Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kremnitsa
Kremnitsa (slovak. Kremnica, alm. Kremnitz‎, mac. Körmöcbánya) — Slovakiyanın mərkəzində, Kremnitsa dağının ətəyində yerləşən şəhər. Əhalisi təxminən 6 min nəfərdir. == Tarixi == Kremnitsa yaxınlığında ilk qızıl hasilatı X əsrdə aparılmışdır. Təxminən, elə o illərdə Kremnitsabanya yaşayış məntəqəsi yaranmışdır. Rəvayətə görə, ovçular bu yerdə bıldırçin quşunu tutmuşdular ki, onun ayaqları üzərində qızıl qumdan ibarət dənəciklər tapdılar. Son qızıl 1970-ci ildə hasil edildi. XIII əsrdə Kremnitsada əzəmətli müdafiə qalası inşa edildi.
Kremnitsa zərbxanası
Kremnitsa zərbxanası (slovak. Mincovňa Kremnica) — Kremnitsa şəhərində yerləşən Slovakiya Dövlət Zərbxanası. Dünyanın ən qədim dövlət müəssisələri və ən qədim zərbxanalarından biridir. == Tarixi == 17 noyabr 1328-ci ildə, azad kral mədən şəhəri statusu ilə yanaşı, Kremnitsa Macarıstan kralı Karl Robertdən zərbxana açma imtiyazını aldı. İlk sikkələr Florensiya zərbxanası modelində kəsilirdi və florin adlanırdı. Daha sonra dukat sikkəsinin zərb edilməsi başlandı. Qızılın davamlı yüksək əyarına (986) görə Avropada geniş tanınırdı və kütləsi 3,49 q idi. Bu dukatlar uzun müddət Mərkəzi Avropanın ən sərt valyutası hesab olunurdu.XX əsrin əvvəllərində zərbxananın avadanlığı çox köhnəlmişdi, hətta Budapeştə köçürülməsi üçün təkliflər var idi. Ancaq Birinci Dünya müharibəsi başa çatmadan bu baş vermədi. Çex qoşunları Şimali Macarıstana daxil olduğdan sonra Mixael Karolinin hökuməti, paytaxt Budapeştə avadanlıq və qiymətli metalların tədarükünü əmr etdi.