Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
KPV
14.5 mm-lik KPVT iriçaplı tank pulemyotu zirehli nəqliyyat vasitələrinə, döyüş katerlərinə, səyyar və stosionar qurğulara quraşdırılır. 2000 metr məsafədə yüngül zireli hədəfləri, atəş gücü ilə düşmənin canlı qüvvəsini, 1500 metr yüksəklikdə isə hava hədəflərini məhv etmək üçün təyin edilib. Hava və yerüstü hədəflərə yandırıcı zirehdələn B32 patronlarla və zirehdələn izburaxan VZT (B3T) patronları ilə atəş açır. BRDM-2, BTR (BTR-60PB, BTR-70, BTR-80) kimi texnikaların əsas silahıdır.
Alişa Kiz
Alisia Auqello-Kuk, səhnə adı ilə Alisia Kiz (ing. Alicia Keys; 25 yanvar 1981, Hells Kitçen[d], Nyu-York ştatı) — amerikalı müğənni, bəstəkar, aktrisa. Dünya üzərində bütün albomları 30 milyondan çox nüxsə satmış və müxtəlif mükafatların sahibidir. 11 Qremmi mükafatı qazanıb.
Daniel Kiz
Daniel Kiz — Amerika yazıçısı. == Həyatı == Daniel Kiz 9 avqust 1927-ci ildə New Yorkda anadan olmuşdur. Ohaya universitetində fəxri professor olan Daniel Kiz Floridada yaşayıb. Elcernon üçün güllər ona “Hüqo” və “Nebula” mükafatlarını qazandırmışdır. Həmçinin bu romanın əsasında çəkilmiş “Çarli” filmi “Oskar” mükafatını almışdır. Səkkiz kitab yazan müəllif 15 İyun 2014-cu ildə vəfat etmişdir. == Mükafatlar == 1960-cı ildə "Elcernon üçün güllər" hekayəsi "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hüqo" mukafatına layiq görülmüşdür. 1966-cı ildə isə eyni adlı romanı "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür.
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
.kp
.kp — Koreya Xalq Demokratik Respublikasının internet kodu.
.kz
.kz — Qazaxıstanın internet kodu.
Sd.Kfz. 251
Sd.Kfz. 251 (Sonderkraftfahrzeug 251, Schützenpanzerwagen ) İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi zamanı istifadə edilmış olan yarımtırtıllı zirehli personal daşıyıcısıdır (ZPT). Bu maşın birinci dəfə İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının Hanomag şirkəti tərəfindən hazırlanmış və istehsal edilmiş zirehli döyüş maşınıdır. Bu maşınlardan müharibə zamanı 15 mindən çox istehsal edilmişdir. Bu avtomobilin ilkin istehsal olunmuş olan modelləri 1939-cu ildə 1-ci Panzer Diviziyasına verilmişdir. Avtomobilin bir çox variantı olan dörd əsas modeli (A - D) mövcud idi. Bu avtomobilin istehsalında olan əsas məqsəd piyada dəstəsini düşmənin bəzi atıcı silahlarının və artilleriya atəşinin təsirlərindən mühafizə edərək döyüş meydanına çatdırmaq idi. Maşının üstünün açıq vəziyyətdə olması personalın hələ də havada partlayan sursatlara qarşı xüsusilə həssas olduğundan xəbər verirdi. İlk iki modeldən az sayda istehsal edilmiədir. C modeli daha çox sayda istehsal edilmiş olsa da, yüngül silahların təsirindən effektiv müdafiəni təmin etmək üçün hazırlanmış çoxbucaqlı örtüklər bu modeli istehsal olunması üçün olduqca mürəkkəb bir vəziyyətə gətirmişdir.
PZ-90
PZ-90 — Məşhur alim F. N. Krasovski, M. S. Molodenski və A. A. İzotov tərəfindən keçmiş Sovet İttifaqında 1942-ci il koordinat sistemi geodeziya-astronomiya, qravimetriya və ölkənin nivelir şəbəkəsi əsasında yaradılmışdır. 50 ildən çox başlanğıc məntəqə kimi istifadə olunan Pulkov rəsədxanasına istinad edib triqonometrik məntəqələrin koordinatlarını bir neçə metr orta kvadrat yanlışla qərb tərəfə, 15 m-ə qədər isə şərq tərəfə hesablayıb tapmaq olar. Ancaq peyk üsulu ilə ölçmələrin aparılmasının inkişafı bu səhvi bir metrə qədər azaltmışdır, yəni ± 1 metrdir. 1990-cı ildə (PZ-90) radio-yüksəklikölçən aparatla təchiz olunmuş "Qeo-İK" peykinin köməyi ilə yerdə nöqtənin dəniz səviyyəsində yüksəkliyi 1 metrdən də az səhvlə tapılır. Dopler ötürücü aparatı isə peyklə məntəqə arasındakı məsafəni 1–2 m dəqiqliyində tapmağa imkan verir. PZ-90-la hesablama aparanda aşağıdakı fundamental sabitlərdən istifadə olunub: İşıq sürəti c= 299 792 458 m/san. Geosentrik qravitasiya sabiti Yerin öz oxu ətrafında fırlanma sürəti. PZ-90 Geosentrik koordinat sistemi xarici geodeziya şəbəkələrinin inteqrasiyası olmadan yaradılıb. Bu da keçmiş SSRİ ərazisində 30 məntəqəni əhatə edir. 30 milyon peyk müşahidələrindən (həm qurudan və həm də okeanlardan) ümumi yer ellipsoidinin parametrləri belədir: Böyük yarım ox: a=6 378 136 m Yer ellipsoidinin basıqlıq məxrəci: f=298,257839303 Yerin normal potensialı İkinci qormanik əmsal.
Azərbaycan KP
Azərbaycan Komunist Partiyası və ya qısaca AKP— Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır. == Tarixi == === Quruluşu və Aprel işğalı === 1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir. Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.
KP Brno QVK
"KP Brno" — Çexiya qadın voleybol komandasıdır. 1996-cı ildə yaradılmış və günümüzdə də aktiv fəaliyyət göstərir. == Heyəti == Komandanın heyətini əsasən çex voleybolçular təşkil edir. Komandanın kapitanı İvana Cebakovanın həm məşqçi, həm də oyunçu olması diqqəti çəkir və voleybolda çox nadir rastlanan vəziyyətdir.
VK KP Brno
"KP Brno" — Çexiya qadın voleybol komandasıdır. 1996-cı ildə yaradılmış və günümüzdə də aktiv fəaliyyət göstərir. Komandanın heyətini əsasən çex voleybolçular təşkil edir. Komandanın kapitanı İvana Cebakovanın həm məşqçi, həm də oyunçu olması diqqəti çəkir və voleybolda çox nadir rastlanan vəziyyətdir.
Azərbaycan KP MK
Azərbaycan Komunist Partiyası və ya qısaca AKP— Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır. == Tarixi == === Quruluşu və Aprel işğalı === 1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Boz qaz
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi
Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət komitəsi — Rusiya Kommunist (bolşevik) Partiyasının, Ümumittifaq Kommunist (bolşevik) Partiyasının, Sovet İttifaqının Kommunist Partiyasının respublika üzrə mərkəzi partiya orqanı (1920–1991). == Haqqında == Naxçıvan MSSR-də (Azərbaycan SSR-də) ali vəzifə Sovet İttifaqının Kommunist Partiyasının Naxçıvan regional bölməsinin birinci katibi olmuşdur. Vəzifə 1920-ci ildə yaradılmış və 1991-ci ilin avqustunda ləğv edilmişdir. Birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqını Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu, yaxud da Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi təyin edirdi.
Boz qaz adaları
Boz qaz adaları — Çukot dənizində Kolyuçin körfəzinin şimal-qərbində yerləşir. Şimaldan cənub doğru uzanır. Çukot yarımadasından 5 km aralıda yerləşir. Yujnıy adası arxipelaqın ən iri adasıdır. Uzunluğu 12 km təşkil edir. Ada qumsal olub düzəndir. Gilli ərazilərdə duzlu göllərdə vardır. Arxipelaqın ətrafı buzlarla örtülüdür. 9-10 ay buzlardan azad olmur. Bununla da ada uzun zaman materiklə birləşir.
Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutu (Азәрбајҹан Коммунист Партијасы Мәркәзи Комитәси јанында Партија Тарихи Институту) və ya Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutun Filialı (Совет Иттифагынын Коммунист Партијасынын Мәркәзи Комитәси јанында Марксизм-Ленинизм Институн Филиалы) — Azərbaycan SSR-də mərkəzi partiya elmi-tədqiqat idarəsi. == Tarixi == 1921-ci il avqustun 29-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürosu tərəfindən Mərkəzi Dövlət Arxivi bazasında Azərbaycanda inqilabi və partiyanın tarixini öyrənən komissiyanın – Azərbaycan Partiya Tarixi Bürosunun (Azistpart) yaradılması qərara alınmışdır. Azərbaycan K(b)P MK-nın 26 dekabr 1921-ci il tarixli qərarı ilə büronun Məmməd Səid Ordubadinin də daxil olduğu ilk kollegiyası təsdiq edilmişdir. 1928-ci ildə "Azistpart"ın əsasında Stepan Şaumyan adına Azərbaycanda Sinfi Mübarizənin və Kommunist Partiyasının Tarixini Öyrənən İnstitut yaradılmışdır. İnstitut 1939-cu ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı, 1956-cı ildən isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun Filialı adlanmışdır. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini, mühüm partiya sənədlərini, partiya-siyasi ədəbiyyatı Azərbaycan dilinə tərcümə etmək, respublika partiya təşkilatının tarixini tədqiq etmək, partiya tarixinə aid mühüm sənəd, xatirə və s. material toplamaq və dərc etməklə məşğul olmuşdur. İnstitut marksizm-leninizm klassiklərinin əsərlərini tərcümə, partiya tarixi, partiya quruculuğu bölmələri, partiya arxivi və kitabxanası var. 1964-cü ildə institut nəzdində respublikada Sovet İttifaqının Kommunist Partiyası tarixinin elmi cəhətdən tədqiqini əlaqələndirmə şurası təşkil olunmuşdur. 1946-cı ildən institut tərəfindən "Əsərlər" məcmuəsi nəşr edilmişdir.
Epi
Epi (Əkbər Novruzlu; 15 yanvar 1999, Bakı) — Azərbaycan reperi, Vətən müharibəsinin iştirakçısı. == Həyatı və karyerası == Əkbər Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014–2015-ci illərdə Şərab olmuşuq və Qırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
GP3
GP3 Series və ya qısaca GP3, 2010-cu ildə başlayan avtomobil yarışları seriyasıdır. O, 2010-cu ildə GP2 promouteri Bruno Mişel tərəfindən təqdim edilib. Bu, sürücülər baxımından GP2-ni gücləndirən çempionatdır. Hər il pilotlar GP3-dən GP2-yə keçirlər.
Göz
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Gəz
Gəz — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,432 nəfər və 5,704 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gəz dilində danışırlar.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qoz
Qoz, Cəviz və ya Girdəkan(lat. Juglans) — Qozkimilər fəsiləsinə aid cins. Qışda yarpağını tökən ağaclardandır. Gənc sürgünlərin özü bölməlidir. Tumurcuqlar az sayda markalarla örtülmüşdür. Yarpaqcıqların kənarları bəzi növlərdə incə dişli, bəzilərdə isə düzdür (tam kənarlı). Yarpaqcıq sayı növlərə görə (3) 5-23 arasında dəyişir. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Qurullar budaqlanmamışdır.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Ekiz
Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.