Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Toni Körtis
Toni Körtis (ing. Tony Curtis, əsl adı ing. Bernand Şvartz; 3 iyun 1925[…] – 29 sentyabr 2010[…], Las-Veqas, Nevada) — 1950-ci və 1960-cı illərin əvvəllərində populyarlığının zirvəsinə çatan, karyerası altı onillikləri əhatə edən amerikalı aktyor. O, 100-dən çox filmdə, yüngül komediyadan tutmuş ciddi dram janrlarına qədər geniş janrları əhatə edən rollarda çəkilib. Həyatının sonrakı illərində Kertis çoxsaylı televiziya çıxışları etdi. İlk kino rollarında əsasən gözəl görünüşündən istifadə etsə də, 1950-ci illərin ikinci yarısına qədər o, çoxsaylı dramatik və komediya rollarında sərtlik və dərinlik nümayiş etdirdi. İlk hissələrində o, bir sıra orta səviyyəli filmlərdə, o cümlədən qoçu, vesternlər, yüngül komediyalar, idman filmləri və musiqili filmlərdə rol alıb. Bununla belə, o, Hudini (1953) filmində həyat yoldaşı Canet Li ilə birlikdə rol aldığı zaman, bu "onun ilk açıq uğuru" idi, tənqidçi Devid Tomson qeyd edir ki, onun aktyorluğu hədsiz dərəcədə irəliləmişdi.
Yan Körtis
Yan Kevin Körtis (15 iyul 1956 — 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın «sonuncu» mahnısı olan «Love Will Tear Us Apart» dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — «24 hour party people» (2002) və «Kontrol» (2007). == Həyatı == Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib.
Çarlz Körtis
Çarlz Körtis — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 31-ci vitse-prezidenti.
Ceymi Li Körtis
Ceymi Li Körtis (22 noyabr 1958[…], Santa-Monika, Kaliforniya) — ABŞ aktrisasıdır. == Həyatı == Hezer Lencenkemp 22 noyabr 1958-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində aktyor Toni Krtis və aktrisa Canet Li ailəsində dünyaya gəlmişdi. Valideynləri 1962-ci ildə anasının yanına qalmış və bir müddət sonra anası yenidən ailə qurmuşdur. 1976-cı ildə orta məktbəi bitirdikdən sonra Stokton şəhərində aktyorluq peşəsi üzrə təhsilinə başlamışdır. Bir müddət sonra filmlərdə rol almış və 1978-ci ildə məşhur sleşer janrında çəkilən Hellovin filmində iştirak etmişdir. Ardınca, bir çox filmlərdə, o cümlədən, "Hellovin" filminin seriyalarında rol almışdır. Ceyminin bacısı Kelli Körtis aktrisadır. == Filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Ceymi Li Körtis — Internet Movie Database saytında.
Vinifred Meri Körtis
Vinifred Meri Körtis (ing. Winifred Mary Curtis; 15 iyun 1905, London – 14 oktyabr 2005, Hobart) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Vinifred Meri Körtis Tasmaniya adasında bitkiləri öyrənmişdir. == Əsərləri == janet Somerville, winifred mary Curtis, g. Kantvilas, s. j. Jarman. 2006. Janet Somerville's botanical history of Tasmania, 1642-1820. Ed.
Korenk
Korenk (fr. Corenc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38126. Kommunanın 2012-ci il üçün əhalisi 3944 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km şimal-qərbdə yerləşir.
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Uorvik
Uorvik (ing. Warwick) — İngiltərədə şəhər. Eyvon çayı üzərində yerləşir. Əhalisi 25 434 nəfərdir (2001).
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Aleksandr Bortnik
Aleksandr Bortnik (ukr. Олександр Миколайович Бортник; 18 oktyabr 1996) — ukraynalı qrosmeyster. 2016-cı il sentyabr ayında FIDE reytinqində 15-ci olub. 2014-cü ildə Bortnik 18 yaşadək Dünya Gənclər Şahmat Çempionatında qalib olub .
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Ceremi Korbin
Ceremi Bernard Korbin (ing. Jeremy Bernard Corbyn) — Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri. Özünü demokratik sosialist sayır. == Siyasəti və baxışları == === Milli və konstitusiya məsələləri === Korbinin şəxsi istəyi Britaniyanın respublika olmasıdır. Lakin, o deyib ki, monarx ailəsinin populyarlığı nəzərə alaraq, "bu mənim vuruşduğum döyüş deyil". === İqtisadiyyat === Korbin British Rail və enerji şirkətlərin kimi ictimai infrastrukturunun yenidən milliləşdirməsinin tərəfdarıdır. === Xarici siyasət === Korbin özünü tam pasifist saymır. Onun sözlərinə görə, İspaniya vətəndaş müharibəsi, Britaniya qul alverçiliyi durdurmaq üçün törətdiyi blokadası və BMT-nin 1999-cü ilin Şərqi Timordaki konfliktdəki rolu haqq qazandırıla bilən konfliklər olduğunu deyib. Halbuki, müharibə və zorakılığa müqavimət "həyatının tam mənasıdır". O, 2003-cü ilin İraq müdaxiləyə, Əfqanıstan müharibəsinə, 2011-ci ilin Liviyaya müdaxiləyə, Suriyada Əsədə qarşı hücumlara və DAİŞ-ə qarşı hərbi hərəkətlərə qarşı çıxırdı və Stop the War Coalition hərəkətinin sədri olmuş.
Cənubi Korsika
Cənubi Korsika (fr. Corse-du-Sud, kors. Corsica suttana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2A. İnzibati mərkəzi — Ayaçço. Əhalisi — 145 998 nəfər. == Coğrafiya == Sahəsi — 4014 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, şimal-şərqdə Yuxarı Korsika departamenti ilə sərhəddir. == Tarix == Cənubi Korsika departamenti 1975-ci il 15 may tarixində, 1975-ci il 15 sentyabr tarixində, 1793-cü ildən 1811-ci ilə qədər mövcud olan Liamonun tarixi rayonunda yaradılmışdır. Layihəyə görə Sarten, 20 kanton və 124 kommuna şəhərlərində mərkəzləri olan departamentdə 2 rayon mövcüd idi. == İnzibati bölgüsü == 2015-ci ildən Cənubi Korsikanın ərazisi 2 rayon (Sarten və Ayaçço), 11 kanton və 124 kommuna bölünmüşdür .
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi - Olimpiya çempionları - Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). == Bioqrafiyası == 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951-52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952-56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Ebbi Korniş
Ebbi Korniş — avstraliyalı Hollivud aktrisası və repçi. 13 yaşında fotomodel olub, 15 yaşından isə filmlərə çəkilməyə başlayıb. 1997-ci ildən 1999-cu ilə qədər "Vəhşi tərəf" serialının yeddi epizodunda rol alıb. 2001-ci ildə "Outriders" serialında baş rolu oynayıb. "Kendi" (2006), "Yaxşı il" (2006), "Parlaq ulduz" (2009), "Qadağan olunmuş fənd" (2011), "Biz sevgiyə inanırıq" (2011), "Robokop" (2014) filmlərindəki rolları ilə şöhrət qazanıb. == Bioqrafiyası == === Uşaqlıq illəri === Ebbi Korniş, 7 avqust 1982-ci ildə, Avstraliyanın, Yeni Cənubi Uels əyalətində, Şilley və Berri Kornişlərin beş övladlarından ikincisi olaraq dünyaya gəlib.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. == Senzura == Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.