Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stul
Stul ya da Səndəl əsas mebellərdən biri olan, bir növ oturacaqdır. Əsas xüsusiyyətləri, 90 ° və ya bir az daha böyük bir açı ilə bir -birinə arxa və oturacaq olaraq bağlanan iki parça davamlı materialdır, ümumiyyətlə üfüqi oturacağın dörd küncü dörd ayağa və ya oturacağın digər hissələrinə bağlanır. Ayaqları ümumiyyətlə oturan şəxsin bud və dizlərinin 90 ° və ya daha az bir açı meydana gətirməsi üçün kifayət qədər yüksəkdir. Stul qədim dövrlərdən bəri istifadə olunur, baxmayaraq ki, əsrlər boyu istifadə üçün yox, dövlətçilər üçün simvolik bir cihaz idi.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Babetta Koul
Babetta Koul (ing. Babetto Cole; 10 sentyabr 1950, Cersi – 15 yanvar 2017, Devon qraflığı, Cənub-Qərbi İngiltərə[d]) — İngilis uşaq yazıçısı və illüstratorudu. == Həyatı və karyerası == Koul Kanal Adalarındakı Cersi şəhərində anadan olub. Kenterberi İncəsənət Kollecində (indiki Yaradıcı Sənətlər Universiteti) oxudu və birinci dərəcəli İncəsənət Bakalavr dərəcəsi aldı. Bagpuss (Oliver Postgate və Peter Firmin ilə işləmək) və BBC televiziyası üçün Jackanory kimi uşaq proqramlarında çalışmışdır. Koul Kanal Adalarındakı Cersi şəhərində anadan olub. Kenterberi İncəsənət Kollecində (indiki Yaradıcı Sənətlər Universiteti) oxudu və birinci dərəcəli İncəsənət Bakalavr dərəcəsi aldı. Bagpuss və BBC televiziyası üçün Jackanory kimi uşaq proqramlarında çalışmışdır. == Mükafatları == Koul Drop Dead mükafatını (Conatan Keyp, 1996) qazandı. Maschler Nəşrləri və Booktrustun əvvəlki mükafatı hər il bir İngilis "mətn və illüstrasiyaların hər birini digərini gücləndirən və tarazlaşdıran bir şəkildə birləşdirildiyi uşaqlar üçün təxəyyül əsəri" olaraq qiymətləndirilir.
Kotul üsgüyotu
Kotul üsgüyotu (lat. Consolida divaricata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, (20) 30-60 (100) sm hündürlükdə çox qısa və sıx bitkidir. Gövdəsi aralı boş budaqlıdır. Yarpaqları çox qısa qınlı saplaqlarda, dəyirmi formalı, çox saylı\ barmaqvari nazik xətti hissəciklərə ayrılmışdır. Çiçəkqrupu boş, süpürgəvaridir, çiçək saplağı uzun, aralanmış, 2 qısa xətti çiçəkaltlıqlıdır. Çiçəkləri göy-bənövşəyi və ya bənövşəyi rəngdədir, çiçəkyanlığının yarpaqcıqları 7-10 (12) mm uzunluqda, uzunsov-ellipsvari və ya uzunsov-tərsyumurtavari, xaricdən səthi və ya ancaq orta hissəsi çox qısa sıx tüklü, mahmız nazik, düz (13) 20-25 mm uzunluqda nektarlıq açıq rənglənmiş, tez-tez bənövşəyi, 3 dilimli, ortası üç bucaq və kənarları enli yarım dairəvi dilimlərlə olur. Çalov (meyvə) uzunsov, düz, sıx tüklü 7-10 (12) mm uzunluqda, düz nazik 1,5-2 mm uzunluqda burunculudur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkinlərdə, tarlalarda, çağıl daşlarında, yovşanlıqlarda bitir.
Kresli Koul
Kresli Koul (ing. Kresley Cole) — Amerikalı yazıçı. Paranormal romans və gənc-fantastik janrlı kitabları bestseller olmuşdur. Üç Amerikanın Romantik Yazıçıları mükafatı almış və bu mükafatın Şöhrət Siyahısına daxil olmuşdur. == Bioqrafiya == Kresli Koul Zülmətdən Sonrakı Ölümsüzlər paranormal seriasının, gənc-fantaziya janrli Arsana Xronologiyası seriyasının, Oyun Ustaları erotik seriasının eləcədə 5 dəfə mükafat qazanmış tarixi janrlı romanların müəllifidir. Magistatura dərəcəli və atlet olan Koul, unudulmaz obrazlar və hekayələr yarada bilmək üçün çoxlu səyahət edərək bu təcrübələrdən istifadə etmişdir. Onun Zülmətdən Sonrakı Ölümsüzlər romanlar seriası dünya üzrə 20-dən artıq dilə tərcümə edilmiş, 3 RITA mükafatına layiq görülmüş vləcədə ABŞ-da bestseller olaraq ölkədə və ölkədən kənarda populyarlıq qazanmışdır. Koul ailəsi ilə birlikdə Floridada yaşayır. == Biblioqrafiya == === Zülmətdən Sonrakı Ölümsüzlər seriyası (Paranormal Romans) === Sərkərdə Əbədiyyət İstəyir. Pocket.
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Qeri Koul
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
Əliabad Kətul
Əliabad Kətul- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Əliabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,183 nəfər və 11,676 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan başqa,azərbaycanlılar, farslar, türkmənlər, bəluclar, ermənilər də bu şəhərdə yaşayırlar.
Geri Koul
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
Monoblok (stul)
Monoblok — yüngül, yığıla bilən polipropilen stul. Adətən ağ rəngdədir və tez-tez dünyada ən çox yayılmış plastik stul kimi təsvir edilir. Ad tək parça halında döyülmüş obyekt mənasını verir və "mono" ("bir") və "blok" sözlərinin birləşməsindən yaranıb. 1946-cı ildə Kanadalı Duqlas Simpson tərəfindən hazırlanmış tək parçalı plastik stulun variantları 1970-ci illərdə Allibert Group və Grosfillex Group ilə birlikdə istehsal edilib. Digər mənbələr Nuryo-Volonyadan olan fransız mühəndis Henri Massonnetin 1972-ci ildə yaratdığı "Fauteuil 300"-ə istinad edərək onun monoblokun ixtiraçısı olduğunu qeyd edir. Onlar 1965-ci ildə Co Kolombo tərəfindən hazırlanmış "Chair Universal 4867" dizaynından ilhamlanmışdılar, lakin monoblok stulu dizaynı üçün heç bir patent verilməmişdi. O vaxtdan bəri dünyada milyonlarla məhsul istehsal edilmişdir. Designboom - History of the Monobloc Plastikstuhl - Blog dedicated to Monobloc Chairs Plasticchair.org – Blog aiming to gather a Monobloc plastic chair picture from every country Chair, Misunderstood: Learning to love a viral piece of furniture.
Koul Palmer
Koul Jermen Palmer (6 may 2002) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubunda hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" — qara, "Kul" — göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər. == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek — Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su-elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir. 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs. Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. == Etimologiyası == Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. == Həyatı == Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.
Sent-Tül
Sent-Tül (fr. Sainte-Tulle, oks. Santa Túlia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04197. 2008-ci ildə əhalinin sayı 3265 nəfər təşkil edirdi. 2007-ci ildə 1976 yaşda olan (15-64 yaş) insanlar arasında 1404 nəfər iqtisadi cəhətdən fəal, 572 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 66.6%) idi. Fəal olan 1404 nəfərdən 1273 nəfəri (715 kişi və 558 qadın), 131 nəfəri işsiz (70 kişi və 61 qadın) idi.
Tre Kul
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Tul (rayon)
Tul (fr. Toul) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mözel. Suprefektura — Tul (şəhər). Rayon əhalisi 2006-cı ildə 68 078 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 60 nəf / km². Rayon sahəsi — 1143 km².
Tül (parça)
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Tül (şəhər)
Tül (fr. Tulle, oks. Tula [ˈtylɔ]) — Fransanın cənub-qərbindəki şəhər, Limuzin regionunda yerləşən Korrez departamentinin inzibati mərkəzi. Şəhərin əhalisi təxminən 15,5 min nəfərdir.
İssık-Kul
İssık-Kul(qırğ. Ысык-Көл - Isık-Köl). Qırğızıstanın şimal şərqində, Qazaxıstan sərhədinə yaxın bir bölgədə olan qapalı hövzə gölüdür. Cənubi Amerikadakı Titikaka gölündən sonra dünyanın ikinci ən böyük dağ gölüdür. İssık-Kul dünyanın ən böyük krater gölüdür. Qarla örtülü dağlarla əhatələnmiş olmasına baxmayaraq, gölün suları heç vaxt donmur, buna görə gölün adı "istilik və ya isti, ilıq göl" mənasını verən qırğız dilində "Isık-Köl"dür. Qırğızlar bu gölü "Qırğızıstanın bermeti (incisi)" deyə adlandırmışlar. Gölün uzunluğu qərb-şərq istiqamətində 182 km, şimal-cənub istiqamətində eni 60 km-dir. Sahil xəttinin uzunluğu 988 km, səthinin sahəsi 6.236 km²-dir. Gölün orta dərinliyi 278 m., ən dərin yeri isə 668 m-dir.
Alper Kul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. == Həyatı == Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. == Karyerası == Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Tül (dəqiqləşdirmə)
Tül
Qari Koul (aktyor)
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.