Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krаpinа
Krаpinа (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krаpinskо-Zаqоrskаya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Georgi Krapivka
Georgi Krapivka (tam adı: Georgi Gennadiyeviç Krapivka, rus. Георгий Геннадьевич Крапивка; 22 aprel 2001) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Kuban-2 Krasnodar klubunda müdafiəçi kimi çıxış edən Rusiya futbolçusu. == Karyerası == Krapivka öz peşəkar karyerasında debütünü 23 sentyabr 2017-ci ildə Kuban-2 Krasnodar klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Akademiya Futbola Rostov-on-Don klubuna qarşı oyunda etmişdir.
Kraliça
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa II Elizabet, Böyük Britaniya kraliçası. II Marqrete, Danimarka kraliçası. Karl XVI Qustav, İsveçrə kralı.
Krayova
Krayova (rum. Craiova) - Rumıniyanın 6-cı böyük şəhəri və Dolj judetsinin paytaxtı. Şəhər Olteniyanın mərkəzindəki Jiu çayının şərq sahilində yerləşir. == Etimologiyası == Şəhərin adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, şəhərin adının qədim slav dillərindəki krajna ("sərhəd" və ya "diyar") sözündən gəldiyi ehtimal olunur.
Kurapika
Kurapika (クラピカ, Kurapika) — Hunter × Hunter-ın baş rolu. Kurta soyunun yaşayan yeganə fərdi olan qara siyahı ovçusu Kurapika, həmçinin Layt Nostrad tərəfindən yaradılan orqanizasiyanın hal-hazırkı lideridir.
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.
Krapov.
Antonio Krapovikas (ing. Antonio Krapovickas; 8 oktyabr 1921, Buenos Ayres – 17 avqust 2015) — Argentina botaniki. == Elmi fəaliyyəti == Antonio Krapovikas Bromeliyakimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Krapovickas, A. Las especies de Sphaeralcea de Argentina y Uruguay // Lilloa. — 1949. — Vol. 17. — P. 179—222. Krapovickas, A. Flora del Valle de Lerma, Malvaceae Juss.. — Salta, 2008.
Cənab kraliça
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) - Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. == Süjet == Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Kraliça-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kraliça (film)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". == Məzmun == Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kraliça Beatriks
Kraliça Beatriks Vilgelmina Armqard (nid. Beatrix Wilhelmina Armgard, МФА: [ˈbeːjaˌtrɪks]; 31 yanvar 1938-ci il) — Niderland kraliçası (1980-ci ildən) (ana kraliçanın taxt-tacdan imtinasından sonra), Oran sülaləsindəndir, Kraliça Yuliananın və şahzadı Bernard tsur Lippe-Bisterfeldin qızı.
Kraliça Fabiola
Kraliça Fabiola (isp. Fabiola de Mora y Aragón) - Belçikanın sabiq Kraliçası.
Kraliça Seondeok
Kraliça Seondeok (606 – 17 fevral 647, Şila krallığı) — Koreya Yarımadasının cənubunda var olmuş,Şila Krallığının (e.ə 57-935) 27-ci hökmdarı və ilk qadın rəhbərdir. E.ə 632-647 illər arasında Şilaya hökümranlıq etmişdir. O, Samguk Saqinin dediyinə görə, Kral Jinpyeong və Kraliça Mayın böyük qızı idi və bu, digər mənbələr tərəfindən mübahisələndirilir. İddialara görə, atası oğullarının olmaması səbəbindən taxtdan ayrılıb. O, həm də bacısının oğlu Kral Muyeolun bibisidir (bəzi mənbələrə görə ən böyüyü). Seondeok Koreya folklorunda məşhur bir şəxsiyyətdir; əfsanələrdə o, yoxsulların qayğısına qalan və Buddizmə himayədarlıq edən mehriban hökmdar kimi təsvir edilir və onun hökmranlığı dövrü firavanlıq dövrü kimi təsvir edilir. 646-cı ildə onun hakimiyyəti dövründə rahib Jajang tərəfindən Tongdosa monastırının əsası qoyuldu. Çin imperatoru Li Şiminlə ittifaqda Goguryeo və Baekje qarşı müharibələr apardı. == Hökmranlığı == Miladdan sonra 634-cü ildə kraliça olmuşdur. Şila krallığı tarixindəki 3 kraliçadan ilkiydi.
Kraliça Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Krasava burnu
Krasava burnu (bolq. нос Красава, ‘Nos Krasava’ \'nos kra-'sa-va\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Finayeus buxtası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Orbel zirvəsinin qolunu əmələ gətirir.Burun qərbi Bolqarıstanda yerləşən Krasava şəhərinin adını daşıyır. == Yerləşməsi == Vartop burnundan 3.8 km cənub-şərqdə, Eiykman burnundan 7 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Nadejda Karpova
Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995, Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. == Karyerası == Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır. 2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.
Natella Krapivina
Natella Vaqif qızı Krapivina (ukr. Крапівіна Нателла Вагіфівна; 7 aprel 1982, Aşqabad) — Azərbaycan əsilli Ukrayna televiziya və musiqi prodüseri.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Kapisa vilayəti
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Ricinus krappa
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Ağ kraliça (personaj)
Ağ kraliça - Luis Kerrollun Alisa güzgü arxasında əsərinin baş qəhrəmanlarından biridir.
Kraliça (film, 2006)
Kraliça (ing. The Queen) — kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik film. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə Oskar mükafatı almışdır. Həmçinin film "Ən yaxşı film" nominasiyası üzrə Oskar mükafatına namizəd olmuşdur. Ümumilikdə film 58 mükafata layiq görülmüşdür. Filmin şüarı — "Xalqın kraliçası, ürəklərin kraliçası". == Məzmun == Film bioqrafik olsa da kraliça II Elizabetin bütün həyat və fəaliyyətini deyil, 1997-ci ili əhatə edir. Şahzadə Diananın Parisdə avtomobil qəzasına uğraması xəbəri bütün dünyanı, eyni zamanda Böyük Britaniyanı lərzəyə gətirir. Belə bir acı məqamda Elizabetin ani və gözlənilməz qərarları filmin əsas süjet xəttini təşkil edir. Yenicə baş nazir seçilmiş Toni Bler isə vəziyyətdən çıxış yolları axtarır.
Kraliça Annanın Əsasnaməsi
Kraliça Annanın Əsasnaməsi — 1709-cu ildə imzalanmış, 10 aprel 1710-cu ildə İngiltərədə elan edilmiş müəlliflik hüququ haqqında ilk qanun. "Kraliça Annanın Əsasnaməsi" (Statute of Anne) adlanan bu qanun dünyada nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında ilk akt olmuşdur.
Kraliça Elizabet Torpağı
Kraliça Elizabet Torpağı (ing. Queen Elizabeth Land) — Böyük Britaniyanın Antarktika ərazilərinə daxil olan bölgə. Bölgə Ueddell dənizi ilə Cənub qütbü arasında yerləşir. == Tarix == Kraliça Elizabet Torpağı 18 dekabr 2012-ci II Elizabetin taxt-tacda olmasının 60 illiyi münasibəti ilə adlandırılmışdır == Ətraflı məlumat == Kraliça Elizabet Torpağının ərazisi 437 000 km² təşkil edir. Torpaq üçbucaqlı bir seqment olaraq bir hissəsi cənub qütbünə söykənir. Şimaldan Ronn şelf buzlağı və Filhner şelf buzlağı, şimal-şərqdən Kots Torpağı, şərqdən Kraliça Mod Torpağı ilə sərhədlənir. Kraliça Elizabet Torpağının qərbində Elsuort Torpağı yerləşir. Kraliça Mod Torpağının mərkəzi Pensakol dağlarıdır. Ərazi 1956-cı ili yanvarında aşkarlanmışdır. Torpaq bütün britaniya xəritələrində göstərilir == Argentinanın reaksiyası == Argentina Böyük Britaniyanın bölgəyə olan ərazi iddiasına öz etirazını bildirmişdir.