Jerari indiqoferası
Indigofera heterantha (lat. Indigofera heterantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Himalayda bitir.
== Botaniki təsviri ==
1,5 m hündürlükdə olan kol bitkisidir. Zoğları bir qədər tilli, gümüşü-boz rənglidir. Üzəri sıx, yastı tükcüklərlə örtülmüş olur. Yarpaqları təklələkvari, 5-6 sm uzunluğunda bozumtul, 13-21 ədəd qarşılıqlı düzülmüş, yumurtavari və ya enli-neştərşəkilli yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 1-1,5 sm, yuxarısı dəyirmi və ya oyuq, azca iti, hər iki tərəfdən sıx tükcüklərlə örtülmüşdür. Iyul-avqust aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı rəngli, 1 sm uzunluğunda olub, düz qalxan, 15 sm uzunluğunda sıx çiçək salxımlarında yerləşir.