Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konservasiya yağları
Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması. Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur.
Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi və s. Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s. Konservativ qüvvələr sonrakı xassələrə malikdir: Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.
Kolumbiya Konservativ Partiyası
Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmcinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.