Əməl Kluni

Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978[1], Beyrut[2]) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifidir. Hal-hazırda Doughty Street Chambers vəkil idarəsində işləyir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. Əməl Kluninin vəkil xidmətlərindən istifadə edənlər sırasında WikiLeaks-in təsisçisi Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Misir əsilli Kanada jurnalisti Məhəmməd Fəhmi vardır.

Əməl Kluni
ərəb. أمل علم الدين
Digər adı Əməl Ələməddin
Doğum tarixi (45 yaş)
Doğum yeri Beyrut, Livan
Vətəndaşlığı
Həyat yoldaşı
Atası Rəmzi Ələməddin
Anası Bərə Ələməddin
Fəaliyyəti vəkil
Fəaliyyət illəri 2000-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan[3] vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir.[4] Əməl Klunin ana dili ərəb dilidir.

2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir. Daha sonra üç il ərzində Nyu-Yorkdakı Sullivan & Cromwell vəkil idarəsində, Haaqadaki Beynəlxalq ədalət məhkəməsində kontor işçisi kimi çalışmışdır. 2010-cu ildən etibarən Doughty Street Chambers-də vəkildir. Eyni zamanda Kolumbiya Universitetində, Haaqa Beynəlxalq Hüquq Akademiyasında və London Universitetinin Şərq və Afrika Bilimləri Ali Məktəbində mühazirələr də oxuyur. 2010-cu ildən bəri 10-dan çox elmi məqalə nəşr etdirmişdir. 2011-ci ildən başlayaraq Əməl Kluni bir sıra beynəlxalq məhkəmə prosesində vəkil kimi iştirak etmişdir. 2021-ci ilin sentyabrında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Amal Clooney -i Darfurdakı Sudan münaqişəsi üzrə xüsusi müşavir təyin etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Amal Clooney // Munzinger Personen (alm.).
  2. Deutsche Nationalbibliothek Record #1051385075 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Globe Staff. "George Clooney rejects Daily Mail's apology for 'fabricated' story". The Globe and Mail. Phillip Crawley. 11 July 2014. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2014. whose father, Ramzi, belongs to a prominent Druze family.
  4. Gebeily, Maya. "Amal Alamuddin from 'Druze family of sheikhs'". NOW News. 30 April 2014. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 September 2014.