Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. == Tarixi == 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kredok boğazı
Kredok boğazı (ing. Cradock Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kolvill boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kredok boğazı Qreyt-Barrier adasını Little-Barrier adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 30 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Kruzov adası
Kruzov adası (ing. Kruzov Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır. Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdur.
Krunk PUA
Krunk (tərcümədə Leylək) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur. == Tarixi == Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib.
Robinzon Kruzo
Robinzon Kruzo— Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman 1958-ci ildə Bakıda "Robinzon Kruzonun həyatı" kimi də nəşr olunmuşdur. Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı şotland bir dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır. Robinzon Kruzo Daniel Defonun ən məşhur əsəridir. Robinzon Kruzo Qutenberq layihəsində.
FK Kruoja Pakruojis
Kruoya Pakruoyis FK (FK Kruoja Pakruojis) — Litvanın Pakruoyis şəhərini təmsil edən futbol klubudur. Litvanın A Liqasında mübarizə aparır. Bu klub 2009-cu ildə A Liqasında 8-ci yeri tutaraq B Liqasında mübarizə aparmağa başlamışdır. A Liqasına yenidən qayıtmaq üçün əvvəlcə Kaunas FBK klubuna, sonra isə Atlantas Klaypeda FK klubuna qalib gəldilər. 2015-ci ildə Kruoja yenidən A Liqasına geri döndü.
Krutoy Loq (Əbyəlil)
Krutoy Loq kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Həmid kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 43 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 90 km, kənd sovetliyindən (Həmid): 18 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Robinzon Kruzo adası
Robinzon Kruzo adası (isp. Isla Robinsón Crusoe) — Çilinin Xuan Fernandez adalarına daxil Sakit okeanın cənubunda, Cənubi Amerika sahillərinin 674 km qərbində yerləşən ada. Adanın adı Çili dövləti tərəfindən 1966-cı ildə dəyişdirilmişdir. Bu dövrə qədər Isla Más a Tierra (azərb. Sahilə daha yaxın olan ada‎) şəklində adlanan ada, bu ildən etibarən Robinzon Kruzo olaraq adlandırılmışdır. 1704-cü ildə etibarən Şotland dənizçisi Aleksandr Selkirk bu adada 4 il 4 ay boyunca tək və tənha yaşamışdır. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur. Adada 500 nəfər əhalisi olan San Xuan Bautista adlı qəsəbə yerləşir. Demək olar ki, ada əhalisinin hamısı burada yaşayır. Yerli əhali dəniz xərçənginin ovlanması və turizm ilə gündəlik gəlirlərini əldə edirlər.
Robinzon Kruzo iqtisadiyyatı
Robinzon Kruzo iqtisadiyyatı (ing. Robinson Crusoe economy) — iqtisadiyyatda bəzi fundamental məsələləri daha dərindən tədqiq etmək üçün istifadə olunan sadə struktur. Burada bir istehlakçı, bir istehsalçı və iki əmtəənin formalaşdırdığı iqtisadiyyat təsəvvür edilir. "Robinzon Kruzo" başlığı, 1719-cu ildə Daniel Defo tərəfindən qələmə alınmış eyniadlı romanın adından götürülmüşdür. İqtisadiyyatdakı düşüncə eksperimenti kimi, bir çox beynəlxalq ticarət iqtisadçıları, sadələşdirilmiş və idealizə edilmiş bu fərziyyəni real dünyadakı mürəkkəb halları sadə formada izah etmək qabiliyyətinə sahib olması səbəbindən vacib hesab etməkdədir. Nəzərdə tutulan fərziyyə odur ki, bir agentin olduğunu iqtisadiyyatın təhlili, çoxsaylı iqtisadi agentlərin olduğu real dünya iqtisadiyyatının işləmə prinsiplərini öyrənmək üçün faydalı məlumatlar aşkara çıxarır. Bu anlayış mikroiqtisadiyyatın bir hissəsi kimi istehlakçı və istehsalçı davranışlarını, o cümlədən iqtisadi tarazlığın daha yaxından öyrənilməsi üçün münasibdir. Əslində, iqtisadiyyatın digər sahələrində də Robinzon Kruzo iqtisadiyyatı strukturu eyni məqsəd üçün istifadə olunur. Məsələn, dövlət maliyyəsində Robinzon Kruzo iqtisadiyyatı, ictimai əmtəələrin müxtəlif növlərini və həmçinin müştərək mənfəətlərin müəyyən xüsusiyyətlərini təhlil etmək məqsədi güdür. Artım iqtisadiyyatında isə bu, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin qənaət və investisiya vasitələrindən istifadə edərək daha davamlı inkişaf yoluna qədəm qoyması məqsədilə artım modelləri təkmilləşdirmək üçün istifadə olunur.
Kruk (Vayominq)
Kruk rayonu (ing. Crook County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 887 nəfər olmuşdur. 2005-ci ildə əhalinin sayı 6 182 nəfərə çatmışdır. Rayonun paytaxtı Sandens şəhəridir.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.