Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Kaxovka su anbarı
Kaxovka su anbarı (ukr. Каховське водосховище) — Dnepr çayının aşağı axarlarında 2023-cü ilin 6 iyununa kimi mövcud olmuş su anbarı. Ukraynanın Xerson, Zaporojiya və Dnepropetrovski vilayətlərinin ərazisində yerləşən bu su anbarı və Kaxovka SES Rusiya-Ukrayna müharibəsi gedişatında rus hərbiçiləri tərəfindən dağıdılmışdır. == Xarakteriskası == 1956-cı ilsə istifadəyə verilmiş Kaxovka su anbarı əsasən çaydakı su səviyyəsinin mövsümü və illik nizamlanmasına, eləcə də cənubi Ukraynanın su təchizatına xidmət edirdi. Su anbarından Şimali Krım, Kaxovka və Dnepr-Krivoy-Roq kanalları çəkilmişdir. Bu su anbarı Dnepr çayı üzərində inşa olunan 6 kaskad su anbarlarından sonuncusu idi. Su anbarının doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə bitmişdir. Maksimal su həcmi 18,18 km³, faydalı həcmi isə 6,78 km³-dir. Ən dərin yeri 24 metr, orta dərinlik isə 8,4 metrdir. Ümumi sahəsi 2155 km²-dir.