Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Təbriz kotleti
Təbriz kotleti – Azərbaycanın milli yeməyi. Təbriz kotletinin hazırlanmasında qıymadan, yumurtadan, noxud ləpəsindən, kartofdan, quru soğandan, sarıkökdən, duzdan və istiotdan istifadə olunur. Təbirz kotletini hazırlamaq üçün əvvəlcə ləpə qaynadılaraq bişirilir. Kartof isə ayrı qaynadıb bişirilir, sonra əzik və bişmiş ləpə ona əlavə edilir, sonra üzərinə sürtkəcdən keçmiş soğan əlavə edilir. Kotlet əl böyüklüyündə olur, amma çox qalın hazırlanmır. Sonra yağ tökülmüş tavada hər iki tərəfi qızardılır. Servis edildikdə yanında xiyar turşusu verilir.
Balıktax çayı (Koletnı)
Balıktax çayı (Balıqlı çay) — Kotelnı adası ərazazisindən axan çay. İnzibati cəhətdən Rusiya Federasiyası, Yakutiya ərazisinə daxildir. Adanın ən böyük çayıdır. Çay öz adını onun sularında yaşayan balıqlardan alır. 130 metr yüksəklikdən başlayır. 209 km məsafədə uzanır. Sahəsi 4110 km² təşkil edir. Qərbinin mərkəzi hissəsindən başlayır. Şərqi Sibir dənizində yerləşən Yakov Smirniski buxtasına tökülür. Mənsəbdə qollara ayrıldığı hissədə çayın eni 110 metrdir.