Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slavik Kriklivı
Vyaçeslav (Slavik) Leonidoviç Kriklivı (ukr. В'ячеслав Леонідович (Славік) Крикливий; 1 iyul 1976, Zaporojya) — Ukrayna bal rəqqası, peşəkarlar arasında dünya çempionatının qalibi. == Həyatı == Vyaçeslav Leonidoviç Kriklivı 1 iyul 1976-cı il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Zaporojya şəhərində həkim ailəsində anadan olmuşdur. O, beş il üzgüçülük ilə məşğul olmuşdur. Kriklivı 1987-ci ilin payızında ailəsi ilə birlikdə Melitopol şəhərinə köçmüşdür. O, burada Latın Amerikası rəqs proqramını öyrənməyə başlamışdır. Kriklivı 1990-cı illərdə Kiyevə köçmüş və burada çıxış etmişdir. Vyaçeslav Kriklivı 1998-ci ilin martında Ukrayna çempionu olmuşdur. O, bir həftə sonra Belçika çempionu Coanna Lünis ilə cütləşmişdir. Dünya Rəqs İdmanı Federasiyasının məlumatına görə, Kriklivı 1999-cu ildə Lünis ilə birlikdə Dünya Çempionatının gümüş medalını, bir il sonra həvəskarlar arasında Dünya və Avropa Çempionatının qızıl medalını qazanmışdır.