Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pina kolada
Piña Colada (isp. piña [ˈpiɲa], "ananas" və colada [koˈlaða], "süzülmüş") rom, kokos kremi və ananas şirəsi ilə hazırlanmış kokteyldir, adətən qarışdırılmış və ya buzla çalxalanmış halda verilir. Ananas dilimi, albalı maraksini və ya hər ikisi ilə bəzədilə bilər. İçki Puerto Rikoda yaranıb. Piña colada (İspan dili) adı hərfi mənada "süzülmüş ananas" deməkdir, içkinin hazırlanmasında istifadə edilən təzə sıxılmış və süzülmüş ananas şirəsinə istinad edir. Bilinən ən qədim hekayədə deyilir ki, 19-cu əsrdə Puerto-Rikolu pirat Roberto Kofresi ekipajının əhval-ruhiyyəsini qaldırmaq üçün onlara kokos, ananas və ağ rom olan kokteyl verdi. Bu, daha sonra "Piña Colada" kimi tanınacaq içki idi. 1825-ci ildə özünün ölümü ilə içkinin resepti itdi. 1922-ci ildə bir səyahət jurnalı pina koladanın reseptini "şəkər, laym, ananas şirəsi, Barcadi romu və buz ilə qarışdırılmış" kimi təsvir etdi. 1924-cü ildə Puerto-Rikodan xəbər verən National Geographic jurnalı yerli olaraq "piña fría" (soyuq ananas) kimi tanınan ananas suyu və əzilmiş buzlu içkidən bəhs etdi.
Dyadyo Koleda
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Sulo Kolkka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Zla Kolata
Zla Kolata (mont. Зла Колата, Zla Kolata; alb. Kolata e Keq) — 2534 metrə malik olan Albaniya ilə Monteneqro arasında yerləşən zirvə. Prokletie dağları massivində yerləşir. Zla Kolata Monteneqronun ən hündür zirvəsidir. Zla Kolata Albaniya ilə Monteneqro arasındakı sərhəddə yerləşir. Albaniya tərəfdən Tropoya dairəsi, Monteneqro tərəfdən isə Kukes vilayəti ərazisinə daxildir. Albaniya tərəfdən zirvəyə ən yaxın yaşayış məntəqəsi Valbona şəhəridir. Şəhər zirvədən 4 km cənub-şərqdə yerləşir. Monteneqro tərəfdən isə ən yaxın yaşayış məntəqəsi Qusine şəhəridir ki, oda zirvədən 10 km qərbdə yerləşir.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Sulo Kolka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər. 20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir.
Kolka–Karmadon buz və qaya sürüşməsi