Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Kupid (peyk)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb.Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür.Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi. XXVII Uran olaraq da adı qeyd olunur. Asteroid olan 763 Kupido ilə qarışdırılmamalıdır.
Kuşit dilləri
Kuşit dilləri — Şimal-Şərqi və Şərqi afrikada yayılmış sami-hami dilləri qrupu. Kuşit dillərində 15,1 milyon adam danışır (1975). Kuşit dillərinə aqau, bedauye (beca), saxo, afar (danakil), Somali, qalla, sidamo, kimirra, ometo, kaffa, konso, arbore, eləcə də az öyrənilmiş moqoqoda, dume, daxalo (sane) və s. dillər daxildir. == İstinadlar == == Ədəbiyyat == А.П.Долгопольский. Сравнительно-историческая фонетика кушитских языков.
Kupid (Uranın peyki)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb.Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür.Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi. XXVII Uran olaraq da adı qeyd olunur. Asteroid olan 763 Kupido ilə qarışdırılmamalıdır.
Venera, Kupid, Folli və Zaman (Bronzino)
Venera, Kupid, Folli və Zaman (həmçinin Venera və Kupidin rəmzi, Veneranın Triumfu) (ing. Venus, Cupid, Folly and Time, it. Allegoria del trionfo di Venere) — 1540 - 1545-ci illərdə florensiyalı Anyolo Branzinonun çəkdiyi alleqorik rəsm əsəri. Əsər hazırda Londonda, Milli Qalereyada sərgilənir. 1546-cı il ərəfəsində Bronzinoya Venera, Kupid, Folli və Zaman mövzusunda bir əsər yaratmaq tapşırığı verilir. O, bu işdə qərarlılıq göstərə bilmirdi. Çünki mövzu çox çətin, erotik, qaranlıq keyfiyyətlərə malik obrazların yer aldığı və ən əsası onun ustadı Pontoromonun və elə rəssamın öz yaradıcılığnın da aid olduğu Manyerist məktəblə bağlı idi. Əsərin Toskaniyanın böyük hersoqu I Kozimo və ya Fransisko Salviati tərəfindən Fransa kralı I Fransiskə hədiyyə vermək üçün sifariş edildiyi güman edilir. Corcio Vazari əsərin I Fransiskə hədiyyə edildiyini yazır, lakin kim tərəfindən hədiyyə edildiyini göstərmir. O zaman erotik səhnələrlə zəngin əsərlərə həm məşhur Mediçilər sülaləsi nümayəndələrinin, həm də Fransa aristokratiyasının böyük marağı var idi.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempraturXəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). == Əhalisi == Əhalisi 561 nəfərdir.
Kuest
Kuest-(rus. куэста, ing. cuesta) (isp. cuesta-döş, dağ yamacı)- K. eroziya və denudasiya vasitəsilə bu proseslərə qarşı qeyri-bərabər davamlığı olan maili, monoklinal yatımlı lay dəstələrində yaranmış, asimmetrik tirə. K. maili yamacı onu «mühafizə» edən davamlı layların yatımına uyğun gəlir, dik yamacında layların «kəlləsi» çıxır. Layların kəllələri bəzən paralel yerləşərək kuest rel¬yef tipi əmələ gətirir (mis: Dağlıq Krımda, Böyük və Kiçik Qafqazın şimal yamacında).
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuliq
Kuliq (pol. kulig — kirşə qatarı) — Polşada atlara birləşdirilmiş kirşələrlə gəzmə adəti, hansındaki bir neçə kirşə qoşumu iştirak edir. Bu özünəməxsus əyləncə növü Böyük pəhrizdən əvvəl son həftədə keçirilir və çox vaxtı tonqal ətrafında musiqi, nəğmə və əyləncə ilə müşayiət olunur, bundan başqa adətə görə, bu vaxt ərzində ət yemək qadağan olunur. Axşamlar kirşə gəzmələri tez-tez məşəl ilə işığlandırılır. XVI əsrdən XX əsrin əvvəllərinə qədər kirşə gəzmələri həm maqnatlar, həm də zadəganlar arasında çox populyar əyləncə növü idi, bununla onlar Polşanın parçalanmasında sonra vətənpərvərlik mərasimini təmsil edirdilər, belə ki kuliqlər Polşa milli adət-ənənəsinin inkişafını simvolizə edərək, düşmənlərə qarşı təşkil olunurdu. Kirşə qatarına ənənəvi olaraq Arlekin adlandırılan bələdçi başçılıq edirdi, onun vəzifəsi marşrutu helə qurmaq idi ki, işğalçılara qarşı birgə silahlı qarşıdurma olarsa bir-biri ilə düşmənçilik edən zadəgan ailələri birləşə bilsinlər. Bu cür kirşə gəzintisi bir neçə gün də davam edə bilərdi.Kuliq zamanı krakovyak, mazurka, polonez və oberek ilə kuyaviyak kimi polyak xalq rəqsləri və polka və drabantlar kimi regional rəqslər oynanırdı. Ancaq vals və ya tanqo kimi xarici rəqslərin oynanılmasına icazə verilmirdi, bunu edən adamı qatardan ata bilərdilər, belə təhdid həmçinin frak geyinənlərə də şamil olunurdu. Müasir zamanda kuliq, bir-birinə ip və ya trosla birləşdirilmiş kirşə gəzintisinə də deyilir və at yerinə traktor və ya avtomobil istifadə olunur. Bu əyləncə məktəblilər arasında çox populyardır, baxmayaraq ki, əslində əsl kuliq ilə heç bir əlaqəsi yoxdur.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Kulot
Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.
Kumis
Qımız və ya Kumıs (rus. Кумыс) — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içki. Ən əski köçəri xalq olan türklərin milli içkisidir. Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim çin və qədim yunan mənbələrində rast gəlinir.
Kumite
Kumite (yap. 組手, kəlmə mənası "əllər ilə mübarizə") — kata və kihonla birlikdə karate təliminin üç əsas hissəsindən biridir. Kumite şəxsin kihon və katadan öyrəndiyi üsullardan istifadə edərək rəqibə qarşı məşqdə istifadə etdiyi fəndlərdən ibarət olan karatenin bir hissəsidir. Kumite müəyyən bir texnikanı və ya bir bacarığı inkişaf etdirmək üçün istifadə edilə (məsələn, rəqiblə olan məsafəni təsirli şəkildə təyin etmək və tənzimləmək) və ya rəqabətdə edilə bilər.
Kumpir
Kumpir — Anadolunun bəzi yerlərində "kartof" sözünün qarşılığı olaraq istifadə edilməklə yanaşı, əslində bişmiş kartofun əzilməsi ilə hazırlanan bir yemək növüdür. Təməl olaraq kartof xüsusi sobada bişirildikdən sonra qabığı yarılır. Çox vaxt daxili miqdarını artırmaq üçün bir başqa kartof da kəsilərək içinin yarısı və ya hamısı buna əlavə olunur. İçərisinə duz və kərə yağı və ya marqarin əlavə olunub qarışdırılaraq əzilir. Klassik olaraq qabığının içərisində servis edilir. Ümumiyyətlə sadə formasının üzərinə müxtəlif məzələr və souslar qoyurlar. Ən məşhur servisi zamanı kartofa rəndələnmiş kaşar pendiri də qarışdırılır, qaynadılmış sosiska kartofun içərisinə doğranır və üzərinə rus salatı qoyulur. Bunlardan başqa qarğıdalı, zeytun, noxud, göbələk və ya müxtəlif məzələrlə, ya da ağız dadına görə müxtəlif inqrediyentlərlə də hazırlana bilər. Əksər hallarda daha da ləzzətli olması üçün ketçup və mayonez kimi souslarla təqdim edilir. == Xarici keçidlər == Kumpir necə hazırlanır?
Kumıs
Qımız və ya Kumıs (rus. Кумыс) — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içki. Ən əski köçəri xalq olan türklərin milli içkisidir. Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim çin və qədim yunan mənbələrində rast gəlinir.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kuşim
Kuşim – böyük ehtimalla tarixdə adı yazıya alınmış ilk şəxs. Mühasib olduğu güman olunur. "Kuşim" adına e.ə. 3400-3000-cü illərə və Şumer mədəniyyətinə aid olan Kuşim tabletlərində rast gəlinmişdir. Tabletlər adını elə Kuşimdən almışdır.Kuşimin adı 18 tabletdə çəkilir. Kuşimin şəxs adı deyil, həmçinin təşkilat adı olması ehtimalı da var.
Arsen Lupin
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Audit jurnalı
Audit jurnalı− sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədi ilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Ayşe Kulin
Ayşe Kulin (26 avqust 1941, İstanbul) — Türk roman yazarı. == Həyatı == Ayşe Kulin 26 avqust 1941-ci ildə İstanbulda anadan olmuşdur. Yazdığı bioqrafik əsərləri və romanları ilə ən çox oxunan yazarlardan birinə çevrilmiş və bir çox mükafatlara layiq görülümüşdür. Üslubundakı axıcılıq və açıqlıq yazarın kitablarının ssenariləşdirilib ekranlaşdırılmasının əsas səbəbidir. Arnavutköy Amerika Qız Kollecinin Ədəbiyyat fakultəsini bitirib. Bir çox qəzet və dərgilərdə redaktor və jurnalist kimi işləyib. Həmçinin də, uzun illər boyu televiziya, reklam və filmlərdə səhnə prodüseri və ssenarist kimi çalışmışdır. == 1984–1996-cı illər == Hekayələrdən ibarət ilk kitabı "Üzünü günəşə tərəf döndər" 1984-cü ildə işıq üzü görüb. Kitabdakı "Gülizar" adlı hekayə "Sınıq gəlincik" adı ilə 1986-cı ildə ekranlaşdırıldı və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. 1996-cı ildə Münir Nureddinin yaşamını əks etdirən "Şirin bir sakitlik" adlı kitabı nəşr olundu.
Bredli Kuper
Bredli Kuper (5 yanvar 1975, Filadelfiya, Pensilvaniya) — ABŞ teatr, serial və kino aktyoru. "Alias" serialındakı rolu onu dünyaya tanırdırdı. Kuper "Çağırılmamış qonaqlar" (2005), "Həmişə "Hə" de" (2008), "Söz vermək evlənmək demək deyil" (2009), "Uşaq Veqasda" (2009), "A komandası" (2010), "Qaranlıqlar məmləkəti" (2011), və "Mənim sevgilim dəlidir" filmlərində əhəmiyyətli rollarda iştirak etdi. "Mənim sevgilim dəlidir" filmindəki rolu ilə 2011-ci ildə Qızıl Qlobus Mükafatına namizəd göstərildi. People jurnalı tərəfindən həyatda olan ən seksual kişi seçildi. == Həyatı == Kuper Filadelfiya , Pensilvaniya, da doğuldu, JENKINTOWN da böyüdü . Anası Gloria İtalyan -Amerikan , atası Charles J. Cooper ( 2011-ci ildə 71 yaşında vəfat etmişdir) İrlandiya - amerikandır və Merill Lynch da borsacıdır . Holly adında bir bacısı vardır. Katolik olaraq yetişdirilmişdir. Kuper GERMANTOWN ACADEMY davam edərkən eyni zamanda Filadelfiyada Gündəlik Xəbərlər də çalışdı.