Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kleşnya adası
Kleşnya adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Materikdən 17 km aralıda yerləşir və ondan Mod boğazı ilə ayrılır. Adanın adı onun yengəcə bənzəməsindən ortaya çıxmışdır. Adanın ən hündür nöqtəsi 7 metrdir. Pyotr adaları qrupunun tərkibinə daxildir. Adanın təsvirini ilk dəfə Xariton Prokofeviç Laptev vermişdir.
Kleinia
Kleinia (lat. Kleinia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Notonia DC. Notoniopsis B.Nord.
Kleoma
Bu fəsiləyə 150 növ birillik və çoxillik bitki aiddir.Onlar əsasən tropik və subtropik ərazilərdə geniş yayılmışdır.Bəzi növlər mülayim qurşaqlarda da bitir.Azərbaycanda quşayaq kleoma-C.Ornithopodioides,steven kleoması-C.steveniana növü bir çox ərazilərdə bitir.Dekorativ gülçülükdə tikanlı kleoma (C.Spinosa) növü geniş yayılmışdır.Bu kol bitkisinin hündürlüyü 130 sm-ə çatır,gülləri çəhrayı,bənövşəyi və ya yasəmən rənglidir,uzun erkəkcikləri olub,həşərat formasındadır.Hazırda gülçülükdə iki növündən istifadə olunur.Sort və hibridləri isə geniş yayılmışdır.Amerika kleoması (C.americana) gülçülükdə az istifadə olunur.Tikanlı kleoma növü hündürlüyünə və hamaşçiçəyinin formasına görə fərqlənir.Kleoma üçün mənənə təhlükəlidir,bu,cavan bitkilərə ziyan vura bilər.Kleoma qələmlə çoxaldılır.Torpağa əkildikdə bitkilər arasındakı məsafə 45 sm olmalıdır.Kleoma günəşli yerdə yaxşı bitir.Bitki hündür olduğuna görə qazonlarda tək-tək istifadə edilir. == Növləri == == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine == İstinadlar == Kleoma:The Plant List saytında takson barədə məlumat.
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Kheşan
Kheşan və ya Khesan (vyet. Khe Sanh) — Vyetnamda şəhər icması-kommunası, Kuanqçi vilayətinin Hıonqhoa qraflığının inzibati mərkəzi. Laos ilə Laobao sərhəd keçidindən 20 km və Kuanqçi vilayətinin inzibati paytaxtı Donqhadan 63 km məsafədə yerləşir. 1968-ci ildə Vyetnam müharibəsi zamanı ABŞ-nin mühasirəyə düşmüş eyniadlı hərbi bazası Kheşan yaxınlığında yerləşirdi. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Дэвидсон, Филипп. Война во Вьетнаме (1946—1975). М.: Изографус, Эксмо. 2002 [Vietnam at War: The History 1946-1975]. 816.
Kleanf
Kleantes (yun. Κλεανθης, m. ö. 330 – 232) – ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı, Zenonun tanınmış öyrəncilərindən biri. O, yeni ideyalarla çıxış etmiş, müəlliminin irsini yaymış və təbliğ etmiş, daha sonra stoa məktəbinə başçılıq etmişdir. Diogenes Laertiusa görə Kleantes çoxlu kitab yazmış, ancaq onlardan yalnız bəzi fraqmentlər zamanımıza çatmışdır. Kleantes də bəzi digər filosoflar kimi könüllü olaraq yeməkdən imtina edərək ölmüşdür. Kleantes panteist olmuşdur. O deyirdi ki, bu dünya tanrıdır, bəzən isə təbiətin Əqli və Ruhunu da tanrı adlandırırdı. Tanrı bu dünyanı yandırır, sonra isə dirçəldir.
Klasea
Klasea (lat. Klasea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kesha
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Yəsna
Yəsna - ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qatlar" ("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir). Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə hissəsində dualar vardır.
Elena
Elena — ad. Elena George — rumın müğənni. Elena Cionat — Rumıniyalı pedaqoq, jurnalist Elena Levçenko — Belarus Respublikasının peşəkar basketbolçusu Elena Koşka — ABŞ pornoaktrisa və erotik modeli.
Alesia savaşı
Alesia savaşı və ya mühasirəsi — e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşmasıdır. Bu hadisədən sonra Qalliya torpaqları bütün azadlıqlarını ititrərək Romanın əyalətinə çevrildi. Alesia savaşı həmçinin Yuli Sezarın hərbi dühasının ən böyük nümunnələrindən hesab olunur və dünya hərb tarixinə mühasirə döyüşünün nadir nümunələrindən biri kimi düşüb. Bir çox tarixçi bu savaşın müasir Fransa ərazisindəki Alise-Sainte-Reine şəhəri yaxınlığında baş tutduğunu desə də, Yuli Sezarın şəxsi qeydlərində təsvir etdiyi ərazilər bu bölgəylə uyğun gəlmir, bu səbəbdən də döyüşün yeri barədə müxtəlif fikirlər səsləndirirlir. Döyüş zamanı qalliyalılar romalılardan 4 dəfə çox idi. Həmin dövrün tarixçiləri ilə yanaşı, Yuli Sezarın "Qalliya müharibəsi ilə bağlı qeydlər" ( it. Commentarii de Bello Gallico) əsərində də Alesia savaşı ətraflı təsvir edilib. Bu döyüşdən sonra Roma Respublikası müasir Fransa və Belçika ərazilərini tam nəzarəti altına aldı. Roma Senatı bu qələbə münasibətilə Sezarı 20 günlük şükranla təltif etdi.
Alesya Poxodina
Olesya Poxodina (4 oktyabr 1979) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Olesya Poxodina Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Aleyna Tilki
Aleyna Tilki (28 mart 2000, Konya) — Türk müğənni. 2016-cı ilin avqustunda "Cevapsız Çınlama" mahnısı ilə Türkiyədə tanınmışdır. == Həyatı və karyerası == Aleyna Tilki 28 Mart 2000-ci ildə Konya şəhərində dünyaya gəlib. Anası Of, Trabzondan , atası isə Konyadandır. "Yetenek Sizsiniz Türkiye" yarışmasına qatılması ilə ilk dəfə televiziyada debüt etdi. 2016-cı ilin avqustunda türk bəstəkarı və aranjmançısı Əmrah Qaradumanın "Cevapsız Çınlama" adlı mahnısında vokal olaraq yer aldı. Mahnının yutubda yayımlanan klipi Türkiyədə 2016 - cı ildə ən çox izlənilən video klip oldu, və bir ildə 300 milyondan çox izlənmə topladı. Beləliklə ən çox izlənilən türk musiqi klipi oldu. Mahnı isə "MusicTopTR" rəsmi siyahısında 2-ci yerə qədər qalxdı. Tilki, 2017 - ci ilin iyununda, ilk solo mahnısı olan, "Sen Olsan Bari"ni yayımladı və Türkiyədə eyni siyahıda 1 nömrə oldu.
Baccharis uleana
Baccharis uleana (lat. Baccharis uleana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bleona Qereti
Bleona Qereti (14 may 1985, Korça) — ABŞ müğənnisi.
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Kələşan (Salmas)
Kələşan (fars. كلشان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 1,417 nəfər yaşayır (330 ailə).
Lesnya döyüşü
== Giriş == 1713-cü ildə I Pyotr Rusiyanın paytaxtını Moskvadan Nevanın sahillərinə köçürdü. Rus ordusu Baltikyanı ərazilərdə irəliləyərək keçmiş rus şəhərləri Yam və Koporyeni İsveç qoşunlarından təmizlədi. Polşada Varşava və Krakovu da ələ keçirən XII Karl II Avqustu sülh bağlamağa məcbur etdi, barışığın şərtlərinə əsasən, II Avqust Polşa taxtını itirərək yanız Saksoniyanı öz əlində saxladı. I Pyotr Rusiyanın sərhədlərinə yaxınlaşan XII Karlın ordusu ilə əsas döyüşə girməyərək düşməni yorub taqətdən salmaq məqsədilə ölkənin içərilərinə çəkilməyə başlayaraq belorus Polesyesində möhkəmləndi. == Döyüşün gedişi == 1708-ci il sentyabrın 28-də Lesnya kəndi yaxınlığında Pyotr 11500 nəfərlik süvari qoşunu ilə XII Karla silah-sursat, ərzaq gətirərək general Levenqaupt başda olmaqla 16 minlik İsveç qoşunu qarşıladı. Bir neçə saat davam edən döyüşdən pərən-pərən düşən İsveç əsgərlərindən yalnız yeddi min nəfərə yaxını əsas ordu ilə birləşə bildi. I Pyotr Lesnya altındakı qələbəni "Poltava döyüşünün anası" adlandırmışdır. == Nəticə == Rus ordusu Lesnya kəndi yaxınlığında isveç qoşununu tam məğlubiyyətə düçar etdi və bu döyüş sonrakı il baş verən Poltava (1709) döyüşünə əsaslı şəkildə təsir etdi.
Olesya Babuşkina
Olesya Sergeyevna Babuşkina (d. 30 yanvar 1989) — Belarusu təmsil edən bədii gimnast. Olesya Babuşkina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Olesya Babuşkina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Olesya Beluqina
Olesya Vladimirovna Beluqina (d. 2 yanvar 1984; Serdobsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Olesya Beluqina, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Olesya Beluqina, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olqa Qlatskix, Tatyana Kurbakova, Natalya Lavrova, Yelena Murzina və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Olesya Jurakivska
Olesya Jurakivska (ukr. Олеся Жураківська; 13 avqust 1973, Kiyev) — Ukrayna aktrisası və Ukrayna əməkdar artisti (2016).
Olesya Poxodina
Olesya Poxodina (4 oktyabr 1979) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Olesya Poxodina Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.