Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rkasiteli
Rkasiteli(gürc. რქაწითელი < რქა წითელი, qırmızı buynuz) — Üzüm növü. Gürcüstanın çoxəsrlik yerli sortudur. Gürcüstan üzümlüklərinin 20-30%-ni təşkil edir. Keçmiş SSRİ üzümlüklərində 1-ci yer tuturdu. Azərbaycan üzümlüklərinin yaxın keçmişdə 60%-i, hazırda 30%-ə qədərini təşkil edir. Suvarılan münbit torpaqlarda sortun kolları güclü, məhsuldarlığı yüksəkdir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta irilikdə və iri, uzun, silindrik və yaxud əsasından azca genişlənmiş, çox halda qanadlı, orta sıxlıqda və sıxdır. Gilələri orta irilikdə, azca oval, yaşılımtıl ağ, gün düşən tərəfdən qəhvəyi cizgilərlə sarıtəhər, yetişib ötdükdə zəif-çəhrayı ləkəlidir.
Kapitel
Kapitel (lat. caput «baş») — sütunun və ya pilyastranın yuxarı, yekun elementini təşkil edir. Kapitel abaka və exindən ibarət olur. Abaka adətən düzbucaqlı piltə formasında, exin isə daha iri və yastıq formasında olur. Hər bir memarlıq orderi üçün ayrıca kapitel tipi uyğun gəlir. == Kapitelin hissələri == Hər bir kapitelin əsas 3 hissədən ibarətdir: 1) Abaka. 2) Exin. 3) Boyun. Bu hissələr özləridə ikinci dərəcəli hissələrə bölünür. Sadə kapitel (dorik) abaka və exindən ibarətdir.
Kastel Rotsone
Kastel Rotsone (it. Castel Rozzone) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 40 kilometr (25 mil) şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) cənubda yerləşir. Əhalisi 2545 nəfər, əhalinin sıxlığı 2545 nəfər/km²-dir. Sahəsi 1 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. == Həyatı == Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Kastel-de-Kastels
Kastel-de-Kastels (isp. Castell de Castells) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 493 nəfərə çatmışdır.