimikası == Mənşəcə XIX əsrin əvvəllərində Naxçıvan ərazisində və Dərələyəzdə yaşamış kürd mənşəli (lakin mənbədə qeyd olunur ki, bu tayfa azərbaycanca danışır) Bozlu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən (Tart, Məmmədrzaqışlaq, Arınc, Ağkənd, Gidbaz. Gomuşxana, İstisu, Qaralar və) biridir. Toponimin mənşəyi barədə iki fikir ola bilər. 1. Ad türk dillərində məra "örüş yeri" və düz sözlərindən ibarətdir. Türk dillərində mar-"təpə" və atiz "iki arx arasında əkin yeri " sözlərindən ibarətdir.
Qarapul
Qarapul — İrəvanda qarapul adlanan mis pullar kəsilirdi. Dörd qarapul, yeddi rus mis qəpiyinə bərabər idi. == Mənbə == == Həmçinin bax == İrəvan xanlığı Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Karabük ili
Karabük ili — Türkiyədə il.
Karakul (Şaran)
Karakul (başq. Ҡаракүл, rus. Каракулька) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == == Tarixi == 1896-cı ildə Karakulda 9 həyət, 43 sakit (21 kişi, 22 qadın) vardı. 1920-ci ildə isə qəsəbədə 19 həyət və 117 sakin (52 kişi, 65 qadın) yaşayırdı. 1926-cı ildə Şaran rayonu Belebeevski kantonu Başqırdıstan MSSR aid idi. 1982-ci ildə kənd olaraq 40 sakinə sahib idi.
Karasun gölü
Karasun — Krasnodar şəhərində yerləşən göllər sistemi.Əvvələr Karasun çay olmuşdur. Sonradan bəndlər vasitəsi ilə gölə çevrilmişdir Karasun çayının və gölünün adı çərkəz (adıq) mənşəli olub "карапсын" (Кlуэрейпсын) — mənbə, bulaq, yerini dəyişən deməkdir. Yerini, yatağını dəyişən çayları belə adlandırırdılıar. == Ümumi məlumat == Müasir dövrdə Karasun göllər sisteminə 15 göl daxildir: İkisi Pokrovski gölləri ("Kuban" stadionu yaxınlığında), üçü Kalininski gölləri (Selezneva və Stavropol küçələri arasında yerləşir) və on Paşkovski gölləri. Bu ərazidə çay tamamilə bəndlərlə tutularaq göl hövzələrinə çevrilib. Göllərin sahili qamışlıqla örtülüb. Göl dibi qalın çöküntü qatına malikdir. 2000-ci illərdə Paşkovski göllərini genişləndirdilər. Bu məqsədlə 60 milyon rubl ayrılmışdır. Payız aylarında Novosibirsk vilayətindən Afrikaya gedən qağayılar göllər ərazisində dayanırlar.
Karatup yarımadası
Karatup yarımadası (qaz. Қаратүп) — Aral dənizinin şimal-şərqində, Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşən keçmiş yarımada. Aral dənizinin dayazlaşmasından əvvəl dəniz boyu uzunluğu (Böyük Sarışıqanak körfəzi tərəfdən) 42 km idi. Sahildəki relyef hündürlüyü 123 m-ə, mütləq maksimum hündürlüyü isə 190 m-ə çatırdı. Hazırda Aral dənizinin quruması səbəbindən yarımada və ona bitişik ərazilər səhradır.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Karabük Universiteti
Karabük Universiteti və ya KBU — 2007-ci ildə qurulmuş dövlət universiteti. Yerləşdiyi vilayətin Karabükun adını daşıyır. == Tarixi == Karabük Universiteti 5662 saylı “Ali Təhsil Qurumlarının Təşkili haqqında Qanunda və Ali Təhsil Müəssisələrində Akademik Kadrlar haqqında Qanunda dəyişiklik edilməsi haqqında” Qanunla və Baş Qərargah və Qaydalar haqqında Qanuna əlavə edilən cədvəllərlə yaradılmışdır. 28 may 2007-ci ildə o vaxtkı Prezident Əhməd Necdət Sezər tərəfindən təsdiq edilmiş 17 universitetdən biridir. == Kampusu == Karabük Universitetinin mərkəzi kampusu Dəmir-Çelik kampusudur. Burada bir çox fakültə, İnstitut, Araşdırma mərkəzləri, Olimpik üzgüçülük hovuzları, tennis kortu, futbol meydançaları, qapalı idman salonları, poçt şöbələri, banklar və bankomatlar, botanika bağları, məscidlər, pansiyonlar və yataqxanalar yerləşir. 25 min nəfərlik stadion və məscidin tikintisi 2013-cü ildə başa çatdırılıb. Arac çayı kampusun ətrafından keçir. === İdman === Kampusda Qapalı idman zalı ilə yanaşı basketbol meydançası, tennis kortu və voleybol meydançası da var. 25 min yerlik stadionun tikintisinə 2012-ci ildə başlanılıb və 2014-cü ildə başa çatdırılıb.
Rəşad Karagöz
Rəşad Karagöz (1975, Amasya) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Rəşad Karagöz 1975-ci ildə Amasya ilində anadan olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında gənclər qanadında qoşulub. CHP Amasya il gənclər qanadının sədri, CHP Amasya il İdarə Heyətinin üzvü, CHP Amasya ilçə sədri və CHP Amasya il sədri olub. 2023-cü ildə Amasya ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub. Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
Karpaz yarımadası
Karpaz (yun. Καρπασία, türk. Karpaz) — Kipr adasının şimalında yerləşən yarımada. Yarımada de-fakto Şimali Kipr Türk Respublikasınin ərazisində yerləşir. Yarımada dar və uzun quru parçası olaraq Liquriya dənizinin içərilərinə doğru şimal-şərq istiqamətdə uzanır. Yarımadanın sonunda Həvvari Andrey burnu yerləşir. Yarımadada Kireniya sıra dağları yerləşirki, oda yarmadaya pereoentukulyar istiqamətdə yerləşir. Ən hündür nöqtəsi — 364 metrdir. Yarımadanın cənub və şimal sahillərində gözəl çimərliklər vardır. 2000-ci illərdən Barfa şəhəri yaxınlığında kotejlərlə zəngin olan qəsəbə salınmışdır.
Kuk-Karauk
Kuk-Karauk şəlaləsi (başq. Күк-Ҡарауыҡ) — Başqırdıstanın Kuk-Karauk çayı üzərində yerləşən şəlalə. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. İşembay yasaqlığı ərazisində yerləşir. Yerləşməsi: Makar kəndindən 7 km aralıda, RZ16 yolu üzərində, Makar meşə təsərrüfatı ərrazisində, 46-cı məhəllədə yerləşir. Şəlalə kaskad xüsusiyyətinə maliksir. Hündürlüyü 10–12 metrdir. Yay ayları suyun azalması ilə tamamən yoxa çıxır. Turizm ərazisidir. Kuk-Karaukdan bir qədər aralıda Kalik-uskan qayası və Salavat və Ziqanovka mağaraları yerləşir.
İlyas Karaöz
İlyas Karaöz (1922, Yatağan[d], Muğla ili – 18 iyun 2018) — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri. Nazir vəzifəsində olduğu müddətdə o, Muğlada məktəblər, universitet, fabriklər açılmasında, yol və körpü salınmasında xüsusi rol oynamışdır. 18 iyun 2018-ci ildə vəfat etmişdir. Muğla Eski Şəhər qəbiristanlığında dəfn ediləcək.
Karapet Çernovun binası
Karapet Çernov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Bina XIX əsrin sonları inşa edilmiş, bir müddət sonra isə rekonstruksiya edilmişdir. Karapet Çernovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Üç mərtəbədən ibarət olan bina 1890-cu illərdə Karapet Çernovun vəsaiti hesabına inşa edilmişdir. Bina sonradan beş mərtəbəyə qədər artırılır. Xalq arasında belə bir əfsanə vardır ki, Karapet Çernov ilə Qavril Melkanov-Ezekov arasında mərc olur. Onlar kimin daha varlı olmasına aydınlıq gətirməli idilər. Hər iki tacir Bolşoy Sadovnaya küçəsində bina inşa etməli idilər. Yarışmanı daha geniş ev inşa edəcək tacir udacaqdı.
Karapi Müqəddəs Georgi kilsəsi (Kldisubani)
Karapi Müqəddəs Georgi kilsəsi (gürc. კლდისუბნის წმ. გიორგის ეკლესია) – Qədim Tbilisinin ən qədim rayonlarından biri olan Kldisubani ərazisində yerləşən Gürcü pravoslav kilsəsi. Kilsə, 1991-ci ilə kimi Erməni Həvari kilsəsinə aid olmuş, sonradan isə Gürcü pravoslav kilsəsinə verilmişdir. Qomi küçəsindən kilsənin şimal-şərq tərəfinə pilləkən qalxır. == Tarixi == Kldisubanidəki Müqəddəs Georgi kilsəsinin inşa edildiyi dağlıq yamac ərazisində, kilsənin inşasına qədərki dövrdə 1600-cü ildə qədim kafedral mövcud olmuşdur. Müasir kilsə binası Petros Zöhrabyan və onun həyat yoldaşı Lalitanın maddi vəsaiti hesabına inşa olunmuşdur. XIX əsrdə kilsə əsaslı təmir olunmuş və bu zaman onun memarlığına zəng qülləci və günbəz əlavə edilmişdir. Bu restavrasiya işlərini göstərən elementlərdən biri də daş hörgü arasına qatılmış kərpic sıralarıdır. Bu zaman kilsənin fasadı kərpicdən hörülmüş romb və xaç dekorları ilə bəzədilmişdir.