Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmanət kassası (film, 1950)
Assasin
Xaşaşilər, Həşişilər və ya Assasinlər (ərəb. الحشاشين‎ — Assasin, Haşaşın, Haşışın, Hassassin, Haşaşiyyın; fars. حشیشیون/Hašišiyun‎) — Şiəliyin İsmaililər məzhəbinin Nizarilər qoluna aid olan qruplaşma. Həsən Sabbah tərəfindən 1090-cı ildə Ələmut qalasında yaradılan Nizari İsmaili dövlətinin ordusuna verilən ad. Xaşxaşilər siyasi məqsədlər üçün həyata keçirdikləri qətllərə görə ad çıxarmışdılar. XIV əsrin ortalarında xaşxaşilərin adının Avropa dillərindəki tələffüzünə uyğun olan "assasin" sözü bir çox Avropa dillərinə qatil kimi tərcümə edilməyə başladı və indiyədək də həmin mənada qalmaqdadır. == Adın etimologiyası == "Xaşiyyə" sözünün nizarilərə münasibətdə işlənməsinə XII əsrin əvvəllərindən yazılı mənbələrdə rast gəlmək olar. Bu zamana qədər ismaililiyin iki cərəyanı - Fatimi Misirində möhkəmlənmiş nizarilər və mustalitlər arasında polemika kəskinləşdi. Fatimi xəlifəsi əl-Əmirin dövründə yazılmış əsərlərdən birində 1122-ci ildə Suriya nizariləri ilk dəfə Həşişiyyə adlandırılmışdır. Bu termin yenidən onlara münasibətdə Səlcuq salnaməsi “Nüsrətül-fətrə”də (1183), eləcə də tarixçilər Əbu Şama (vəf.
Kassia
Kassia— 805/810-865 Bizanslı başrahibə, şair, bəstəkar və ilahi müəllifi. Kassia əsərləri itmədən və zədələnmədən günümüzə qədər gəlib çatmış nadir orta əsr bəstəkarlarından biridir. Əsərləri hələdə müasir bəstəkarlar tərəfindən şərh olunur. Dəqiq sayı bilinməsə də təxminən əlli(50) bəstəsi günümüzə qədər gəlib çatmışdır. Bəzi mənbələrdə əllidən çox kompozisiyası olduğu bildirilir, lakin zaman keçdikcə bunlar itirilir və ya fərqli kompozisiyalara çevrilir. Kassia əsərləri günümüzə qədər qalan dünyanın tanınmış ilk qadın bəstəkarıdır. Doğum:810- cu il Konstantinopol Ölüm:865- ci il Çoban Adası Bütün bu Allah tərzi kompozisiyalarına əlavə olaraq, rituallarla heç bir əlaqəsi olmayan 800-ə yaxın beytə bənzər aforizm və aforizmlər bu günümüzə qədər gəlib çatmışdır. Kassiya orta əsr bizans dövründə özünə ad qoyan iki qadından biridir. Digəri isə Annadır. == Adı == Kassia adı Yunan adıdır, latın adının bir az daha qadın forması == Təhsili == Atası bizans sarayında yüksək rütbəli zabit olduğuna görə, yüksək səviyyəli ailələrin ənənələrinə uyğun olaraq xüsusi təhsil aldı.Fəlsəfə və ilahiyyat təhsili == Dini məlumat == Hər il 7 sentyabrda Pravoslav Kilsəsi tərəfindən dini bayram keçirilir.
Kassada müvəffəqiyyətsizlik
Kassada müvəffəqiyyətsizlik, kassa müvəffəqiyyətsizliyi, kassada iflas, kassa iflası, kassada çöküş, kassa çöküşü, kassada batma, kassa batışı və ya kassada partlama — teatr buraxılışlarında gəlir gətirməyən və ya son dərəcə müvəffəqiyyətsiz hesab edilən filmlər üçün istifadə olunan termindir. Texniki cəhətdən istehsalına, bazara çıxarılmasına və yayılmasına xərclənən vəsaitin gətirdiyi gəlirindən çox olan hər hansısa bir film “müvəffəqiyyətsiz” hesab olunsa da, bu termin ən çox müvəffəqiyyətli olacağı gözlənilən, geniş şəkildə bazara çıxarılan və nəticə etibarı ilə kommersiya baxımından zərər gətirmiş istehsalı baha başa gələn böyük studiya filmləri üçün istifadə olunur. == Səbəbləri == === Mənfi mənada ağızdan-ağıza yayılmış şayiələr === Facebook və Twitter kimi sosial media platformaları ağızdan-ağıza yayılmış şayiələr üçün münbit şərait yaradır. Filmin maraq doğurmamasındakı müvəffəqiyyətsizliyi onun xüsusən açılış həftəsonundakı kassa performansına güclü təsir göstərə bilər. === Qeyri-film şərtləri === Bəzən filmlər filmin buraxılış vaxtı kimi, filmin məzmunu ilə heç bir əlaqəsi olmayan məsələlərə görə aşağı performans göstərə bilərlər. Bu, D.W.Qriffitin “Bir millətin doğulması” əsərinin davamı olan “Tolerantlıq”ın kommersiya müvəffəqiyyətsizliyinin səbəblərindən biri idi. Çəkiliş gecikmələrinə görə film yalnız 1916-cı ilin sonlarında buraxılmışdır. Film müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirirdi, lakin xalqın dünyagörüşü və ictimai rəyi artıq Amerikanın Birinci Dünya Müharibəsində iştirakı istiqamətində çoxdan dəyişmişdi.Filmi müvəffəqiyyətsizliyə məhkum edən xarici təsirlərin başqa bir nümunəsi 2015-ci ildə FİFA haqqında çəkilmiş Ehtiraslar İttifaqı (United Passions) sənədli dramıdır. Film ABŞ-da kinoteatrlarda nümayiş etdirildiyi zaman FİFA rəhbərləri fırıldaqçılıq və korrupsiya ittihamları ilə təhqiqat altında idilər və “futbola” qarşı ümumi laqeyd münasibət ilə bərabər, film ilk həftəsonunda ABŞ prokatında cəmi 918 dollar gəlir əldə etmişdir.Bəzən 2001-ci ildəki 11 sentyabr hücumları, 2017-ci ildəki Harvi qasırğası və COVID-19 pandemiyası kimi milli böhran dövrlərində və fəlakətlərdən dərhal sonra nümayiş olunan filmlər kassada müvəffəqiyyətsizliyə səbəb olur. === Yüksək istehsal xərcləri === Filmin nümayişindən əldə edilən ümumi gəlirlərin rəqəmlərini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, bu pulların hamısı kinostudiyaya getmir.
Kassari adası
Kassari adası (est. Kassari) — ada Estoniyanın qərbində qərarlaşır. Adada Estoniyuanın milli mədəniyyət abidəsi olan Kassari kiləsəsi yerləşir. Ada ilə ölkənin digər əraziləri arasında əlaqə əsasən bərə və avtomobil nəqliyyatı vastəsi ilə təmin edilir.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Sirkə kasası çuxuru
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.