PAL-PALTAR

сущ. собир. одежда. Palpaltar yumaq стирать одежду, uşaq üçün pal-paltar almaq купить одежду для ребёнка
PAL
PAL-PALTARLI
OBASTAN VİKİ
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
Paltar
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Pal Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pal Erdöş
Pal Erdöş (mac. Erdős Pál; 26 mart 1913, Budapeşt — 20 sentyabr 1996, Varşava) — XX əsrin ən görkəmli riyaziyyatçılarından biridir. Müasir riyaziyyatın müxtəlif sahələrində: kombinatorika, qraflar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, riyazi analiz, yaxınlaşmalar nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi və ehtimal nəzəriyyəsidə işləmişdir. Bir çox riyazi mükafatlarla elecə də, Volf mükafatı ilə təltif olunmuşdur. Pal Erdöş martın 6-sı, 1913-cü ildə Budapeştdə (o dövrdə Avstriya-Macarıstan)doğulmuşdur. O, ziyalı yəhudi mənşəli ailənin (Anna və Lajos Erdöşun) sağ qalan yeganə övladı olmuşdu. Onun hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət aliməktəb müəllimi olaraq işləmişdilər. Onun riyazi qabilliyəti çox erkən yaşında özünü göstərmiş, belə ki hələ dörd yaşı olarkən o beynində dört tərtibli rəqəmlər üzərində vurma əməliyyatı aparırdı. O uşaq yaşlarından valideynlərindən riyaziyyat haqda çox şey öyrənmişdir. Erdöş öz valideynlərini həmişə böyük sevgi ilə xatırlayardı.
Pal Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir. Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.
Pal süd
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
Tunik paltar
Tunik paltarı — köynək və ətək xüsusiyyətlərini malik qadın geyimidir. Ayrıca ətəyi olmasada paltarın aşağı hissəsi onu əvəz edir. Çox vaxt bu paltarlar pambıq və ya ipək parçalardan hazırlanır. Onlar adətən belində tikiş olmadan kəsildiyi üçün, paltarların bel boşluğunu aradan qaldırmaq üçün adətən kəmərdən istifədə olunur. Geyimin ön hissə düymələrin olması ona daha xoş görkəm verir. == Tarixi == İlk dəfə 1916-cı ildə Koko Şanel tərəfindən şalvarlı paltar şəklində ortaya çıxarıldı. Tunik paltarları 1950-ci illərdə dəb halına gələndə bəzən "köynək bel paltarları" adlandırılırdı. Köynək paltarının 1950-ci il versiyası İkinci Dünya müharibəsi zamanı Christian Dior tərəfindən hazırlanmışdır. Bu, İkinci Dünya müharibəsindən sonrakı "Yeni Görünüş" yüksək moda dizaynlarının bir hissəsi kimi təqdim edildi, yuxarı çəkilmiş bir tam ətək olaraq qabarıq ətək geyildi. Pambıqdan hazırlanmış, lakin tam yubka və yaxasını saxlayan köynək paltarının daha qeyri-rəsmi versiyaları 1950-ci illərdə bir çox qadın qarderobunun əsas hissəsinə çevrildi, və Anne Foqarti kimi dizaynerlər bu üslubun variantları ilə tanındılar.
Pal Sinye-Merşe
Pal Sinye-Merşe (mac. Pál Szinyei Merse; 4 iyul 1845, Sinzeuyfalu — 2 fevral 1920, Ernye) — macar rəssam, macar rəssamlığının impressionizm cərayanının banisi. İndiki Slovakiyada nəcib bir ailədə anadan olmuşdur. O, Macarıstanda bir məktəbdə şəkil çəkməyə başladı, sonra 1864-cü ildən Münhen akademiyasında təhsil aldı. 1867-ci ildən 1869-cu ilədək Karl Piloti akademik istiqamətinin sənətşünaslıq şagirdi idi. Akademiyanı bitirdikdən sonra Münihdə 1873-cü ilə qədər yaşamışdı. Münhen o zaman Avropanın ən böyük sənət mərkəzlərindən biri idi və Sinye-Merşe müasir Avropa sənətinə giriş əldə etdi. Akademiyanı bitirdikdən sonra Fransız sənətçilərinin, ilk növbədə Qustav Kourbet, Eduard Mane və impressionistlərin əsərlərinin təəssüratı altında, tamamilə akademik şəkildə çəkildi. Bu dövrdə o, Mərkəzi Avropanın bir sənətçisi tərəfindən yazılmış impressionizm tərzində ilk əsərləri yaratdı. Bu dövrdə o, rəng və işıqlandırmaya böyük əhəmiyyət verirdi.
Şəhər və paltar
Şəhər və paltar - universitet yerləşən şəhərdə iki fərqli icmanın mövcudluğunu nəzərdə tutur. Oksford, Kembric, Edinburq və Sent-Endryüs kimi şəhərlərdə akademik universitet icması ilə sadəcə şəhər sakinlərinin mövcudluğuna əhəmiyyət verir. Eyni zamanda termin ədəbiyyatda universitetlər yerləşən müasir şəhərləri xarakterizə etmək üçün istifadə edilir. Orta əsrlərdə dinin universitetlərə təsiri güclü olduğuna görə tələbələr din xadimlərinin geyindiyi uzun əbalı qara paltar geyinirdilər. Paltar həmçinin soyuq binalarda dərs keçəndə isinmək üçün də yararlı idi və universitet geyiminə çevrildi. Həmçinin fiziki əməklə məşğul olan əhalidən seçilən təbəqənin sosial statusunun fərqlənmə nişanına çevrildi. Paltarın papağına tələbənin təhsil aldığı kollecin rəngləri də vurulurdu. Beləliklə də həm müxtəlif kolleclərdə təhsil alan tələbələr, həm də yerli əhali geyiminə görə fərqlənməyə başladılar. Kemp, Roger L. "Town & Gown Relations: A Handbook of Best Practices," McFarland and Company, Inc., Publisher, Jefferson, North Carolina, USA, and London, England, UK (2013). (ISBN: 9789-0-7864-6399-2).
Beli açıq paltar
Beli açıq paltar, sahibinin kürəyini açıq saxlamaq üçün nəzərdə tutulmuş qadın geyim tərzidir. Arxaya qismən açıq ola bilər, ya da iplərin istifadəsi ilə tamamilə açıq ola bilər. Beli açıq paltar ən çox rəsmi mərasimlərdə və ya axşam paltarı və ya gəlinlik kimi geyinilir və mini ətəkdən tutmuş yerə qədər istənilən uzunluqda ola bilər. Digər belsiz formalı kürəksiz çimərlik paltarları və köynək kimi paltarlar ona daxildir . == Tarixi == Beli açıq paltarlar ilk dəfə 1920-ci illərdə ortaya çıxdı. 1930-cu illərdə bu üslub o dövrün günəşlənmə modası ilə əlaqələndirildi və kürəksiz paltar qara rəngi nümayiş etdirmək üçün bir üsul idi. Təsviri çəkə bilmək üçün qadın incə olmalı idi. 1937-ci ilin dekabrında aktrisa Mişelin Paton BBC-nin ilk moda sənədli " Clothes-Line" adlı proqramın son epizodunda arxası açıq paltar geyərkən mübahisəli şəkildə arxadan çəkildi. Çılpaqlıq illüziyası qəzəblənmiş izləyicilərin şikayət etmək üçün yazmasına səbəb oldu və şounu birlikdə təqdim edən P. Binder, "Nənə geriyə baxır ancaq, Mişelinenin arxası görünmür" deyə kinayə etdi. == Forması == Arxasız bir paltar bir neçə yolla saxlanıla bilər.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Paltar fabriki (film, 1962)
Film Bakıdakı Volodarski adına Tikiş Fabrikinin fəaliyyətindən danışır.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (film, 2005)
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.

Значение слова в других словарях