Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donskoy
Donskoy — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Dmitri Donskoy
Dmitri İvanoviç Donskoy (rus. Дмитрий Иванович Донской; 12 oktyabr 1350, Moskva, Böyük Moskva Knyazlığı – 19 may 1389, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1359–1389). Dmitrinin hakimiyyəti illərində Moskva knyazlığı rus torpaqlarının birləşməsinin əsas mərkəzlərindən birinə çevrildi və Vladimir Böyük knyazlığı Moskva knyazlarının irsi mülkiyyətinə çevrildi, Tver və Smolensk knyazlıqlarının təsiri buradan çıxdı. Qızıl Orda üzərində mühüm hərbi qələbələr qazanıldı. Ağ daşlı Moskva Kremli də onun dövründə tikildi. Knyazın tərcümeyi-halı və onun hakimiyyəti haqqında məlumatlar XIV əsrə aid anonim ədəbi abidədə "Rusiya çarı Böyük knyaz Dmitri İvanoviçin həyatı və istirahəti haqqında söz"də ətraflı təsvir edilmişdir. Dimitri İvanoviç 1380-ci ildə Qızıl Orda sərkərdəsi Mamay xana Don çayı sahilində Kulikovo döyüşündə qalib gəlib, Qızıl Orda qoşunlarını darmadağın etmişdir. Bu qələbəyə görə ona "Donskoy" ləqəbi verilmişdir.
Donskoy Çulek
Donskoy Çulek, yuxarı və orta axarlarda Donskoy Çulek axarı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Myortvı Dones çayının sağ qolunu təşkil edir. Don deltasından axan əsas qollardan biridir. Uzunluğu 26 km, hövzəsinin sahəsi isə 186 km² təşkil edir. Mənbəyinin hündürlüyü 100,4 metr. Mənsəni isə 0,4 metr təşkil edir. Düşmə meyli 3,9 m/km təşkil edir. == Axını == Çay öz başlanğıcını Tuzlov çayı ilə su ayrıcı yolunu oynayan ərazidən götürür. İnzibati cəhətdən Rostov vilayətinin Myaskinovski rayonu Karpo-Nikolaevka kəndi ərazisindən başlayır. Karpo-Nikolaevka kəndinin cənubundan, Krasnı Krım yolundan başlayır.
Nastasya Kinski
Nastasya Kinski (alm. Nastassja Kinski‎; əsl adı — Nastasya Aqlaya Nakşinski, alm. Nastassja Aglaia Nakszyński‎; 24 yanvar 1961, Berlin) — alman aktrisası, Qızıl Qlobus mükafatı laureatı. Nastasya Kinski 24 yanvar 1961-ci ildə Berlin şəhərində anadan olub. Atası aktyor Klaus Kinskidir. Bütün qəlbimlə (1982) Pişik insanlar (1982) Hərəm (1985) İnqilab (1985) "One From the Heart" video clip, 5 min. Photo slide show video, 3 min.
Klaus Kinski
Klaus Kinski, əsl adı Nikolaus Karl Günter Nakşinski (alm. Nikolaus Karl Günther Nakszyński‎; 18 oktyabr 1926[…], Sopot[d] – 23 noyabr 1991[…]) — polşaəsilli Almaniya teatr və kino aktyoru. Aktrisalar Pola və Nastasya Kinski, aktyor Nikolay Kinskinin atasıdır. O, bir çox psixopatik rollar oynamış və onların sayəsində beynəlxalq səviyyədə tanınmışdır. Kinski Almaniyanın ən məşhur aktyorlarından birinə çevrilmişdir. Onun ən əhəmiyyətli əsərləri rejissor Verner Hersoqla birgə çəkilmiş filmlərdir.
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Dmitri Donskoy (roman)
"Dumitri Donskoy" (rus. «Дмитрий Донской») — rus sovet yazıçısı Sergey Borodin (1902—1974) tərəfindən qələmə alınmış tarixi roman (1941). Romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxədən çox olmuşdur. == Təltif və mükafatları == 2-ci dərəcəli Stalin mükafatı. == Ədəbiyyat == Шерстнёва Н. Художественная правда в романах С. Бородина «Дмитрий Донской» и «Звёзды над Самаркандом»: Автореф. канд. дис. == Xarici keçidlər == Сергей Бородин. Дмитрий Донской.
Dmitriy Donskoy (roman)
"Dumitri Donskoy" (rus. «Дмитрий Донской») — rus sovet yazıçısı Sergey Borodin (1902—1974) tərəfindən qələmə alınmış tarixi roman (1941). Romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxədən çox olmuşdur. == Təltif və mükafatları == 2-ci dərəcəli Stalin mükafatı. == Ədəbiyyat == Шерстнёва Н. Художественная правда в романах С. Бородина «Дмитрий Донской» и «Звёзды над Самаркандом»: Автореф. канд. дис. == Xarici keçidlər == Сергей Бородин. Дмитрий Донской.
Koşki adaları
Koşki adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şokalski boğazının şimal-qərbində, Oktyabr İnqilabı adasından 2,7 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. İki ada arasında məsafə 950 metrdir. Böyük ada 2,3 km uzunluğa və 900 m enə malikdir. Kiçik ada isə 750 m uzunluğa və 450 m enə malikdir. Ən hündür nöqtəsi 14 metrdir. Bu yüksəklik Boyük adada yürləşir.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Ana Mayer-Kanski
Ana Mayer-Kanski (sloven. Ana Mayer-Kansky 20 iyun 1895 – 3 noyabr 1962) — ilk sloven əsilli qadın kimyaçı və kimya doktoru. == Bioqrafiyası == Sloveniyalı sahibkar Karl Mayerin ailəsində anadan olmuşdur. Anası Deyak, məşhur pivə zavodunun yerləşdiyi və proşutto istehsal edildiyi Senojeçe şəhərində doğulmuşdur. Ailəsində Anka adlandırıldı. Ana Vipavadakı məktəbdə (1902-1907) təhsil almışdır. Daha sonra Lyublyanadakı liseydə və klassik gimnaziyada təhsilini davam etdirmişdir. Gimnaziyada oxumağa icazə verilən ilk qızlardan biri kimi tanınır. 1914-1918-ci illərdə Ana Vyana Universitetinin Fəlsəfə fakültəsində oxuyur. Burada kimya və fizika kimi əlavə fənnlərdən təhsil alır.
Qoltz-Kinski sarayı
Qoltz-Kinski sarayı və ya Kinskilərin sarayı (çex. Palác Golz-Kinských, Palác Kinských) — keçmiş Qoltz sülaləsinin sarayı. Praqanın Köhnə şəhər meydanında yerləşir. Saray özünün gözəl çəhrayı-bəyaz rəngli fasadı ilə meydana xüsusi görünüş verir. Saray 1755-1765-ci illər arasında memar K.İ.Dintsenhoferin layihəsi əsasında inşa olunmuşdu. Evin ilk sahibi qraf Ernst (Arnoşt) Qoltz idi. 1768-ci ildə (qraf Qoltzun ölümündən sonra), qraf Frants Oldrjix Kinski qonşuluqda yerləşən daha iki bina ilə birlikdə sarayı alaraq, memar Koxa sarayın həyət fligellərini klassik üslubda yenidən qurulması barədə sifariş verir. Saray Kinski sülaləsinə 1945-ci ilə qədər məxsus idi; daha sonra Prezident Beneşin fərmanına əsasən saray müsadirə olunaraq, dövlət yurisdiksiyasına daxil oldu. Hazırda sarayın əsas zalları Milli Qalereyanın daimi və müvəqqəti sərgilər üçün təchiz olunmuşdu. Burada həmçinin qrafika kolleksiyası və Kinski nəslinə məxsus kitabxana da saxlanılır.