Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amerikalı kələkbaz (film)
Amerikalı kələkbaz (ing. American Hustle) — Devid O. Rasselin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş qara komediya, cinayət filmi. Film 1980-ci illərdə korrupsioner siyasətçiləri tutmaq üçün FTB ilə işləmək məcburiyyətində qalan fırıldaqçılardan bəhs edir.
Amerikalı kələkbaz (film, 2013)
Amerikalı kələkbaz (ing. American Hustle) — Devid O. Rasselin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş qara komediya, cinayət filmi. Film 1980-ci illərdə korrupsioner siyasətçiləri tutmaq üçün FTB ilə işləmək məcburiyyətində qalan fırıldaqçılardan bəhs edir.
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Tiran Kelekyan
Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862, Kayseri – 20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi. Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır. Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.