Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kelvin Klein
Kelvin Riçard Klein (ing. Calvin Richard Klein; 19 noyabr 1942[…], Bronks, Nyu-York ştatı) — ABŞ dəb dizayneri. Kalvin Klein 1942-ci ilin 19 noyabrında Nyu-York yaxınlığında yerləşən Bronksda anadan olub. Yəhudi əsilli olan Kalvinin atası orta dərəcəli iş adamı imiş. Yazılanlara görə, gələcəyin dizaynerinin incəsənətə marağı hələ uşaqlıqdan yaranır. 18 yaşında yüksək incəsənət məktəbini bitirərək 2 il də Nyu-Yorkun Moda texnologiyaları institutunda oxuyur. Özünü inkişaf etdirir. 1962–1968-ci illərdə Nyu-Yorkun müxtəlif moda evlərində işləyir. Zaman-zaman küçə sənətçisi kimi də fəaliyyət göstərir.1968-ci ildə uşaqlıq dostu Barri Şvarsla birlikdə Calvin Klein, Ltd şirkətini yaradır. Hansı ki şirkət əvvəlcə kişi üst geyimləri istehsal etməyə başlayır.
Kelvin
1848- ci ildə ingilis fiziki Vilyam Tomson (Lord Kelvin) temperaturun yeni şkalasını yaradır. Bu şkala mütləq temperatur və ya Kelvin şkalası adlanır. Kelvin — K hərfi ilə göstərilən və intervalı, sıfır nöqtəsi olaraq mütləq sıfıra (–273.15°C) sahib temperatur ölçü vahidi. Mütləq sıfır temperatur adlanır. Kelvin şkalasında suyun qaynama temperaturu isə, 373 K-dir. Lord Kelvinin şərəfinə adlandırılmışdır. Mütləq temperatur vahididir. Selsi dərəcəsi sıfır nöqtəsini suyun donma nöqtəsi olaraq aldığından, 0°C 273,15 K'e bərabər olur. Bənzər şəkildə Selsi dərəcə olaraq ifadə edilən hər hansı bir istiliyi kelvinə çevirmək üçün üzərinə 273,15 əlavə olunur. Məsələn: 22°C = 22 + 273,15 = 295,15 K. BS-nin əsas vahidlərindən biridir.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris, Frank dövləti) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Kelvin Amian
Kelvin Amian Adou (8 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəni sağ cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. Amian Tuluza akademiyası ilə inkişaf etmişdir. Liqa 1-də debütünü 14 avqust 2016-cı ildə Marsel klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Kelvin Harris
Kelvin Harris (d. Adam Riçard Vayls, 17 yanvar, 1984) şotland DJ, bəstəçi. İlk albomu "I Created Disco"nu 15 iyun, 2007-ci ildə çıxartmışdır. Bu albomda olan "Acceptable in the 80s" və "The Girls" sinqlları siyahılarda ilk yerlərə yüksəlmişdir. İkinci albomu "Ready for the Weekend"i 2009-cu ildə çıxartmışdır. Bu albom "UK Albom Chart" siyahısında 1 nömrəyə yüksəlmişdir. Bu albomdan "I'm Not Alone" "Ready for the Weekend" və "You Used to Hold Me" adlı sinqlları çıxmışdır.
Kelvin Qasımov
Elvin Fuad oğlu Qasımov 1 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fotoqraflığa həvəsi uşaqlıqdan yaranmışdır, səbəbi isə atası Fuad Qasımovun həvəskar fotoqraf olması idi. 2017-ci ildə ailə həyatı qurmuşdur və bu evlilikdən David adında oğlu vardır. 2008-2009-cu illərdə Belarusda yerləşən Minsk Foto Məktəbində və 2009-2010-cu illərdə isə Ukraynanın Kiyev Foto Məktəbində təhsil almışdır. Peşəkar fotoqraflığa 2010-cu ildə Kelvin Qasımov adı ilə başlamışdır. 2012-ci ilin fevralında YouTube kanalı açmışdır. Hal hazırda 1,48 min abunəyə sahibdir. Toplamda 361 milyon baxış almışdır. Üstünlük verdiyi janrlar: Jurnalistika, toy jurnalistikası, portret, street. Sevdiyi dəstixət sürrealizmdir.
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Klovis Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1954 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Kulevi terminalı
Kulevi neft terminalı və limanı Gürcüstan Respublikasının Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, ARDNŞ-nin Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir. Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 8 sentyabr 1999-cu ildə Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Kulevi terminalının tikintisi barədə sərəncam vermişdir. Tikinti işlərinə 2000-ci ildə başlanılıb. Terminalın tikintisi Gürcüstanın Aqromar LTD və Gürcüstan Dəmiryolları şirkəti tərəfindən aparılsa da, 2002-ci ildə tikinti işləri maliyyə çatışmazlığı və ətraf mühitə dəyən ziyan səbəbindən dayandırıldı. Tikinti işləri 2004-cü ilin sentyabrında gürcü biznesmeni Badri Patarkatsişvilinin nəzarətində olan beynəlxalq konsorsium tərəfindən yenidən bərpa edildi. 2006-cı ildə Badri Patarkatsişvili terminalı Azərbaycanın Dövlət Neft Şirkətinə məbləği gizli saxlanan pul müqabilində satdı. Terminal 2008-ci ilin may ayında istifadəyə verilmişdir. 2012-ci ildə terminal daha da genişləndirilərək propilenin daşınması üçün yeni kompleks tikilmişdir.
Lord Kelvin
Vilyam Kelvin (26 iyun 1824[…], Belfast – 17 dekabr 1900[…]) — ingilis fiziki, Vilyam Kelvin XIX-XX əsrin əvvəllərinin aparıcı fiziklərindən biri. 1890-1895-ci illərdə London Kral Cəmiyyətinin prezidenti olmuşdur. O, 1848-ci ildə mütləq temperatur şkalasını təklif etmişdir. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Vilyam Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Vilyam Kelvin termodinamikanın əsaslarını qoyanlardan biridir. Vilyam Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uilyam Kelvin
Vilyam Kelvin (26 iyun 1824[…], Belfast – 17 dekabr 1900[…]) — ingilis fiziki, Vilyam Kelvin XIX-XX əsrin əvvəllərinin aparıcı fiziklərindən biri. 1890-1895-ci illərdə London Kral Cəmiyyətinin prezidenti olmuşdur. O, 1848-ci ildə mütləq temperatur şkalasını təklif etmişdir. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Vilyam Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Vilyam Kelvin termodinamikanın əsaslarını qoyanlardan biridir. Vilyam Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.
Ələviq (Kəleybər)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Ələviq (Vərziqan)
Ələviq (fars. علويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə).
Klovis mədəniyyəti
Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir. Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi. Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər. Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir.
Bernard Levis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Daucus levis
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Dəşti-Kəvir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Grevillea levis
Grevillea levis (lat. Grevillea levis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea levis (Olde & Marriott) Christenh.
Hyalmar Levin
Hyalmar Levin (14 iyun 1884 — 8 mart 1983) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Hyalmar Levin İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Hyalmar Levin birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Kevin Borg
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.