Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Ceratonia siliqua
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Crataegus saligna
Crataegus saligna (lat. Crataegus saligna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Eucalyptus saligna
Eucalyptus saligna (lat. Eucalyptus saligna) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Kilingi-Nımme
Kilingi-Nımme (est. Kilingi-Nõmme) — Estoniyanın cənubi-qərbindəki Pyarnumaa bölgəsində şəhər. 1950–1959-cu illərdə Kilingi-Nımme eyniadlı rayonun mərkəzi idi.
Lactuca saligna
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Kilian Mbappe
Kilian Mbappe Lottin (20 dekabr 1998[…], Parisin 19-cu rayonu[d], Paris, Fransa) — Liga 1 təmsilçilərindən olan "PSJ" klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Gənclik karyerası === Mbappe öz karyerasına Bondi klubunda start vermişdir. Atası Vilfrid onun baş məşqçisi olmuşdur. Mbappe məşhur Klayrefonteyn akademiyasına daxil olduqdan sonra bir sıra klub tərəfindən izlənilməyə başladı. Uğurlu çıxışlarından sonra bir sıra Fransa klubları, Real Madrid və Valensiya klubu onunla müqavilə imzalamağa cəhd göstərdi. Ancaq Mbappe Monako klubu ilə müqavilə imzaladı. === Monako === ==== 2015–16 mövsümü ==== Mbappe Liqa 1-də debütünü Monako klubu ilə 2 dekabr 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Kann klubu ilə qarşılaşmada Fabio Koentraonu əvəz etmişdir. Həmin görüşdə Monako Liqa 1 görüşündə Kann ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Oyuna 16 yaş 347 günlüyündə çıxan Mbappe Monako klubunda meydana daxil olan ən gənc futbolçu kimi tarixə düşdü.
Robert Kalina
Robert Kalina (29 iyun 1955, Vyana) — T 382 dizaynının yaradıcısı və Avstriya Milli Bankının işçisi. Onun yaratdığı T 382 dizaynı 1996-cı ildə Avro banknotlarının yarışında qalib olmuşdur. Kalina həmçinin Azərbaycan manatının, Suriya funtunun, Bosniya və Herseqovina markının da dizaynlarının müəllifidir.
Luis Kolina
Luis Kolina Alvares (isp. Luis Colina Álvarez; 12 avqust 1888, Madrid – 22 iyul 1956, Valensiya) — İspaniya futbol hakimi, məşqçisi və funksioneri. 1924 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Futbol üzrə İspaniya milli komandasının məşqçisi (1924). == Həyatı == Luis Kolina 12 avqust 1888-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur. 1919/20 mövsümündə "Real Madrid"in direktoru olmuşdur. 21 dekabr 1924-cü ildə Xose Rosiç və Xulian Olave ilə birlikdə Avstriya ilə evdə yoldaşlıq oyununda (2:1) İspaniya millisinə rəhbərlik etmişdir. O, beynəlxalq futbol hakimi olmuşdur. 1924–1926-cı illərdə İspaniya məhkəmə sisteminin prezidenti olmuşdur. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində çalışmışdır.
Yan Kilian
Yan Kilian (y.sorb Jan Kilian, ing. John Kilian) — Lüteran pastoru, ABŞ-nin Texas ştatının Serbin şəhərindəki Sorb koloniyasının rəhbəri idi. == Bioqrafiya == Yan Kilian 22 mart 1811-ci ildə Hochkirch şəhəri yaxınlığındakı Delani kəndində Matekets ailəsindən anadan olmuşdur. On yaşında atasını itirir və onu əmisi Yan Matejka Neçin kəndində böyütməyə başlayır. Orta təhsilini Rachlau və Bautzen gimnaziyalarında alıb, daha sonra Leypsiq Universitetinin ilahiyyat fakültəsinə daxil olub. 1834-1837-ci illərdə Hochkirchdəki Lüteran kilsəsinin pastoru olub. Əmisinin ölümündən sonra Kotetsy kəndində kilsənin rektoru olur. 1848-ci ildən Şərqi Prussiyanın Veigersdorf şəhərində xidmət etmişdir. 1854-cü ildə o, Şərqi Prussiya və Saksoniyadakı Lüteran kilsələrindən olan 558 nəfərlik qrupa rəhbərlik edir və "Ben Nevis" gəmisi ilə ABŞ-yə yollanır və Ostindən təxminən 80 kilometr şərqdə Sorb koloniyasını qurur. 25 mart 1854-cü ildə onun rəhbərliyi altında Lüteran kilsəsi yaradılır və bu, Lüteran Birliyinin "Lüteran Kilsəsi - Missuri Sinodunun" bir hissəsi olur.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. == Həyatı == Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. == Karyerası == 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. == Siyasi karyerası == Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.
Karlos Kirina
Karlos Lozada Kirino (14 yanvar 1910 - 20 may 1999) filippinli tarixçi, yazıçı, bioqraf, hüquqşünas və jurnalist idi. Tarixi ədəbiyyat sahəsində xalq rəssamı. == Bioqrafiyası == Filippin Respublikasının altıncı prezidenti Elpidio Kirinonun qardaşı oğlu. Əlavə hüquq təhsili alıb və 1940-cı ildə Filippin Vəkillər Kollegiyasına qəbul olub. İkinci Dünya Müharibəsi veteranı, Batanda Uzaq Şərqdə (USAFFE) ABŞ Ordusu ilə döyüşüb. Yaponlara əsir düşüb. Batan yarımadasındakı Ölüm yürüşünün iştirakçısı olmuşdur. Karlos qaçıb Filippin partizan hərəkatına qoşulmağı bacardı. Müharibə bitdikdən sonra Ticarət Nazirliyində işləyib. 1961-ci ildə Milli Kitabxananın direktoru vəzifəsinə təyin olunub.
Daff Killiqan (personaj)
Daff Killiqan (ing. Duff Killigan) - "Kim Possibl" serialının mənfi obrazlarından biridir. == Xarakteristika == Daff Killiqan ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir. Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir.
Lactuca saligna minor
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Nina İlina
Nina Oleksandrovna İlina (ukr. Ніна Олександрівна Ільїна; 30 avqust 1951, Kiyev) — Ukrayna kino aktrisası və ictimai xadimi. 2000-ci ildən Ukraynanın əməkdar artisti, "Stozhary" Beynəlxalq Kino Aktyorları festivalının prezidenti. Nina İlina Ukrayna Milli Kinematoqrafçılar Assosiasiyası "Kinematoqrafçılar Gildiyası"nın fəaliyyət göstərən agentliyinin baş direktorudur. == Erkən həyatı və təhsili == Nina İlina 30 avqust 1951-ci ildə Kiyevdə anadan olub. 1968-ci ildə Kiyevdəki 108 saylı orta məktəbi bitirib. 1958–1968-ci illərdə İlina Kiyev Pionerlər Sarayının bədii söz studiyasında təhsil alıb. Təhsilini Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində dram və kino aktyorluğu ixtisası üzrə davam etdirib (1968–1972). Orada İlina SSRİ xalq artisti Vladimir Belokurovun rəhbərliyi ilə Ukrayna Mədəniyyət Nazirliyinin sifarişi ilə Ukrayna emalatxanasını fərqlənmə diplomu ilə bitirib. == Karyerası == 1972–2006-cı illərdə İlina Kiyevdəki Dovjenko adına kinostudiyada aktrisa kimi çalışıb.
Milina (Mortal Kombat)
Milina (ing. Mileena) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Milinanın Kitana ilə görünüşü eynidir. Fərq isə paltarı və silahlarındadır.
Lactuca saligna var. robusta
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonimləri == === Homotipik sinonimləri === Lactuca sativa subsp.
Lactuca saligna var. runcinata
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Lactuca saligna var. ruppiana
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Lactuca saligna var. wallrothiana
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.