Süjet
Süjet (fr. sujet - əşya, predmet) — Ədəbi əsərin məzmununu təşkil edən, ardıcıl inkişaf edən hadisələr. Fransız sözü olub,əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet ssenariyə oxşar struktura malikdir: aydın başlınğıc, dinamik inkişaf, kulminasiya və final. Bədii filmdə adətən 3, ən çox 7 süjet xətti olur.
D.N.Uşakovun lüğətində bədii əsərin əsas məzmununun şərh edildiyi hərəkət və hadisələrin məcmusu.
Əsli fransızca olan süjet sözünün bədii ədəbiyyatda mənası hərəkət, hadisə və tiplərin əsərdəki məzmunla əlaqədar olan məcmusudur. O, xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün bir vasitədir. Süjetin əsasında konfilikt və onun həlli yolu dayanır. Süjet epik, dramatik, hətta lirik əsərlərdə də olur.