Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krupp
Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məhşurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı. Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur. Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və Almaniya və Fransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib. Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, Türkiyə və Almaniya orduları üçün polad toplar istehsal etməyə başladı. Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Küpə
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Rixard Kruspe
Rixard Kruspe — alman musiqiçisi və gitaristi. Richard Kruspe Vittenberqedə (ADR) anadan olmuşdur. İki böyük bacısı və bir böyük qardaşı vardır — Gordon Kruspe. Hələ uşaq ikən valideynləri boşanır. Anası yenidən evlənir, ancaq o , ögey atası ilə uzun müddət qala bilmir və onlar Veizen kəndinə köçməli olurlar.Ögey atası ilə olan pis münasibətlərə görə, Kruspe yeniyetməlik vaxtında tez-tez evdən qaçır və park skamyalarında yatır. Daha sonra o, qəzəbini yönəltməsi üçün güləşlə məşğul olmağı bir yol seçir. 16 yaşındaykən Kruspe dostları ilə Çexoslovakiyaya gedir və oradan gitara alır. İlk əvvəl onu satmağı planlaşdırır, çünki gitaralar çox baha idi və düşünürdü ki, yaxşı gəlir əldə edə bilər. Daha sonra Almaniyaya qayıdır. Düşərgə ətrafında bir qız Kruspe gözləyərkən ondan gitara çalmağı xahiş edir.
Lya-Kupe bərzəxi
Ля-Купе (fr. La Coupée — Dar bərzəx olaraq Sarkı onun digər hissəsi olan Kiçik Sark yarımadası ilə birləşdirir. Lya-Kupe ərazisində 100 m dəniz səviyyəsindən yuxarıda aşırım mövcuddur ki, onun eni 2,5 m təşkil edir. Ərazidə 1900-cu ildə təhlükəsizlik tikililəri inşa edilmişdir. 1945-ci ildə Faşistlər yolu betonla örtürlər. Ərazi turistlər arasında çox məşhurdur. Aşırının hər iki tərəfinə əsrarəngiz mənzərə açılır:Çimərlik və Körfəz.
Sehrlənmiş Küpə (1979)
Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Sehrlənmiş küpə (film, 1979)
Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Krote
Krote (fr. Crottet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01134. Kommuna Paris şəhərinin 350 km cənub-şərqində, Lion şəhərindən 60 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 28 km qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1722 nəfər təşkil edirdi. 2010-cu ildə 1146 əmək qabiliyyətli (15-64 yaş) insan arasında 898 nəfər iqtisadi cəhətdən aktiv, 248 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 78.4, 1999-cu ildə 73.3% idi). 898 aktiv sakindən 841 nəfər işləyirdi (439 kişi və 402 qadın), 57 işsiz var (25 kişi və 32 qadın).
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Kurse
Kurse (fr. Courçais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03088. 2008-ci ildə əhalinin sayı 294 nəfər təşkil edirdi. 2007-ci ildə 186 yaşda olan (15–64 yaş arasında) 147 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,0%, 1999-cu ildə 71,0%). Fəal olan 147 nəfərdən 133 nəfər (82 kişi və 51 qadın), 14 nəfər işsiz (2 kişi və 12 qadın) idi. 39 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Körpə
Körpə — dişi və erkək insanın (qadın və kişinin) rəsmi və ya qeyri-rəsmi nikahından sonra anadan olur. Körpələr anadan olmazdan əvvəl dişi insan 9 aylıq bir dövr keçirir. Bu, hamiləlikdir. Körpələr dünyaya gələn zaman çox zəif dəriyə malik olurlar. Onlar 3 aylıq olanadək ətrafı ağ-qara görürlər.
Dominik Kuper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) — İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Dyula Krudi
Dyula Krudi (mac. Gyula Krúdy; 21 oktyabr 1878, Niredxaza — 12 may 1933, Budapeşt) — macar yazıçı və jurnalist. Dyula Krudi Avstriya-Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. Atası hüquqşünas, anası isə evdar xanım idi. Dyula 17 yaşına çatanadək valideynləri ailə həyatı qurmamışdılar. Məktəbli olarkən qısa hekayələr yazmağa və onları qəzetlərdə nəşr etdirməyə başlamışdır. Atası onun vəkil olmasını istəsə də, Dyula bir müddət əyalət qəzetlərində (Debreçen, Oradya) redaktor kimi çalışmış və 1896-cı ildə Budapeştə köçmüşdür. Krudi vərəsəlikdən məhrum edilsə də, həyat yoldaşını (o da yazıçı idi) və üç övladını qısa hekayələrin nəşrindən əldə etdiyi vəsaitlə dolandıra bilirdi; romanları, demək olar ki, həmişə dövri nəşrlərdə və gündəlik qəzetlərdə ardıcıl olaraq nəşr edilirdi. 1911-ci ildə nəşr olunan "Sindibadın gəncliyi" onun müvəffəqiyyətini sübut etdi və Krudi fəaliyyəti boyunca dəfələrlə Min bir gecə nağıllarının qəhrəmanı ilə eyni adı paylaşan obrazlardan istifadə etmişdir. Digər qəhrəmanı Kazmer Rezeda Krudinin onlarla romanında canlandırılmışdır.
Dəyirman qrupu
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
Etyen Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Etyenn Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi. Doğrudan da, Vaşinqton İrvinq və Fenimor Kuper kimi ilk romantiklərin əsərlərində kapitalist qayda-qanunlarının insafsızlığı və qəddarlığı, iri sənaye sahiblərinin, maliyyəçilərin, plantasiyaçıların xalqı soymağa can atmalarından narazı qalanların əfval-ruhiyyəsi əks olunurdu.
Fosfat qrupu
Fosfat turşusu ( P O 4 − 3 {\displaystyle PO_{4}^{-3}} ) — qeyri-üzvi, kimyəvi və fosforlu turşudur. Fosfat turşusu və fosfat biokimya və ekologiya üçün cox mühimdir. Fosfat kənd təsərrüfatı və sənaye üçün çox əhəmiyyətli kimyəvi məhsuldur. Fosfat bərk şəraitli yüksək temperaturda firofosfatdan (Xörək duzu) da kondensasiya oluna bilər. Bütün hüceyrələri zülal olan fosfalar əlavə və aradan qaldırılması metabolik olan proseslərin tənzimləməsində əsas strategiyadır. Fosforlaşma və defosforlaşmanın enerji saxlanmasında və yaşayış sistemlərinin azad olunmasında əhəmiyyətli yolları var. Fosfat və ya ortofosfat ionu PO4 −3 üç protonun H+çıxarılması ilə fosfor turşusundan əmələ gəlir. Bir və ya iki protonun çıxarılması, sırasıyla dihidrogen fosfat ionu H2PO4− və hidrogen fosfat ionu HPO4−2 ionunu verir. Bu adlar ammonium dihidrogen fosfat və trisodium fosfat kimi anionların duzları üçün də istifadə olunur. Üzvi kimyada fosfat və ya ortofosfat bir orqanofosfattır, PO şəklində ortofosfor turşusunun mürəkkəb efiridir.
Freddi Krüger
Frederik «Freddi» Çarlz Krüger (ing. Frederick «Freddy» Charles Krueger) — Qarağac küçəsində qarabasma film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir. Freddi Krüger yuxu monyakıdır. Onun kəsici əlləri, qorxunc üzü və çirkli şlyapası vardır. Onun üzündən onlarla uşaq qətlə yetirilmişdir. Onun anası Amanda Krüger rahibə olan zaman monyaklar tərəfindən təcavüzə məruz qalır. Bir müddət keçdikdən sonra onun övladı dünyaya gəlir. Oğlunun adı Freddi Krüger olur. Freddi böyüdükcə qəddarlaşır.
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
Henri Kuper
Henri Kuper (ing. Henry Cooper) — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. Henri Kuperin idmançı karyerası 1949-cu ildə başlayıb. O, 1954-cü ildə peşəkar boksa keçib. 1971-ci ildə Co Baqnerə məğlubiyyətdən sonra karyerasını başa vurub. Məşhur ağır çəkili boksçu İngiltərə Kuboku, Millətlər Birliyinin qalibi və Avropa çempionu olsa da, dünya çempionu adını qazana bilməyib. Kuper Böyük Britaniyanın ən güclü boksçularından sayılıb. O, 2000-ci ildə cəngavər elan edilib və boksçular arasında "ser" titulunun ilk sahibi olub. Kuper 2011-ci ilin 1 may tarixində Oksted şəhərində oğlunun mənzilində keçinib.
Hidroksil qrupu
Hidroksil qrupu — Hidroksi və ya hidroksil qrupu, bir hidrogen atomuna kovalent şəkildə bağlanmış bir oksigen atomundan ibarət kimyəvi formul — OH olan funksional bir qrupdur. Üzvi kimya içərisində spirtlər və karboksilik turşular bir və ya daha çox hidroksil qrupu ehtiva edir. Həm hidroksid adlanan mənfi yüklü OH-anyon, həm də hidroksil radikal olaraq bilinən neytral OH radikal, məhdudlaşdırılmamış bir hidroksil qrupundan ibarətdir IUPAC tərəfindən müəyyən edildiyi kimi, "hidroksil" termini yalnız hidroksil radikalına (· OH) aiddir, -OH funksionallığı hidroksi adlanır. Su, alkoqollar, karboksilik turşular və bir çox digər hidroksi tərkibli birləşmələr oksigenin (3.5) və hidrogenin (2.1) elektromənfiliyi arasındakı böyük fərqə görə asanlıqla təmizlənə bilər. Hidroksi ehtiva edən birləşmələr molekullar arasındakı elektrostatik cazibəni artıraraq molekullararası hidrogen əlaqələrində iştirak edir və beləliklə bu funksional qrupa malik olmayan birləşmələr üçün daha yüksək qaynama və ərimə nöqtələrinə çatır. Çox vaxt suda az həll olan üzvi birləşmələr, şəkərlər və amin turşuları ilə göstərildiyi kimi iki və ya daha çox hidroksi qrupu olduqda suda həll olur . Hidroksil qrupu kimya və biokimyada geniş istifadə olunur. Bir çox qeyri-üzvi birləşmə, ən böyük sənaye miqyasında istehsal olunan kimyəvi birləşmə olan kükürd turşusu da daxil olmaqla hidroksil qruplarını ehtiva edir. Hidroksil qrupları, sadə bioloji molekulları uzun zəncirlərə bağlayan dehidrasiya reaksiyalarında iştirak edirlər. Triasilqliserol əmələ gətirmək üçün yağ turşusunun qliserola qoşulması -OH-u yağ turşusunun karboksi terminalından çıxarır.
Karbonil qrupu
Karbonil qrupu – C=O üzvi birləşmələrin funksional qrupudur. Karbonil qrupu digər funksional qrupların tərkibinə daxil edilə bilər, məsələn, amid və ya karboksil; tərkibində karbonil qrupu olan birləşmələrə karbonilli birləşmələri deyilir. Общая органическая химия т. 4 под ред. Д. Бартона и Д. Оллиса. М.: Химия. 1983 Сайкс П. Механизмы реакций в органической химии. М.: Химия. 1991 Адамс М. Карбоновые кислоты в органике. М.: Химия.
Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.