Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Convair
Convair — ABŞ-yə məxsus olan keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1943-cü ildə Consolidated Aircraft (Birləşdirilmiş Təyyarə) və Vultee Aircraft (Vultee Təyyarə) şirkətlərinin birləşməsi ilə qurulmuşdur və 1953-cü ildə General Dynamicsin bir hissəsinə çevrilmişdir. Baş ofisi San-Dieqoda idi. 1994-cü ildə şirkət bölmələrinin əksəriyyəti daha sonra sahibi olan General Dynamics tərəfindən, McDonnell Douglas və Lockheed Martinə satıldı, qalan hissələri isə 1996-cı ildə bağlandı.
Konfor
Konfor (fr. Confort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01114. Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 90 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 525 nəfər təşkil edirdi. 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 301 nəfər arasında 234 nəfər iqtisadi cəhətdən aktiv, 67 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 77,7, 1999-cu ildə 76,2% idi). 234 aktiv sakindən 211 nəfər işləyirdi (112 kişi və 99 qadın), 23 işsiz (10 kişi və 13 qadın) var.
Convair XFY
Convair XFY Pogo, ABŞ ordusu üçün yaradılmış təcrübə məqsədli şaquli enmə-qalxmalı havada hərəkət üçün nəzərdə tutulmuş olan texnika. Pogo, delta qanadlara və üç bıçaqlı əks istiqamətlərə fırlanan rotorlara güc verən 5.500 at gücündəki turbopərvanə motora sahibdi. Kiçik döyüş gəmilərindən enmə-qalxma edə biləcək şəkildə yüksək performanslı bir qırıcı olaraq konstruksiya edilmiş, ancaq quyruq üzərinə eniş etmənin pilotlar üçün çətin olması səbəbiylə istifadəsi çətin olacağı üçün layihə ləğv edilmişdir.
Euphorbia kondoi
Euphorbia kondoi (lat. Euphorbia kondoi) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kondor Legionu
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi. Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər. İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi. İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.
Konnor Mişalek
Konnor Mişalek (ing. Connor Michalek; 25 noyabr 2005, Hempton[d], Pensilvaniya – 25 aprel 2014, Pitsburq, Pensilvaniya) – peşəkar güləş fanatı, fenomen. Peşəkar güləşçi Daniel Brayan ilə görüşdükdən və barəsində açıq elan edilən sosial media kompaniyasından sonra medianın diqqətini çəkən uşaq. Daha sonra bir neçə dəfə Brayan və digər peşəkar güləşçilər ilə görüşmüşdür. 2009-cu ildən bəri beyin və onurğa xərçəngi olan Mişalek 25 aprel 2014-cü ildə 8 yaşında vəfat etdi. Peşəkar güləş çempionatının rəhbərləri Pol Leveskyu və Stefeni MakMahon "Konnorun müalicəsi" adlı xeyriyyə təşkilatını onun şərəfinə qurdular. Həmçinin, onlar ölümündən sonra Mişalekə 2015-ci ildə "PGÇ" (Peşəkar Güləş Çempionatı) Şöhrət Salonu mərasimində "Döyüşçü" mükafatını təqdim etdilər. O, bu mükafatın ilk laureatı oldu. Konnor Mişalek 25 noyabr 2005-ci ildə Stiv Mişalek və Britteni Kaliqurilərin ailəsində anadan olmuşdur. Peşəkar güləş fanatı olaraq ona "Daşparçalayan" və ya "Qırıcı" ləqəbi verilmişdi.
Convair X-6
Convair X-6 — sxem stolundan kənara çıxa bilməyən nüvə enerjisi ilə işləyən bir sınaq təyyarəsidir. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 1946-cı ilin mayında nüvə enerjisi ilə işləyən bir təyyarə hazırlamaq proqramına (Nuclear Energy for the Propulsion of Aircraft (Təyyarənin Sürətlənməsi üçün Nüvə Enerjisi) — NEPA) start verildi. Bu proqram altında işlər davam etdirilərkən, bu proqram 1951-ci ilin may ayında başqa bir proqram ilə (Aircraft Nuclear Propulsion (Nüvə enerjisi ilə təyyarə sürətlənməsi) (ANP)) əvəz edildi. ANP proqramı Convair tərəfindən dəyişdirilmiş MX-1589 layihəsi çərçivəsində iki B-36-nın işlənməsini əhatə etmişdir. Bu iki təyyarədən biri uçan reaktorun radiasiya qalxanlarında tədqiqat üçün istifadə ediləcək, digəri isə X-6 layihəsi olacaqdı. Nüvə Test Təyyarəsi (Nuclear Test Aircraft — NTA) adlanan ilk dəyişdirilmiş B-36, 1952-ci il sentyabrın 1-də Carswell Hərbi Hava Qüvvələri bazasını vuran tornadoda zədələnmiş B-36H-20-CF (Seriya nömrəsi 51–5712) modeli idi. Bu təyyarənin adı əvvəlcə XB-36H, sonra NB-36H olaraq dəyişdirildi və 1000 kilovattlıq hava soyuduculu nüvə reaktoru aparmaq üçün modifikasiya edilmişdir. Bu təyyarənin əsas məqsədi bir nüvə reaktorunun təyyarə sistemlərinə təsirini görmək idi. NB-36H 1955 ilə 1957 arasında 47 sınaq uçuşu etdi. NB-36H sınaqlarının nəticələrinə əsasən X-6 və bütün nüvə təyyarəsi proqramlarına xitam verildi.
Konor Makqreqor
Konor Entoni Makqreqor (irl. Conchúr Antóin Mac Gréagóir; d. 14 iyul, 1988) — İrlandiyalı Qarışıq döyüş növləri döyüşçüsü və boksçu. Keçmiş Qəfəs döyüşləri yarım-yüngül və yüngül çəki çempionu. 2013-cü ildə qəfəs döyüşlərinin təşkilatçılığı altında yarım-yüngül və yüngül çəkidə çempionu olarkən UFC ilə razılaşır. 2015-ci ilin dekabr ayında yarım-yüngül çəki çempionu Xose Aldonu 53saniyədə nokaut edərək UFC yarım-yüngül çəki çempionu olur. Bu qalibiyyətlə o, UFC döyüş tarixində ən sürətli nokaut olaraq tarixə keçir. 2016-cı ilin noyabr ayında yüngül çəki çempionu olan Eddi Alvarezi məğlub edir və UFC tarixində eyni anda 2 fərqli çəkidə çempion olan ilk döyüşçü olaraq bir ilkə imza atır. 2017-ci ildə professional boks karyerasının ilk döyüşündə Floyd Meyvezer ilə qarşı-qarşıya gəlir və döyüşü məğlub olaraq bitirir. Bu döyüşdən Makqreqor, yayım hüquqlarından 4,3 milyon əldə edərək Şimali Amerikada ikinci ən yüksək satış rəqəminə çatır.
Pulo-Kondor adası
Pulo-Kondor adası (vyet. Côn Sơn) — Vyetnamın cənubunda yerləşən, Kondao aripelaqının ən böyük adası. Adanın sahəsi 51,52 km²-dir. Əhalisi 6000 nəfərdir (2010). Konşon adası Xoşimindən 233,5 km cənubda, Hanoydan isə 1372,5 km cənubdadır. Vulkanık mənşəlli ada, bütünlüklə dağlıqdır. Ən hündür zirvəsi Müqəddəs Xaç dağıdır (610 m). Dağ ətəkləri boyunca tropik meşələr yayılmışdır. Burada əsasən çoxlu sayda quş və sürünən növləri yaşayır. Adada endemik kərtənkələ növləri vardır ki, onların qorunması məqsədi ilə 1984-cü ildə adada mili park salınmışdır.
Rene O'Konnor
Rene O'Konnor (Evelyn Renee O'Connor, 15 fevral, 1971) Amerika pop və ritm-end-blüz müğənnisi. Amerikanın "Zena: Cəngavərlərin şahzadəsi" serialında baş rolda oynayır.
Şineyd O'Konnor
Şineyd O'Konnor (ing. Sinéad O'Connor), (digər adı - Shuhada' Sadaqat); 8 dekabr 1966 – 26 iyul 2023[…], London) — İrlandiya müğənnisi. Şineyd O'Konnor 8 dekabr 1966-cı ildə İrlandiyada doğulub. Ailədə beş uşaqdan üçüncüsü idi. 18 yaşındaykən anasını avtomobil qəzası nəticəsində itirir. Şineyd dörd dəfə evlənib və boşanıb. Onun dörd övladı var idi. 2017-ci ildə O'Konnor qanuni adını Maqda Davittə dəyişdirərək, müsahibəsində bunu "patriarxal qul adlardan azad olmaq" üçün etmişdir. İslamı qəbul edərkən, 2018-ci ilin oktyabrında o, Şühəda adını qəbul edir və bir müddət sonra soyadını Davittdən Sədaqətə dəyişir. 2022-ci ildə, müğənninin 17 yaşlı oğlu Şeyn intihar edir.
Convair B-36 Peacemaker
Convair B-36, USAF üçün Convair tərəfindən istehsal edilən bir strateji bombardmançıdır. Bu təyyarə, qitələrarası missiyaları icra edə biləcək ilk əməliyyat bombardmançısıdır. Qeyri-rəsmi ləqəb olaraq təyyarəyə “Peacemaker” (Sülhməramlı) ləqəbi seçilmişdir. B-36 ilk termonüvə bombası daşıyıcısıdır. Kütləvi istehsala cəlb edilmiş olan ən böyük porşen mühərrikli təyyarədir. Bundan əlavə, B-36 daha böyük yük təyyarələrinin mövcud olmasına baxmayaraq indiyə qədər inşa edilmiş olan ən böyük döyüş təyyarəsidir. 10.000 km-dən çox əməliyyat mənzilinə və 32 tondan çox bomba daşıya bilmək qabiliyyəti ilə Boeing B-52 Stratofortress və Rockwell B-1 Lancer kimi müasir uzun məsafəli bombardmançıların əcdadıdır.
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.
Tanrının yaraqları 2: Kondor əməliyyatı (film, 1991)
Tanrının yaraqları 2: Kondor əməliyyatı (çin. 飛鷹計劃; ing. Armour of God II — Operation Condor) — Ceki Çanın 1991-ci ildə çəkdiyi komediya-döyüş filmi. Tanrının yaraqları filminin davamı. Filmin baş qəhrəmanı "Asiya şahini" ləqəbli macəra axtarıcısı Cekinin (Ceki Çan) yeni macəraları Vermaxtın Afrika qitəsindəki bazasında baş verir. Burada ikinci Dünya müharibəsi illərində nasistlərin gizlətdikləri çoxlu sayda qızıl vardır. Burada baş verən uzun və macəralı mübarizəyə baxmayaraq Ceki qızılsız qalır. Ceki Çan — Ceki Karol Çenq — Ada Eva Kobo de Qarsia — Elza Şoko Aykeda — Momoko Daniel Mints — Amon Aldo Sambrell — Adolf Bozidar Smiljanic — Duke Skapio / Baron Bannon Conathan Isqar — Tasza Ken Qudman Stiv Tartalia Vinsent Lin 1992 — Honkonq film mükafatı Tanrının yaraqları 2: Kondor əməliyyatı — azərbaycan dilində Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine YouTubedə rəsmi treyler «Tanrının yaraqları 2: Kondor əməliyyatı» — Internet Movie Database saytında.