Fyodor Kopılov

Fyodor İvanoviç Kopılov (rus. Фёдор Иванович Копылов; 1910[1]dekabr 1979[1], Belqorod) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1956–1959). ÜİK(B)P-nın üzvü (aprel 1932-ci ildən). IV–V çağırış SSRİ Ali Sovetinin deputatı, polkovnik (1952).

Fyodor Kopılov
rus. Фёдор Иванович Копылов
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri
bayraq2
27 oktyabr 1956 – 1 sentyabr 1959
ƏvvəlkiAnatoli Quskov
SonrakıAleksandr Kardaşov
Şəxsi məlumatlar
Doğum tarixi 1910[1]
Vəfat tarixi dekabr 1979[1]
Vəfat yeri
Partiya
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi polkovnik

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni

1910-cu ildə Rusiya imperiyasının Orlov quberniyasının Bryansk uyezdinin Bejitsya şəhərində yanğınsöndürən ailəsində anadan olub.

1928-ci ildə 2-ci dərəcəli məktəbi, 1931-ci ildə Bejitsyada maşınqayırma institunun iki kursunu bitirib. Eyni zamanda 1928-ci ilin yanvar ayından 1931-ci ilin sentyabar ayındaək "Красный Профинтерн" maşınqayırma zavodunda tornaçı işləyib. 1931-ci ilin sentyabrında Leninqrad Dağ İnstitutunun sürətli hazırlıq institutuna daxil olur. 1932-ci ildə oranı bitirdikdən sonra Karakandada geoloji kəşfiyyat bazasında mexaniki qazma üzrə mühəndis işləyib.

В РККА: с ноября 1932-ci ilin noyabr ayındanFəhlə-Kəndli Qızıl Ordu sıralarında hərbi xidmətdədir. Bir illik kursların kursantı, Əlahiddə Qırmızı bayraqlı Uzaq Şərq Ordusunun 40-cı atıcı diviziyasının 40-cı artilleriya polkunun vzvod komandiri olur. 1934-cü ilin dekabrında tərxis edilir.

1935-ci ilin yanvarından Bejitsyada "Красный Профинтерн" maşınqayırma zavodunun texniki təlimatçısı işləyir. 1935-ci ilin martında Rostov-Don şəhərinə köçür, Azov-Qaradəniz geoloji kəşfiyyat trestində mexaniki qazma üzrə mühəndis işləyir. 1937-ci ilin noyabrından "20 лет Октября" fabrikinin texniki rəhbər, idarə heyətinin sədridir.

1939-cu ilin noyabr ayından partiya işindədir: ÜİK(B)P Rostov vilayət komitəsi kadrlar şöbəsinin yanacaq-energetika və sənaye-nəqliyyat sektorunun təlimatçısı, sektor müdiri.

Böyük Vətən Müharibəsi başlayandan Fəhlə_Kəndli Qızıl Ordu sıralarındadır. Cənub Cəbhəsi 870-ci əlahiddə qaubitsya artilleiya polkunun partiya bürosunun katibi. 1942-ci ilin martında yaralanır, 3262 № — li evakuasiya hospitalıında müalicə edilir (Kislovods, Bakı, Həştərxan) . 1943-cü ilin martından 2102 № — li evakuasiya hospitalıın rəisinin siyasi məsələlər üzrə müavinidir (Stalinqrad), 1944-cü ilin aprelindən 1945-ci ilin noyabr ayınadək 2-ci, 3-cü, 4-cü Ukrayna Cəbhəsinin 31 saylı paylaşma-evakuasiya məntəqəsinin siyasi şöbəsinin baş təlimatçısıdır.

Ordudan sonra Rostova partiya işinə qayıdır: 1945-ci ilin dekabr ayından ÜİK(B)P MK yanında Partiya Nəzarət Komitəsinin nəzarətçisi, 1947-ci ilin may ayındanÜİK(B)P Stalin rayon komitəsinin ikinci katibidir.

1948-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizliyi Nazirliyinə (DTN) işə göndərilir. Aşağıdakə vəzifələri tutur:

  • DTN Krım vilayət üzrə idarəsi kadrlar şöbəsi rəisinin müavini (19 sentyabr 1948 – mart 1949-cu il)
  • DTN Rostov vilayət üzrə idarəsi kadrlar şöbəsi rəisinin müavini (mart 1949 – avqust 1950-ci il)
  • DTN Kursk vilayət üzrə idarə rəisinin kadrlar üzrə müavini (avqust 1950 – 7 aprel 1952-ci il)
  • DTN Kursk vilayət üzrə idarə rəisinin müavini (14 oktyabr 1952 – 16 mart 1953-cü il)
  • DTN Kursk vilayət üzrə idarə rəisi (14 oktyabr 1952 – 16 mart 1953-cü il)
  • DİN Kursk vilayət üzrə idarə rəisi (16 mart 1953 – 24 mart 1954-cü il)
  • DTK Kursk vilayət üzrə idarə rəisi (24 mart 1954 – 9 oktyabr 1956-cı il)
  • Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (27 oktyabr 1956 – 1 sentyabr 1959-cu il)
  • DTK Kursk vilayət üzrə idarə rəisinin müavini (8 dekabr 1959 – may 1965-ci il).

1965-ci ilin may ayından pensiyadadır. 1966-cı ilin fevralından qazanxana quraşdırma zavodunun texniki təhlükəsizlik şöbəsinin mühəndisi, 1966-cı ilin mart ayından vilayət yoltikinti tresti müdirinin müavini, 1973-cü ilin yanvar ayından vilayət avtomobil yolları inşası və istismarı istehsalat birliyinin texniki şöbəsinin müdiri, idarə rəisinin müavini. 1973-cü ilin mart ayından işləmir, 1977-ci ilin noyabr ayından vilayət avtomobil yolları inşası və istismarı istehsalat birliyinin mühəndisi[2].

  • II dərəcəli Vətən Müharibəsi ordeni (1945);
  • Qırımızı Ulduz ordeni (1945);
  • 13 medal ;
  • Н. В. Петров, Кто руководил органами госбезопасности, 1941 – 1954 : Справочник.
  1. 1 2 3 4 Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
  2. "Arxivlənmiş surət". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.