Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miroslav Kloze
Miroslav Kloze (alm. Miroslav Josef Klose‎; 9 iyun 1978) —Almaniyalı hücumçu. Kloze Almaniya milli futbol komandasında oynayır. 183 santimetr boya malikdir.
Klokot
Klokot (serb-kiril Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril Клокот, alb. Kllokoti) Moqila (serb-kiril Могила, alb. Mogillë) Vrbovak (serb-kiril Врбовац, alb.
Kroket
Kroket (fr. croquer, dişləmək sözündən) — ət farşı və tərəvəzlərdən hazırlanan silindrik və ya dəyirmi formalı kulinariya yeməyi. Qızardılmış frityür (ərinmiş yağ) və ya suxarı da əlavə edilir. Suxaridən kartof püresi ilə birlikdə istifadə olunur. Kroket əsasən, Fransa mətbəxinə aid edilir. Delikates və sənayedə istehsal edilən fəstfud kimi dünya şöhrəti qazanmışdır.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Lozer
Lozer (fr. Lozère, oks. Losera) — Fransa cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 48. İnzibati mərkəzi — Mand. Əhalisi — 76607 nəfər (departamentlər arasında 101-ci yer, 2013-cü ilin məlumatları) . == Coğrafiyası == Ərazisi — 5167 km². Departamentin ərazisində Lo və Tarn çayları axır. Departamentə 2 rayon, 13 kanton və 158 kommun daxildir. == Tarixi == Lozer — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan gələn ilk 83 departamentdən biridir.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…] – 19 oktyabr 1943[…]) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Klodett Kolber
Klodett Kolber (ing. Claudette Colbert; 13 sentyabr 1903[…], Sen-Mande, Fransa – 30 iyul 1996[…], Spaytstaun, Barbados) — amerika aktrisası.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həmdə rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. == Mənbə == Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.
Pol Klodel
Pol Klodel (6 avqust 1868[…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası – 23 fevral 1955[…], Paris, Dördüncü Fransa Respublikası) – Fransa şairi, dramaturqu və diplomatı. Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur. Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir. == Fəaliyyəti == 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır. Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir. 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir. Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır.Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr. L'Oiseau noir dans le soleil levant; 1928) adlı əsərində toplamışdır.
Klet
Klet (bilinmir, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür. Hazırda Vatikan olaraq bilinən, o dövrün Müqəddəs Pyotr bazilikasında, əvvəlki papa Linin yanına dəfn edilmişdir.Papa Kletin anım günü 26 apreldə qeyd olunurdu.
Bernhard Klodt
Bernhard Klodt (26 oktyabr 1926, Helzenkirxen, Prussiya[d] – 23 may 1996, Qarmiş-Partenkirhen, Bavariya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. == Futbolçu karyerası == Klub karyerası boyunca Klodt əsasən "Şalke 04"-də oynamışdır. 17 yanvar 1943-cü ildə 16 yaşında 6–2 qələbə hesabı ilə bitən "Vestfaliya Herne" klubu ilə oyunda əsas heyətdə debüt etdi və qol müəllifi oldu.Klodt karyerasını 1963-cü ildə Bundesliqanın başlaması ilə 36 yaşında başa vurdu. Son oyununda, "Şalke"nin 18 iyun 1963-cü ildə Bolqarıstan millisinə 1-0 hesabı ilə qalib gəldiyi tək qolu vurdu. O, Oberliqa Vest çempionatında 330 oyuna 129 qol vurmağı bacarmışdır.1950-1959-cu illər arasında Klodt 19 dəfə Almaniya milli futbol komandasının formasıyla meydana çıxdı və üç qol vurdu. O, 1954 FİFA Dünya Kubokunu qazana heyətin üzvü idi və 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. 1954 Dünya Kuboku zamanı Klodt Helmut Ran əvəzinə sağ kənar mövqede oynayırdı. O, Türkiyəyə qarşı hər iki oyunda iştirak etdi. Hər iki oyunda da kifayət qədər yaxşı oynasa da, Zepp Herberger Yuqoslaviya ilə dörddəbir finalda onu Ranla əvəzləməyə qərar verdi. Herbergerin qərarı əvvəlcə mətbuat tərəfindən birmənalı qarşılanmadı, ancaq Ran Yuqoslaviyaya qol vurduqdan sonra Klodt komandandan xeyli kənarda qaldı.
Kroze adaları
Kroze adaları (fr. Îles Crozet) — Fransaının Hind okeanında yerləşən Fransanın Cənub və Antarktika ərazilərinə daxildir. Arxipelaq 6 vulkan məşəlli adadan ibarətdir. Arxipelaq 100 km məsafədə yerləşir. Adalarda yaşayış yoxdur. Pocceson adasında Qütb stansiyası fəaliyyət göstərir. Burada 50 elmi işçi vardır. == Tarixi == Arxipelaq 22 (və ya 23) yanvar 1772 ildə fransız dənizçisi Marion-Dyofren tərəfindən aşkarlanmışdır. 24 yanvarda isə onlar adalarda fransız bayrağını adalara sançaraq Fransa ərazisi elan edirlər. O, adaları baş köməkçisi Jyol Krozenin şərəfinə adlandırılır.
Abismo Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
Asima Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
In The Closet
In The Closet — Maykl Ceksonun bir mahnısı.
Kloe Qreys Moretz
Kloe Qreys Moretz (ing. Chloë Grace Moretz; 10 fevral 1997, Atlanta, Corciya, ABŞ) — ABŞ aktrisası və modeli. 7 yaşından film karyerasına başlayan Kloe bir çox film və seriallarda çəkilmişdir. Bununla da "Young Artist Awards" mükafatına namizədliyi irəli sürülmüşdür. 2010-cu ildə Kick Ass filmində oynadığı Hit Girl obrazı böyük marağa səbəb olmuşdur. Bu filmlərdəki uğurundan sonra o, "Məni İçəri Burax" və "Huqo" kimi uğurlu filmlərə çəkilmişdir. == Həyatı == Kloe 1997-ci ildə ABŞ-nin Corciya ştatının Atlanta şəhərində anadan olub. Anası Terri tibb bacısı atası Makkoy Li Moretz isə estetik cərrahıdır. Kloenin Brandon, Trevor, Kolin və Etan adlı özündən böyük 4 qardaşı var. Kloe ailəsinin Xristianlığa çox bağlı olduğunu qeyd edib.
Le-Loze-Yubay
Le-Loze-Übay (fr. Le Lauzet-Ubaye, oks. Lo Lauset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Übay kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04102. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,8%, 1999-cu ildə 62.1%). Fəal olan 119 nəfərdən 102 nəfər (63 kişi və 39 qadın), 17 nəfəri işsiz (10 kişi və 7 qadın) idi.
Le-Loze-Übay
Le-Loze-Übay (fr. Le Lauzet-Ubaye, oks. Lo Lauset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Übay kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04102. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,8%, 1999-cu ildə 62.1%). Fəal olan 119 nəfərdən 102 nəfər (63 kişi və 39 qadın), 17 nəfəri işsiz (10 kişi və 7 qadın) idi.