Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fyodor Kopılov
Fyodor İvanoviç Kopılov (1910 – dekabr 1979, Belqorod) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1956–1959). Rusdur, ÜİK(B)P-nın üzvü (aprel 1932-ci ildən). IV–V çağırış SSRİ Ali Sovetinin deputatı, polkovnik (1952). == Həyatı == 1910-cu ildə Rusiya imperiyasının Orlov quberniyasının Bryansk uyezdinin Bejitsya şəhərində yanğınsöndürən ailəsində anadan olub. 1928-ci ildə 2-ci dərəcəli məktəbi, 1931-ci ildə Bejitsyada maşınqayırma institunun iki kursunu bitirib. Eyni zamanda 1928-ci ilin yanvar ayından 1931-ci ilin sentyabar ayındaək "Красный Профинтерн" maşınqayırma zavodunda tornaçı işləyib. 1931-ci ilin sentyabrında Leninqrad Dağ İnstitutunun sürətli hazırlıq institutuna daxil olur. 1932-ci ildə oranı bitirdikdən sonra Karakandada geoloji kəşfiyyat bazasında mexaniki qazma üzrə mühəndis işləyib. В РККА: с ноября 1932-ci ilin noyabr ayındanFəhlə-Kəndli Qızıl Ordu sıralarında hərbi xidmətdədir. Bir illik kursların kursantı, Əlahiddə Qırmızı bayraqlı Uzaq Şərq Ordusunun 40-cı atıcı diviziyasının 40-cı artilleriya polkunun vzvod komandiri olur.
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası[d] – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. == Həyatı == Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir.Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür. Hər ikisi bolşeviklərə qarşı mübarizə aparırdı.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Kobılya Qalava yarımadası
Kobılya Qalava (bur. Хорин ирги) — Baykal gölündə yerləşən Olxon adasında yerləşən, Xabarovsk diyarı ərazisində, Olxon darvazası ilə Kiçik dəniz boğazı arasında yerləşən yarımada. Yarımada körfəzin daxilinə 4 km məsafədə uzanır. Qutaracağında eyni adlı burun yerləşir. Sonucunda yerləşən qaya hazırda yarımadadan kiçik boğazla ayrılır. == Qəzalar == Burada XX əsr tarixində Baykal gölün tarixində ən dəhşətli qəza baş vermişdir. 1901-ci ilin oktyabrın 14-dən 15-ə keçən gecə «Potapov» gəmisi güclü küləklə qayaya çırpılmışdır. Nəticədə 176 nəfər həlak olmuşdur. Potapov qəzasından bir ötməmiş göl tarixində ikinci böyük qəza baş verir. 1902-ci ili sentyabrın sonlarında güçlü Sarma küləyinin sayəsində «Aleksandr Nevski» gəmisinin yedəyində gətirdiyi barjanı suya batırmışdır.
Sulo Kolka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.
Kolka–Karmadon buz və qaya sürüşməsi