Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəşmir konflikti
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Dağlıq Qarabağ konflikti
Qarabağ münaqişəsi — Azərbaycan və Ermənistan arasında Qarabağ və Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Şimali İrlandiya konflikti
Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illəriin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökumət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət elan olundu.