QOZLU

1
прил. с орехом, ореховый. Qozlu tort ореховый торт
2
прил. кичливый, хвастливый
QOZLANMAQ
QOZLUQ
OBASTAN VİKİ
Qozlu
Azərbaycanda Qozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Qozlu — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
Qozlu (Bostanabad)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (52 ailə).
Qozlu (Kəlbəcər)
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qozlu (Laçın)
Qozlu — Azərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qozlu (Məlikan)
Qozlu (fars. قوزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (67 ailə).
Qozlu borucuq
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. Kükünün bir çox çeşidi hazırlanır.
Qozlu piroq
100 q kərə yağı; 150 q şəkər tozu; 2 ədəd yumurta; 5 q qabartma tozu; 120 q buğda unu; 100 q qoz; 125 ml süd. Yumurtanı şəkər tozu ilə çalın. Yağı əridib soyudun, çalınmış yumurtaya əlavə edin. Qozu xırda-xırda doğrayıb unla qarışdırın. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuduqdan sonra piroqu şəkər kirşanı və qozla bəzəyin.
Qozlu sucuk
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Qozlu-şəkərli piroq
Qozlu-i Xaniyə (Çaypara)
Qozlu-i Xaniyə (fars. قوزلوي خانيه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
Qozlu (Ağdərə)
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qozlu sucuq
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Aşağı Qozlu (Qoşaçay)
Aşağı Qozlu' (fars. گوزللوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Aşağı Qozlu (Soyuqbulaq)
Aşağı Qozlu (fars. قوزلوی سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (49 ailə).
Yuxarı Qozlu (Qoşaçay)
Yuxarı Qozlu (fars. گوزللوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (21 ailə).
Yuxarı Qozlu (Soyuqbulaq)
Yuxarı Qozlu (fars. قوزلوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (68 ailə).
Qozlubulaq
Qozlubulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Cəyirli kənd inzibati-ərazi vahidi tərkibindəki Qozlubulaq qəsəbəsi Qozlubulaq kəndi hesab edilmişdir. Kəndin əhalisi 760 nəfər təşkil edir ki, onun da 386 nəfəri kişi, 374 nəfəri isə qadındır.
Qozlubulaq bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qozluca
Qozluca (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisində kənd.
Qozluca (Bostanabad)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (85 ailə).
Qozluca (Marağa)
Qozluca (fars. ‎‎قوزلوجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 544 nəfər yaşayır (106 ailə).
Qozluca (Sayınqala)
Qozluca (fars. قوزلوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (16 ailə).
Qozluca (Soyuqbulaq)
Qozluca (fars. قوزلوجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (29 ailə).
Qozluca (Xoy)
Qozluca (fars. قوزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Qozluca (Əcəbşir)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,320 nəfər yaşayır (312 ailə).
Qozludərə
Qozludərə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kəndin əsası 1960-cı illərdə qoyulub. Həmin dövrdə qədər Qozludərə həmin ərazinin adı idi, həmin ərazidə qoz meşəsinin olmasıyla bağlı idi və Naxçıvanlı qəsəbəsinin tabeçiliyində idi.
Qozlukörpü
Qozlukörpü (əvvəlki adı: Getavan və ya Kotavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlukörpü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kotavan kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Hetavan kəndi Qozlukörpü kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. XIX əsrin 20-ci illərində çar Rusiyasının İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi zamanı erməni ailələri Qozlukörpü kəndində məskunlaşdırılmış və ermənilər kəndin adını dəyişərək bir müddət Hetavan adlandırmışlar. Oykonim "Qozlu kəndinin körpüsü" mənasındadır. Qozlukörpü kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Hetavan kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Qozluçay
Qozluçay — Araz çayının sol qolu. Qozluçay Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın cənub-şərq yamacının 1520 m hündürlüyündən götürür Suyunun çox hissəsini yağış suları təşkil edir. Yalnız güclü yağışlar zamanı suyu Araza çatır. Daimi axara malik deyildir. Çayın suyundan suvarma işlərində qismən istifadə olunur.
Qozluçay döyüşü
Qozluçay döyüşü — Səfəvi-Osmanlı müharibələri zamanı Qozluçay sahilində vuruşma. Osmanlıların zəbt etdiyi Qarabağı geri qaytarmağa çalışan I Şah Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı qoşunla 1604-cü ildə Qarabağa göndərmişdir. Araz çayını keçən Hüseyn xan Qacarın qoşunu Qozluçayın sahilində düşərgə salmışdır. Gəncə bəylərbəyi Davud paşanın 7 min nəfərlik qoşununa qarşı döyüşdə məğlub edilən Hüseyn xan geri çəkilməyə məcbur olmuşdur.
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.

Значение слова в других словарях