Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kostum
Kostyum — klassik kişi və ya qadın geyimi. İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır. Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar.
Artur Kostler
Artur Kostler (mac. Arthur Koestler; 5 sentyabr 1905[…], Budapeşt – 1 mart 1983[…], London) — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Yəhudi mənşəyli olan Artur Koster "On üçüncü qəbilə" və "Gözqamaşdırıcı zülmət" kitabları ilə böyük məşhurluq əldə etmişdir. Atası Leopold Kostler Şimali Macarıstana köçmüş rus yəhudilərindən idi. Roman, publististik yazılar, sosial fəlsəfə əsərləri və müxtəlif elmi-tarixi əsərlərin müəllifidir. 1931-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuş, yeddi il sonra, Böyük Britaniyaya köçməsi ilə partiyadan ayrılmışdır. 1940-cı illərin sonlarında ən tanınmış ingilis anti-kommunistlərdən biri kimi tanınmışdır. 1950-ci illərdə də aktiv şəkildə siyasi fəaliyyətini davam etdirən Kostler 1930-cu illər SSRİ-nin siyasi həyatıdan danışan Gözqamaşdırıcı zülmət əsəri ilə tanınmağa başlayır. Gözqamaşdırıcı zülmət məzmun və mövzu oxşarlığına görə Corc Oruellin "1984" romanı ilə müqayisə edilir. Müəllifin başqa bir əsəri olan "On üçüncü qəbilə" kitabında Əşkinazi yəhudilərinin Xəzərlərin soyundan gəldiyi tezisi irəli sürülür.
Kevin Kostner
Kevin Kostner (18 yanvar 1955[…], Linvud[d], Kaliforniya) — ABŞ aktyoru. Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi. Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü. Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.
Martin Koster
Martin Gert Koster (1950, Dedemsvaart[d], Overijssel[d]) — Niderland aşağı sakson dilinin Drent ləhcəsində yazan və yaradıcılıq edən niderlandlı yazıçı. Əsasən nasir olan Koster, həm də şeirlər yazır və onları kitab şəklində çap edib. O, həmçinin niderland və ingilis dillərindən drent ləhcəsinə müxtəlif əsərləri və məqalələri tərcümə edir. Drent ləhcəsindəki Roet adlı ədəbi jurnalın yaradıcılarından biridir. 2021-ci ildə Niderland hökuməti, nəsli kəsilməkdə olan Drent ləhcəsini qorumaq və zənginləşdirmək üçün göstərdiyi səylərə görə, Kosteri Оran-Nassaus ordeni ilə təltif etdi.
Şarl de Koster
Şarl Teodor Anri De Koster (fr. Charles-Theodore-Henri De Coster; 20 avqust 1827-ci il, Münhen – 7 may 1879-cu il, Brüssel) — Belçika yazıçısı, Belçika milli ədəbiyyatının banisi. Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə Belçika ordusunun zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H. Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi".
On üçüncü qəbilə (Artur Kostler)
On üçüncü qəbilə — tarixçi Artur Kostlerin (1905-1983) türk və Qafqaz tarixini də əlaqələndirən kitabının adıdır. Yəhudi inancına görə İshaq oğlu Yaqubun iki oğlu olmuş, hər oğlu bir qəbilənin əsasını qoymuşdur. Dünya yəhudilərinin bu 12 qəbilədən gəldiyinə inanılmaqdadır. Ancaq özü də yəhudi olan Kostler şərq və şimal yəhudilərinin (Aşkenazilər) köklərininfərqli olduğu düşüncəsində olmuşdur. Kostler 1976-cı ildə nəşr etdirdiyi “On üçüncü qəbilə” adlı kitabında Orta əsrlərdə Şərqi Avropanın türklərin hakimiyyəti altında olduğundan hərəkət edərək, şimal və şərqi Avropa yəhudilərinin türk kökənli ola biləcəyini irəli sürməkdədir. Orta əsrlərin böyük bir hissəsində Şərqi Avropa türklərin hakimiyyəti altında idi. 576-cı ildə göytürklərin Krımın Kerç qalasına etdikləri səfəRdən sonra Qara dənizin şimalı tamamən türkcə danışanların hakimiyyəti altına keçdi. Sıra ilə Xəzər, Peçenek, Uz və Qıpçak kimi xalqlar XIII əsrdəki monqol hakimiyyətinə qədər bölgəni idarə etdilər.Böyük güc XI əsrə qədər xəzərlər, daha sonra da qıpçaklar oldu. Türkcə danışanlar və bozqırda yaşayanların çox zaman dini Gök Tenqri dini idi. Lakin xüsusilə, oturaq həyata keçənlər kitab dinlərini seçməyə üstünlük verirdilər.