Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsekay
İsekay (yaponca: 異世界) (hərf. "fərqli dünya") – Yaponiya fentezi anime, manqa, ranobe və videooyunlarının altjanrı. Bu altjanrda heç bir fərqli xüsusiyyəti olmayan personaj paralel kainata düşür və ya həbs olur. Çox vaxt bu kainatlar bu personajların dünyasında uydurma kainat kimi məlumdur, lakin bəzən bu onlara məlum olmaya ola bilər. Bu kainat virtual dünya da ola bilər (məsələn, "Sword Art Online") və ya tamamilə fərqli və ancaq protaqonistin əvvəlki dünyadan xatirələr daşıdığı dünya da (məsələn, "Saga of Tanya the Evil") ola bilər. Bəzən isə ikisi də baş verə bilər. Məsələn "Log Horizon" və "Overlord" seriyalarında virtual reallıq reallığa çevrilir. == Xarakteristika == Bu altjanr arzunun həyata keçirilməsi ilə xarakterizə olunur: NEET, oyunçu və ya hikikomori xüsusiyyətləri daşıyan şəxs fərqli dünyaya transportasiya olur. Yeni fentezi dünyasında onlar real həyatda onlar üçün əhəmiyyətli olmayan oyun bacarıqlarından istifadə edə bilirlər. Onların yeni dünyada əldə etdikləri güc bəzən hər kəsi məhv edəcək qədər güclü (məsələn, "In Another World With My Smartphone") və ya çox zəif ola bilər (məsələn, "Re:Zero"-da baş qəhrəman öləndə yenidən dirilmək gücündən başqa heç bir gücə malik deyil).
Kenay yarımadası
Kenay — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür. Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir. Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur. Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.
Kvay çayı üzərindən körpü (film, 1957)
"Kvay çayı üzərindən körpü" (ing. The Bridge on the River Kwai) — Pyer Bulun eyniadlı romanı əsasında rejissor Devid Lin tərəfindən 1957-ci ildə Seylonda çəkilmiş Britaniya-ABŞ istehsalı olan bədii film. Baş rollarda Uilyam Holden, Alek Ginness və Cek Hokins çəkilmişdir. Müasir kinoşünaslar tərəfindən tarixinin ən yaxşı kino işlərindən hesab olunur və rejissor Devid Linin karyerasının kulminasiya nöqtəsi (Linin digər bir epik blokbasteri olan "Ərəbistanlı Lourens"lə yanaşı) sayılır. Film 7 Oskar mükafatı qazanmış, o cümlədən ilin ən yaxşı filmi seçilməklə yanaşı, bir sıra kinematoqrafiya mükafatlarına layiq görülüb. == Süjeti == II Dünya müharibəsi zamanı ingilis hərbi əsirləri Birma cəngəlliklərində yapon düşərgəsinə düşürlər. Orada onlar keçən dəfəki əsirlər partiyasından qalan iki amerikalı əsirlə rastlaşırlar. İngilislərə polkovnik-leytenant Nikolson (Alek Ginness) rəhbərlik edir. O hesab edir ki, özü və adamları Sinqapurda ali komandanlığın əmrinə əsasən əsir düşdüyündən, onlar əsirlikdə olmasına baxmayaraq, hərbi xidmət başında olmuş kimi sayılırlar. O, öz adamları arasında ciddi ordu nizamını yürüdür, hətta onlar düşərgədə yaralar, xəstəliklər və yaponların onlara qarşı törətdiyi işgəncələrə baxmayaraq sıra addımları ilə gəzirlər.