Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krayova
Krayova (rum. Craiova) - Rumıniyanın 6-cı böyük şəhəri və Dolj judetsinin paytaxtı. Şəhər Olteniyanın mərkəzindəki Jiu çayının şərq sahilində yerləşir. == Etimologiyası == Şəhərin adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, şəhərin adının qədim slav dillərindəki krajna ("sərhəd" və ya "diyar") sözündən gəldiyi ehtimal olunur.
Sarasota
Sarasota — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Krasava burnu
Krasava burnu (bolq. нос Красава, ‘Nos Krasava’ \'nos kra-'sa-va\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Finayeus buxtası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Orbel zirvəsinin qolunu əmələ gətirir.Burun qərbi Bolqarıstanda yerləşən Krasava şəhərinin adını daşıyır. == Yerləşməsi == Vartop burnundan 3.8 km cənub-şərqdə, Eiykman burnundan 7 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Universitatya Krayova FK
Universitatya Krayova FK - Rumıniyanın Krayova şəhərindən olan, yüksək liqada iştirak edən peşəkar futbol klubu. Ev oyunlarını 30.944 tamaşaçı tutumuna malik "Yon Oblemenko" stadionunda keçirir. Universitatya Krayova klubu 2013-cü ildə, iki il əvvəl fəaliyyətini dayandırmış "Universitatya" klubunun əvəzinə yaradılıb.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. == Varna təlimi == Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Krasna Horka Qalası
Krasna Horka qalası (slovak. Hrad Krásna Hôrka, mac. Krasznahorka vára) — Slovakiyada Koşitse Bölgəsindəki Roznava yaxınlarındakı Krasnohorske Podradiye kəndinə baxan bir təpədə qurulmuş bir qala. Qalanın ilk yazılan sözü 1333-cü ildə idi. 1961-ci ildə Krasna Horka, Slovakiya Respublikasının Milli Mədəniyyət Abidəsi elan edildi. Ölkənin ən yaxşı qorunmuş qalalarından biri olduğu deyilirdi. 2012-ci ilin Mart ayının 10-da qalada yanğınla böyük zərər gördü. == Etimologiyası == Adı "gözəl bir dağ" deməkdir (Slovakca: krásná - gözəl, hôrka - kiçik bir dağ). Kras (Karst) məhəllədə olduğu üçün ola biləcək deyil, olabiləcək, Kras (karst) sözündən törədilmişdir. == Tarixi == Qala XIII əsrdə Akos qardaşları tərəfindən Transilvaniya'dan Koşitse'dən Spiş'ə və bugünkü Polşaya gedən bir ticarət yolunda inşa edilmişdir.
Karlota Joakina (İspaniya infantası)
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.
Rasta bazar (Şuşa)
Məhəmməd Əmin Rəsulzadə küçəsi və ya Rasta bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Divanxana və Meydanı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçə. == Tarixi == Aşağı bazar küçəsindən fərqli olaraq, Rasta bazar küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq Rasta bazar küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə Aşağı bazar küçəsi idi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi və 1828-ci ildə Qacarlarla Rusiya imperiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra hərbi təhlükənin aradan qalxması ilə digər qala şəhərlər kimi Şuşa da müdafiə əhəmiyyətini itirir və şəhərdə ticarətin inkişafına başlanılır. Bu isə şəhərin köhnə ticarət küçəsi olan Aşağı bazar küçəsinin yenidən qurulması və Rasta bazar kimi yeni və daha böyük ticarət küçəsi yaradılmasına ehtiyac formalaşdırır.Şuşada ticarət mərkəzinin genişləndirilməsi zamanı ictimai ticarət binaları ilə tikilmiş bir neçə böyük ticarət-bazar kompeksi olan meydanlar və küçələr meydana çıxır. Yeni memarlıq-planlaşdırma mərkəzinin formalaşması Şuşanın 1855-ci ilə aid baş planında da əksini tapmışdır. Həmin plana görə şəhərin mərkəzi Aşağı meydandan Cümə məscidinin qarşısında yerləşən Meydana keçirilir. Bu şəhərsalma prosesini qeyd edən Baharlı bildirir ki, şəhərin bir zamanlar ictimai-ticarət tikililəri (karvansaralar, ticarət sıraları və hamamlar) ilə zəngin olan aşağı hissəsi tədricən əhəmiyyətini itirir, yuxarı hissəsi isə abadlaşdırılaraq, mərkəzə çevrilir.Aparılan yenidənqurma işləri zamanı Şuşanın tarixi qeyd edilməmiş baş planında göstərilmiş ən uzun keçid küçəsi abadlaşdırılaraq 1837-ci ildə düzləşdirilərək yeni böyük ticarət mərkəzinə çevrilir. == Xüsusiyyətləri == Şuşanın 1855-ci ilə aid baş planından başlayaraq, bütün digər planlarda çoxşaxəli məhəllə küçələri arasında demək olar ki düz olan üç paralel küçə diqqəti cəlb edir.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Rasta bazar küçəsi (Şuşa)