Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Corc Kluni
Corc Timoti Kluni (ing. George Timothy Clooney; 6 may 1961[…], Leksinqton, Kentukki) — Amerika aktyoru. == Həyatı == Uşaqlıqdan Corc Kluni yaradıcı ailədə böyüyür. Onun atası televiziyada çalışır və özünün şəxsi "Şou Nika Kluni" proqramını aparır. Buna görə də Corc artıq 5 yaşında teleekranlara çıxır, reklam çarxlarında çəkilir. Aktyor ilk əvvəl idmanla məşğul olur. Onun maraqlandığı idman növü beysbol olur və o, Cincinnati Reds komandasının üzvü olur. Ancaq o bu sahədə uğur əldə edə bilmir və tezliklə bu sənəti tərk edir. Şimali Ketukki Universitetinə daxil olan Corc oxumaq əvəzinə, ən çox dostları ilə vaxt keçirir və elə buna görə də 3 il birinci kursda qalır. Lakin burada da sona qədər qərar tutmur.
Əməl Kluni
Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978, Beyrut, Livan) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifdir. Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir. Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. 2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir.
Kotic Medi-Klinik
Svakopmund (ing. Swakopmund; alman dilindən tərcümədə "Svakopun mənsəbi") – Namibiyanın qərbində sahil şəhəri. Namibiyanın paytaxtı Vindhukdan 352 kilometr uzaqlıqdadır. Eronqo rayonunun paytaxtıdır. Namib səhrasında yerləşir və ölkənin əhalisinə görə 4-cü ən böyük yaşayış məntəqəsidir. Şəhər 10 üzvü olan bələdiyyə şurası tərəfindən idarə olunur. Şəhər aşağıdakı rayonlardan ibarətdir: Şəhər mərkəzi, Vineta, Meyle 4, Voqelştrand, Uoterfront, Mondesa, Tamariskia. == Görməli yerlər == Svakopmund çimərlik kurortu və alman koloniya memarlığına malikdir. 1892-ci ildə Alman Cənub-Qərbi Afrikasının əsas limanı kimi qurulmuşdur və hazırda da şəhər əhalisinin kiçik hissəsi almanca danışır. Şəhərin əsas görməli yeri 1909-cu ildə memar Henrik Bauz tərəfindən tikilmiş Qədim həbsxanadır.
Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır. Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir. Xəstəxanada 105 həkim, 250-yə yaxın tibb bacısı və kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla 600 personal fəaliyyət göstərir.
Joze Puçnik adına Beynəlxalq Hava Limanı
Joze Puçnik adına Beynəlxalq Hava Limanı — (Sloven. Letališče Jožeta Pučnika Ljubljana) Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşir. Brnik kəndi yaxınlığında yerləşdiyindən əvvəlki adı Brnik hava Limanı olmuşdur. Sloveniyanın ən iri milli havayolu şirkəti olan Adria Airways üçün əsas hava limanıdır. == Tarixi == Aeroport rəsmi olaraq 1963-cü il dekabrda fəaliyyətə başlamış və 1933-cü ildən fəaliyyət göstərən Pole hava limanı ilə əvəzlənmişdir. 1964-cü ilin yanvar ayında Brnik hava limanından müntəzəm uçuşlar başlayır. 1991-ci il iyunun 27-də Sloveniyanın Yuqoslaviyadan müstəqillik qazandığı gündən 2 gün sonra, Yuqoslaviya ordusu ölkədə hərbi əməliyyatlara başladı. Müharibənin 1-ci günü hava limanı bombalanmışdı. Növbəti gün, iyunun 28-də, Avstriya və Almaniyadan gələn iki jurnalist, Nikolas Vogel və Norbert Verner, aeroport yaxınlığında idarə etdikləri avtomobildə raketlə vurularaq öldürülmüşdü. Dörd Adria Airways təyyarəsi də Yuqoslav Hava Qüvvələrinin hücumu zamanı ciddi ziyan gördü.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası