HİYLƏGƏR
HİYLƏGƏRLİK
OBASTAN VİKİ
Ədəbiyyat hiyləgərlərin siyahısı
Hiyləgər folklorda və populyar mədəniyyətdə tanınmış bir xarakterdir. Ağıllı və nadinc olan bu şəxs və ya varlıq, məqsədinə çatmaq üçün hiylədən istifadə edir. Hiyləgər, başqalarını əyləncə üçün və ya təhlükəli dünyada sağ qalmaq üçün aldada bilər. Hiyləgər, dünyanın işləməsi üçün lazım olan xaosun simvolu ola bilər. == Xüsusiyyətlər == Hines və Doti 1997-ci ildə bərabər yazdıqları Əfsanəvi hiyləgər fiqurlar (ing. Mythical Trickster Figures) adlı əsərlərində bildirirlər ki, hər bir hiyləgər aşağıdakı altı xüsusiyyətdən bir neçəsinə malikdir: Onlar əsasən qeyri-müəyyən və anormaldırlar Aldadıcı və hiyləgərdirlər Forma dəyişdirə bilən və ya maskalanma bacarığına malikdirlər Vəziyyəti dəyişdirə bilirlər İlahların elçisi və təqlidçisidirlər Müqəddəs və əxlaqsız işlər görürlər == Xalq nağıllarında və mifologiyasında hiyləgərlər == Ajapa — Yoruba xalq nağıllarının hiyləgərlər tısbağasıdır Anansi — Afrika mənşəli hörümcek hiyləgəridir. Hər kəsi aldada biləcək qədər ağıllıdır, amma eyni zamanda qürurlu, tənbəl və impulsivdir. Azeban — Abenaki mifologiyasında "Rakun" adlandırılan hiyləgər ruhdur. Brer Rabbit — Afrika-Amerika mənşəli qul hiyləgəridir. Coyotlar — Şimali Amerika yerli mifologiyalarında rast gəlinir.

Значение слова в других словарях