Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kukaş kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Kıuat (Baymak)
Kıuat (başq. Ҡыуат, rus. Куватово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. Kənd Kıuat XVIII əsrin sonları salınmışdır. 1816-cı il məlumatına görə kənddə 31 həyət və 200 sakin vardı. 1859-cu ildə əhalinin sayı 434 nəfər təşkil edirdi. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Əbdülkərim): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 83 km. Kənd Samkara çayının sahilində yerləşir.
Lukas Din
== İstinadlar ==
Lukas Kojenieski
Lukas Kojenieski (31 may 1995) — ABŞ-lı atıcı. Lukas Kojenieski ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lukas Kojenieski birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.3 xal toplayaraq 21-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Lukas Krüger
Lukas Feliks Krüger (20 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Krüger Sankt-Pauli akademiyası vasitəsilə inkişaf etmişdir. Krüger öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mateus Kunyanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Lukas Lerager
Lukas Lerager (12 iyul 1993-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarka futbolçusudur. == Klub karyerası == Lerager AB, Viborq və Zulte Varegem klublarında bir müddət çıxış etmişdir. O, 2017-ci ilin iyun ayında Bordo klubu ilə dörd illik müqavilə imzalamışdır. == Milli karyerası == O, bir müddət Danimarkanın gənclər millilərində çıxış etmişdir. Lerager 2017-ci ildə Danimarka milli futbol komandasında debüt etmişdir.
Lukas Meyer
Lukas Meyer (isv. Lukas Meijer; d. 21 avqust 1988, Stokholm, İsveç) — İsveç müğənnisi, rok musiqiçisi, gitaraçı və bəstəkar. O, polyak DJ Gromee ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2013-cü ildən etibarən Lukas İsveçin No Sleep For Lucy rok qrupunda vokalist olaraq fəaliyyət göstərir. 2018-ci ildə qrupun Until the End adlı debüt albomu işıq üzü görmüşdür.
Lukas Podolski
Lukas Podolski (4 iyun 1985[…], Qliviçe[d], Katovitse voyevodluğu[d]) — Polşa əsilli Almaniyalı futbolçu. Hal-hazırda Qurnikda forma geyinir. == Həyatı == Lukas Podolski, peşəkar futbolçu Valdemar Podolski və həntbol oyunçusu Kristina Podolskanın oğlu olaraq Polşanın Qlivise şəhərində dünyaya gəlmişdir. 1987-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Podolski 2011-ci ildə evlənmişdir. == Klub karyeraları == Köln Futbola 1991-ci ildə Cuqend 07 Berqhem klubunun futbol məktəbində başlamışdır. 1995-ci ildə Köln futbol klubunun U-15 komandasına keçdi. 2003-cü ildə ilk dəfə Köln'ün ikinci komandasında oynamışdır. Daha sonra U-19 komandasında göstərdiyi uğurlardan sonra 18 yaşında birinci komandada oynamışdır. Lakin Köln liqanı sonuncu yerdə bitirdikdən sonra ikinci liqaya düşmüşdü.
Lukas Vaskes
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Lukas Vazkez
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Lukas Yorkas
Lukas Yorkas (yun. Λούκας Γιώρκας, 18 oktyabr 1986) — Yunan müğənni. == Həyatı == 18 oktyabr 1986-cı ildə anadan olub.
Lukaş Kuçera
Lukaş Kuçera (18 aprel 2000-ci ildə Slovakiyada anadan olub) — Slovakiya Super Liqası təmsilçilərindən olan Senitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Senitsa === Kuçera Senitsa akademiyası vasitəsilə inkişaf etmişdir. Kuçera öz peşəkar karyerasında debütünü 13 may 2017-ci ildə Jilina klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Tomaş Briqantı əvəz etmişdir. Həmin görüşdə Senitsa liqa görüşündə rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Slovakiya Superkuboku görüşləri daxildir.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Robert Lukas
Robert Lukas (ing. Robert Emerson Lucas, Jr.; 15 sentyabr 1937[…], Yakima[d], Vaşinqton – 15 may 2023, Çikaqo) — ABŞ iqtisadçısı. 1995-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını "rasional gözləntilər fərziyyəsini inkişaf etdirdiyinə, tətbiq etdiyinə, bununla da makroiqtisadi təhlili dəyişdirdiyinə və iqtisadi siyasət haqqında anlayışı dərinləşdirdiyinə görə aldı. Yeni klassik makroiqtisadiyyatın inkişafında mərkəzi fiqur kimi geniş qəbul edilir. Robert Lukas 10 ən yaxşı iqtisadçıdan biri olaraq qəbul olunub. 1959-cu ildə Çikaqo Universitetinin tarix fakültəsini bitirən Robert Lukas, 1964-cü ildə həmin universitetdə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Yenidən Çikaqo Universitetinə geri döndüyü 1975-ci ilə qədər Karnegi Mellon Universitetində işləmişdi. Lucas, Robert (1972). "Expectations and the Neutrality of Money". Journal of Economic Theory 4: 103–124.
Lukas Ribeyru
Lukas Ribeyru (9 oktyabr 1998) — Braziliyalı futbolçu. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Belçikanın "Beveren" klubunun oyunçusudur. == Karyerası == Futbolçu karyerasına "Pinheiros" klubunun aşağı yaş qruplarında başlayıb. 2017-ci ildə Fransaya köçərək, "Valenciennes" klubunun gənclər komandasına qoşulur. Futbolçu 2019-cu ildə Belçikanın "Virton" klubu ilə müqavilə imzalayır. Futbolçu peşəkar debütünü 27 oktyabr 2019-cu ildə Virtonla Belçika Birinci Divizionunda "Ruzelare" komandasına qarşı oyunda edir. 30 iyun 2020-ci ildə Ribeyru "Şarlerua" klubu ilə müqavilə imzalayır. 1 fevral 2021-ci ildə Ribeyru mövsümün sonuna qədər icarə müqaviləsi əsasında Belçikanın Birinci Divizion klubu olan "RWDM" klubuna keçir. 11 avqust 2021-ci ildə o, satın alma opsiyonu ilə bir mövsümlük icarə əsasında "Muskron" klubuna qoşulur.
Lukas Blak
Lukas York Blak (ing. Lucas York Black 29 noyabr 1982, Dekeyter, Alabama) — Forsaj 3: Tokyo Drifti filmindəki Şon Bosvel rolu ilə tanınan Amerika kinoaktyorudur. == Biyoqrafiyası == Blak 29 noyabr 1982-ci ildə Alabama ştatının Dekatur şəhərində baptist ofisinin işçisi Gillespi və muzey işçisi Larri Blekin oğlu olaraq anadan olmuşdur. Lukas üç uşağın ən kiçiyi olmuşdur. O, Alabama ştatının Spik şəhərində böyümüş və 2001-ci ildə orta məktəbi başa vurmuşdur. == Şəxsi həyatı == 2010-cu ildən Lukas, vəkil Maggie O'Brien ilə evlənmişdir. Bu nigahdan onların üç övladı dünyaya gəlmişdir. Lukas boş vaxtlarında idmanla məşğul olmağı, basketbol, futbol və ya qolf oynamağı xoşlayır.