Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kukuta
Kukuta (isp. Cúcuta, San Jose de Cúcuta) — Kolumbiyanın şimalında yerləşən və Venesuela ilə sərhəd olan şəhərlərdən biri. Şimali Santander departamentinin inzibati mərkəzidir. == Coğrafiyası == Kukuta dəniz səviyyəsindən 320 m yüksəklikdə, And dağlarının Şərq Kordilyer hissəsində yerləşir. Orta illik temperatur 28 °C təşkil edir. Şəhər Boqota şəhərindən təxminən 600 km məsafədə yerləşir. Şərqdə Venesuela və Puerto Santander, cənubda — Vilya del Rosario, Los Pasios, şimalda Tibu tərəfindən əhatə olunmaqdadır. == İqlimi == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cúcuta haqqında səyahət məlumatları var.
Kuhnia
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuula
Kuula- Estoniyanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 120 xalla 6-cı olub. Mahnını Ott Lepland oxumuşdur.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin yaranma tarixi bəlli deyil. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Futuna plitəsi
Futuna plitəsi — mikroplitə olaraq 0,00079 steradian sahəyə malik plitə. Adətən Sakit Okean plitəsinin tərkib hissəsi olaraq göstərilir. Sakit okeanın cənubunda Futuna adası yaxınlığında yerləşir. Şimaldan Sakit Okean plitəsi, cənubdan Avstraliya plitəsi və şərqdən Niuafoou plitəsi ilə əhatələnmişdir.
Inga mucuna
Inga mucuna (lat. Inga mucuna) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kucula Kadfiz
Kucula Kadfiz (20-80) — Kuşan dövlətinin qurucusu, imperator. == Həyatı == Kucula, Kucula Kadfiz adıyla da anılan bizim earadan əvvəl I yüzildə dağınıq olan Yüəçi tayfalarını bir araya gətirən bir Kuşan şahzadəsidir. Şüphəsiz onun siyasi hərəkətləri gələcəkdə Kuşan İmperatorluğunun vücuda gətirilməsini sağlayacaqdır. Onun hökmdarlığı M.S. 30 və 80-ci illər arasında yarım əsri aşan bir zamana yayılmaqdadır. Rabatak qeydlərinə görə Kuşan İmperatoru I Kanişkanın babasıdır. Kucula Kadfizın kökəni haqqında qeydə dəyər bir bilgi yoxdur. Yüəçilər, Hun istilası sonrası qərbə doğru gerçəkləşən köç harəkətləri nəticəsiBəlx məntəqəsına gəldiklərində burada Böyük İskəndər fütühatı sonrası qurulan Qrəko-Baktrian dövlətinə son verdilər ancak Yunan mədəniyyətindən (daha sonraları Hind mədəniyyətindən də təsirlənəcəkdilər) böyük oranda etkiləndikləri için sikkələrdə yapılan çalışmalarda Kuculanın "Hərmaəus" və "Avgustus" adlarını da işləndiyını görə bilməkdəyik. Ayrıca Çuksada (Şimali Hindistan torpaqlarında bir bölgə) bizim eradan əvvəl 200 və miladdan sonra 400-cü illər arasında vassal dövlət statusunda yaşayan Hindu-İskit topluluğunun öndərlərindən Liaka Kusulaka və oğlu Patika Kusulakada bu ünvanları işlətmişdir. Yunan mədəniyyətinin anılan bölgədə etkisinin nə dərəcə olduğunun göstərməsi açısından qeydə dəyər bir bilgidir bu. Kucula Kadfisin iqbali ilə əlaqəli bilgilərə gec dönəm Xan (Çin) qaynaqlarında rastlanmaqdadır.
Kuhban (Miyanə)
Kuhban (fars. كهبان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 774 nəfər yaşayır (173 ailə).
Kuhnab (Mərənd)
Kuhnab (fars. كوهناب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (51 ailə).
Svetlana Kuzina
Svetlana Kuzina (d. 8 iyun 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Svetlana Kuzina, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Şiori Kutsuna
Şiori Kutsuna (yap. 忽那 汐里, ing. Shioli Kutsuna; 22 dekabr 1992, Killarney Heights[d]) — yapon aktrisa və model. == Həyatı == Kutsuna 22 dekabr 1992-ci ildə Sidney şəhərində anadan oldu. Yaponiyaya köçməzdən əvvəl 14 yaşına qədər Avstraliyada yaşadı.
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. == Həyatı == Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı.
Kuhnia baccharoides
Bahianthus viscosus (lat. Bahianthus viscosus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bahianthus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mikania viscosa Spreng. Willoughbya viscosa (Spreng.) Kuntze === Heterotipik sinonimləri === Eupatorium harvardianum Steyerm. Gyptis baccharoides Sch.Bip.
Hüseynabad (Kuhin)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 944 nəfər yaşayır (241 ailə).
Kuhin bəxşi
Kuhin bəxşi (fars. بخش کوهین‎; az-əbcəd. کوهین بؤلومو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının ərazisinə daxil olan bəxş.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Ruhun arzuları
Ruhun arzuları (fr. Les Passions de l’Ame”) — 1969-cu ildə Dekartın qələmə aldığı esse. Düşüncə tarixində Dekartın son əsəri olaraq da xüsusi yeri olan Ruhun arzuları, filosofun Utrext Universitetində tibb professoru olan Henricus Regius ve Şahzadə Elizabetlə məktublaşmaları sırasında onların ruh barədə soruşduqları suallarla şəkil almış; Elizabetin, ruhun, yəni cisimsiz olan bir şeyin nə cür bir hərəkət qabiliyyətinə sahib olduğu və bədən tərəfindən necə hərəkət etdirilə bildiyinə əlaqəli maraqlı sorğu-suallarıyla get-gedə genişləyərək üç kitablıq əhatəli bir əsərə dönüşmüşdür. == Yazılma tarixi == Ruhun arzularının yazılma tarixi, Elizabetin filosofdan duyğuların tam tərifini istəməsi səbəbindən 1646-cı ildə başlayır. Dekart ilkin mövzuyla əlaqəli kiçik bir cəhdi qələmə alır və oxuması üçün Şahzadəyə göndərir. Şahzadə Elizabet bu cəhdi oxuyur və içərisindəki məlumatların olduqca qarmaqarışıq yazıldığını görür. Buna görə də Dekarta yenidən bir məktub yollayır və mövzuyla bağlı daha detallı və dəqiq məlumatlar yazmasını xahiş edir. Dekart bir neçə rəyləri diqqətə alaraq daha detallı və daha müntəzəm şəkildə 1649-cu ildə yenidən yazır. Ona görə bu çalışma üç kitabdan formalaşacaq, ilk kitab duyğuları ümumi olaraq ələ alacaq və xüsusilə ruh-bədən əlaqəsi üzərində duracaqdır. Digər kitablar isə altı əsas duyğu və bu əsas duyğulardan törəmə digər duyğulardan bəhs ediləcəkdir.
Ruhun fenomenologiyası
"Ruhun feonomenologiyası" (alm. Phänomenologie des Geistes‎) — Alman filosofu Hegelin ən böyük əsərlərindən birincisi. Ruh sözün geniş mənasında ideal olanla , şüurla maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. Fəlsəfənin müxtəlif cərəyanlarının nümayəndələri mütləqləşdirilməsi subyektiv-idealizmə gətirib çıxarır, obyektiv ruhun (subyekt, şəxsiyyət,fərd) və birinciliyinin qəbul edilməsi obyektiv idealizmə gətirib çıxaran obyektiv Ruhun (insandan ayrılmış və müstəqil qüvvə kimi mistikləşdirilmiş şüur) olduğunu göstərirlər. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir (Məs; Aristotel üçün ruhun fəaliyyətinin ən yüksək forması təfəkkür haqqında təfəkkürdür, nəzəriyyədən həzz almaqdır). Lakin ruh bilavasitə, intuitiv (Platon) dərk olunan fövqəlağıllı başlanğıc kimi də başa düşülmüşdür.Belə nöqteyi-nəzər zahirən dini idealogiyaya bənzəyir. Həmin idealogiyaya görə ruh allahdır, yalnız dini etiqadın bir hissəsi kimi olacaq fövqəltəbii mahiyyətdir. Alman klassik fəlsəfi idealizmin nümayəndələri ruhun fəallığını xüsusilə qeyd etmiş, onu hər şeydən əvvəl mənlik şüurunun fəaliyyəti baxımından nəzərdən keçirmişlər.Məs; Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti. əməli və nəzəri fəaliyyətin vəhdəti kimi başa düşmüşdür. Ruhun varlığı onun əməlidir, lakin bu əməl idrak kimi başa düşülür.
Xu Yuhua
Xu Yuhua(çin 许昱华, pinyin Xǔ Yùhua; 29 oktyabr 1976[…], Çzinxua[d], Çjetszyan) — Çinli qrosmeyster və dünya çempionlarından biri (2006–2008). O, Çinin Se Tszyun və Zu Çendən sonra dünya çempionu olmuş üçüncü qadın şahmatçısıdır. 25 mart 2006-cı ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında finalda Alisa Qallimovaya qalib gələrək, dünya çempionu olmuşdur. Xu Yuhua Çin Şahmat Liqasında Çjetszyan şahmat klubunu təmsil edir.
Nuhun gəmisi
Nuhun gəmisi (ivr. ‏תיבת נח‏‎; ibranicə: Tevat Noaḥ ) — Yaradılış kitabındakı tufan hekayəsindəki gəmi. Bu gəmi vasitəsilə Tanrı Nuhu, onun ailəsini və bütün dünya heyvanlarını qlobal daşqından xilas edir. Yaradılış kitabındakı hekayə Mesopotamiyada yaranan əvvəlki tufan miflərinə əsaslanır və Quranda müxtəlif dəyişikliklərlə təkrarlanır, burada gəmi Safinat Nūḥ (ərəb. سَفِينَةُ نُوحٍ‎) v' və əl-fulk (ərəb: الفُلْك) kimi görünür. İosif Flavi kimi erkən xristian və yəhudi yazıçıları Nuhun gəmisinin mövcud olduğuna inanırdılar, baxmayaraq ki , Nuhun gəmisi üçün ən azı Yevsevi dövründən (təxminən 275-339) uğursuz axtarışlar aparılmışdır. Gəmiyə inananlar müasir dövrdə də onu axtarmağa davam edirlər, lakin Gəminin mövcudluğuna dair hələ ki, heç bir elmi dəlil tapılmamışdır və həmçinin qlobal daşqına dair da elmi dəlillər mövcud deyil. Bibliyada təsvir edilən gəmi və təbii fəlakət fiziki imkansızlıqlardan və qeyri-adi anaxronizmlərdən asılı olmuşdur Bəzi tədqiqatçılar hesab edirlər ki, Yaxın Şərqdə real daşqın hadisəsi potensial olaraq şifahi və sonradan yazılmış hekayələrdən ilhamlanmışdır: Fars körfəzindəki daşqın və ya 7500 il əvvəl Qara dəniz daşqını belə bir tarixi namizəd kimi irəli sürülüb.