Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabalaka
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Katalaza
Katalaza — hidrogen- peroksidi (H2O2) dihidrogen (H2) və dihidrogen- monooksidə (H2O, su) parçalayan enzim (ferment). Tərkibində Fe3+ kationu saxlayır. Bu günə qədər hidrogen peroksidi katalaza enzimindən sürətli parçalayan katalizator nə tapılmış, nə də sintez edilməmişdir. Hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks katalaza peroksidat (CAT-H2O2) adlanır. Tənəffüs zamanı ağ ciyərlərimizdə hidrogen- peroksid alınır. Bu maddə tibdə istifadə edilməsinə baxmayaraq zəhərlidir. Bu səbəbdən orqanizmdə katalaza enziminə (fermentinə)ehtiyac olur. Katalaza demək olar ki, bütün aerob orqanizmlərdə tapılmışdır. Katalaza dörd subvahiddən əmələ gəlmişdir və tərkibində təxminən 2 milyon aminturşu qalığı mövcuddur, yəni tetramerdir . Bu dörd subvahiddə hidrogen- peroksidlə reaksiyaya daxil olmağa imkan verən hem var.
Kaqalaska adası
Kaqalaska adası (ing. Kagalaska Island, aleut. Ҟигалахсиҳ) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == 14 km uzunluğa, 11 km enə malikdir. Sahəsi 164 km² təşkil edir. Qərbdən Kaqalaska boğazı ilə Adak (minimal eni — 400 m), şərqdə yerləşən Kiçik Tanaqa boğazı ilə isə (eni 1,9 km) Kiçik Tanaqa adasından ayrılır. Aleut adalarına daxil digər adalardan fərqli olaraq sıx kolluqlar və qumlu dyunlarla örtülmüşdür. Dəniz quşlarının əsas yuvalama ərazilərindən sayılır.
Katalaza-peroksidat
Katalaza-peroksidat — Katalaza enziminin ( fermentinin ) hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks. Formulu CAT-H2O2 kimidir.
Katalaza-peroksidaz
Katalaza-peroksidaz (EC nömrəsi: 1.11.1.21, katG (gen)) fermentinin sistematik adı hidrogen-peroksid oksidazadır. Bu ferment aşağıdakı reaksiyada katalizator rolunu oynayır: (1) donor + H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } oxidized donor + 2 H2O (2) 2 H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } O2 + 2 H2O Bu ferment H2O2-dən O2-ni çıxarır.