Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kiş
Kiş — bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Kiş çayı — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində çay.
Co-Kis
Co-Kis (ing. Joe Cays) — Baham adalarında adalar qrupu. İnzibati cəhətdən Qrand-Key rayonunun tərkibindədir. Adalar Abako adalarının şimalında, Streyncer-Keydən 2,5 kilometr şimal-şərqdə yerləşir. Co-Kis 1,4 kilometr uzunluğunda bir ərazini əhatə edir. Ən böyük ada oval formasındadır, uzunluğu 600 metr və eni 300 metrdir.
Kiş (Xocavənd)
Kiş (əvvəlki adı: Qişi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kiş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qişi kəndi Kiş kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiş kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Qiş (Qişi) variantında da qeydə alınmışdır. 1992-ci ildən kəndin adı Kis kimi rəsmiləşdirilmişdir. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi. Həmçinin bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.
Kiş (dəqiqləşdirmə)
Kiş — bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Kiş çayı — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində çay.
Kiş (İran)
Kiş-İranın Hörmüzgan ostanının Bəndər Lengə şəhristanının Kiş bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,667 nəfər və 6,163 ailədən ibarət idi.
Kiş (Şumer)
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi.
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır.
Kiş adası
Kiş Adası (fars. جزیره کیش‎) ərazisi 91.5-km² olan ada, Fars körfəzində yerləşir, Kiş Adası arxipelaqın bir hissəsidir. Hörmüz boğazının giriş yaxınlığında yerləşib. Əhalisi 20,000 nəfərdir və 1 milyon insan hər il Kiş adasını ziyarət edir.. Kiş adası 2010-cu ildə New York Times tərəfindən dünyanın 10 ən gözəl adalar arasında sırada yer alıb.
Kiş bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kiş kilsəsi
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. == Tarixi == "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. "Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur.
Kiş məbədi

Kiş piroqu
Kiş piroqu (fr. quiche lorraine, лотарингский пирог)-Fransız mətbəxinin yeməyi. == Haqqında == Fransız adına görə Lotaringiya adlanır, necə ki, o fransız mətbəxindən gəlmişdir. Bu laylı xəmirdən hazırlanmış piroq, yumurta, süd, qaymaq, pendirdən, toyuğun döş ətindən ibarətdir. Kişin müxtəlif növləri mövcuddur. Belə ki, balıqlı, tərəvəzli, ətli soğanlı növləri də ayrılır.
Kiş kəndi
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır.
Kiş çayı
Kiş – Şəki rayonu ərazisində çay. Əyriçayın (Qanıx hövzəsi) sağ qoludur. Mənbəyini Baş Qafqaz silsiləsindəki Seyidyurd dağının cənub yamacından (2900 metr yüksəklikdən) alır. Cənubi Qafqazın on selli çaylarndandır. Yuxarı axınında Damarçın (Damarcıq) adlanır. Kiş kəndinin adı ilə adlanmışdır. Öz mənbəyini Kiçik Qafqaz dağlarından götürən çay eyniadlı Kiş kəndinin kənarından axır. Daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kiş kəndinin və Şəki rayonunun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir.
Kara-Kıs Munzuk
Kara-Kıs Munzuk (tıva Кара-Кыс Номзат-уруу Мунзук 15 sentyabr 1918 – 18 dekabr 1995, Kızıl) — Sovet Tıva müğənnisi, aktrisa, şairə, Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti. == Bioqrafiyası == Kara-Kıs Munzuk 1918-ci il sentyabrın 15-də Uryanxay vilayətinin Çal-Kejiq kəndində yoxsul ovçu-arat Nomzat Oyunun böyük ailəsində anadan olmuşdur. Cəmi iki yaşında ikən anası Natpit ölür. Bu zaman onun kiçik qardaşı Bice-ool yalnız altı aylıq idi. Ailənin daha sonra Böyük Vətən Müharibəsi zamanı könüllü olmuş (o vaxt Tıva müstəqil Tıva Xalq Respublikası idi), 1944-cü ildə Ukraynadakı döyüşlərdə həlak olmuş böyük oğlu Tunqulak da var idi. Oyun qəbiləsindən olan Nomzat ata qızı qohumlara tərbiyəyə verir. Qız Bəy-Haak kəndindəki ibtidai məktəbə gedənə qədər yurtlarda yaşamışdır. Məktəbdə onun ifaçılıq istedadı özünü büruzə verir. Bundan sonra xalq mahnılarını səsləndirməyə başlayır. 1934-cü ildə Qızıl Birləşmiş Məktəbinə pedaqoji kursa daxil olur, həvəskar tamaşalarda iştirak edir.
Kiş-Doxun nekropolu
Kiş-Doxun nekropolu — Şəkinin Kiş və Oxud kəndlərinin arasında, Kiş çayının sağ sahilində yerləşən antik dövr qəbirstanlığı. Abidə Kiş çayının vaxtaşırı aşması nəticəsində dağıntılara məruz qalmışdır. Hazırda nekropolun sahəsi təxminən 0,5 ha ərazini əhatə edir. == Coğrafi mövqeyi == Kiş-Doxun nekropolu Şəkidə, Kiş çayının sağ sahilində, Kiş kəndinin Doxun adlanan məhəlləsini Oxud kəndi ilə sərhədləndirən iki yamacda yerləşir. Abidə şərq və qərbdən Kiş çayının uçurub yaratdığı 5–10 m hündürlükdə uçurumla, şimaldan Kiş-Oxud dağ yolu ilə, cənubdan Kiş çayı və böyük yamacla sərhədlənir. Nekropol iki yamacda yerləşir və əsas hissəsi uçmuşdur. == Arxeoloji qazıntılar == Kiş-Doxun abidəsi ilk dəfə olaraq 1982-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydiyyata alınmışdır. 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi V. Məmmədovun rəhbərlik etdiyi Şəki dəstəsi nekropolda çöl-tədqiqat işlərini həyata keçirib. Keçən əsrin 90-cı illərində də Nəsib Muxtarov tərəfindən abidədə bir neçə dəfə xilasetmə işləri görülüb. Nəticədə antik və ilk orta əsrlər dövrünə aid maraqlı dəfn adətləri, o cümlədən "Döyüşçü qəbirləri" müəyyən olunub.
Kiş Alban məbədi
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. == Tarixi == "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. "Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur.
KDIS
KDIS — radio Disneyin qapalı radiostansiyası Kaliforniyanın Pasadena şəhərində lisenziyalı şəkildə fəaliyyət göstərir. Radiostansiya Los-Angeles ərazisində 1110 kHs AM tezliyində yayımlanır. == Tarixi == Bu stansiya 1942-ci ildə KPAS çağırış siqnalı altında meydana gəlmişdir. Əvvəlcə onun musiqili bir radiostansiya olacağı təxmin edilmişdir. Lakin 1945-ci ildə stansiya öz yayım tərzini dəyişdi və KXLA-nın çağırış siqnalı əsasında yalnız ölkə musiqisini yayımlayırdı . Efirdə Tennessi ştatından, əsasən, iki şəxs vardı: Erni Ford və Sten Freberq. Əvvəlcə stansiya El-Montedən ötürücü vasitəsilə yayımlanırdı. === KRLA (1959 - 2000-ci illər) === 3 sentyabr 1959-cu ildə stansiya KRLA adlanan daha bir çağırış siqnalı aldı. Daha sonra stansiya Los Angeles ərazisində KFWB və KHJ ilə rəqabət edən ən yaxşı radiostansiyalardan biri olur. Vitse-prezident qismində fəaliyyət göstərən Laboenin fəaliyyəti əsasında KRLA müvəffəqiyyətli bir radiostansiyaya çevrilir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. == Ümumi == Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.
Kil
Kil (alm. Kiel‎) – Almaniyanın şimalında şəhər. Şlezviq-Holşteyn əyalətinin paytaxtıdır. Baltik dənizinin sahilində yerləşir. Kil kanalı vasitəsilə Şimal dənizi ilə birləşir, həmçinin Kildə böyük dəniz limanı yerləşir. Əhalisi 229.044 nəfər. == Tarixi == Kil 1233 və 1242-ci illər arasında qraf Holşteynli IV Adolf tərəfindən əsası qoyulub. Kil şəhərində 1761-1762-ci illərdə Rusiya imperatoru olmuş III Pyotr doğulub. 1918-ci ilin noyabrında şəhərdə Kil üsyanı baş verdi. == İqlimi == Kildə iqlim mülayimdir.
Kirs
Kirs (Kirov) — Rusiyada şəhər. Kirs (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.