Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolomna
Kolomna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Beşinci kolonna
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Gayevniki-Kolonya
Qayevniki-Kolonya, (polyakca: Gajewniki-Kolonia) — Polşanın coğrafi mərkəzində yerləşən kənd. Kənd Polşanın Zdunska Vola gminası inzibati rayonunda yerləşir və Zdunska Vola povyatı, Luc voyevodalığı şəhərləri də onu çevrəliyir. Kənd təxminən Zdunska Volanın 4 km şərqində və Lucun 38 km cənub qərbində yerləşir. Qayevniki kəndinə də yaxındır. 1975-ci ildən 1998-ci ilədək Qayevniki-Kolonya Şeradz voyevodalığının bir parçası idi. Kənddə təxminən 160 nəfər yaşayır.
Kolokas (Əbyəlil)
Kolokas kəndi (başq. Ҡолоҡаc) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Askarovo kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kolokas kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 10 km., kənd sovetliyindən (Askorovo): 10 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 57 km. == Adı == Kəndin adı onunyaxınlığından keçən çayla bağlıdır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kolonna Madonna
Kolonna Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508-ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Kolonna Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. == Həyatı == Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Qayevniki-Kolonya
Qayevniki-Kolonya, (polyakca: Gajewniki-Kolonia) — Polşanın coğrafi mərkəzində yerləşən kənd. Kənd Polşanın Zdunska Vola gminası inzibati rayonunda yerləşir və Zdunska Vola povyatı, Luc voyevodalığı şəhərləri də onu çevrəliyir. Kənd təxminən Zdunska Volanın 4 km şərqində və Lucun 38 km cənub qərbində yerləşir. Qayevniki kəndinə də yaxındır. 1975-ci ildən 1998-ci ilədək Qayevniki-Kolonya Şeradz voyevodalığının bir parçası idi. Kənddə təxminən 160 nəfər yaşayır.
Vittoriya Kolonna
Vittoriya Kolonna (it. Vittoria Colonna) — Peskara markizası, italyan əsilzadə, İntibah dövrü italyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. Həyat yoldaşı əsir düşmüş evli zadəgan qadın olan Vittoriya, İskiya və Neapolun zadəgan dairələri ilə yaxşı münasibətlər qurmağa nail olmuşdu. Vittoriya Kolonnanın erkən yaradıcılığı yalnız 1510-cu illərin sonlarında diqqət çəkməyə başlamış, sonradan o, XVI əsr İtalyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilmişdir. Həyat yoldaşının vəfatından sonra Vittoriya özünü Roma monastırlarından birində qapatmışdır. Ömrünün sonuna kimi dünyəvi insan olaraq qalsa da, monastırda yaşadığı dövrdə dinə baxışı ciddi şəkildə dəyişmiş və qatı dindar olmuşdur. 1537-ci ildə Vittoriya Kolonna Mikelancelo ilə tanış olmuş və ölümünə kimi, Mikelancelonun muzası olmuşdur.
Dyadyo Koleda
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Sulo Kolkka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Sulo Kolka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Santa Koloma FK
Santa Koloma – Andorranın futbol klubu.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.
Kolka–Karmadon buz və qaya sürüşməsi