KÜLÜNG

is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq.
– Əhməd … bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev.
Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külünglə dağı yarırdı. Çəmənzəminli.

◊ (Fərhad kimi) külüng vurmaq (çalmaq) – zəhmət çəkmək, çalışmaq, işləmək, əziyyətə qatlaşmaq.
[Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov.
[Mirzə Camal:] Neçə ildir Fərhad kimi külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir! C.Cabbarlı.
[Şeyda:] Gərək məhəbbəti fəaliyyətə çevirib, işıq və gözəllik uğrunda külüng çalasan! Ə.Məmmədxanlı.

Külüng sındırmaq – bax külüng vurmaq (çalmaq).
Nahaq bu yolda külüng sındırır. S.Rəhman.

Синонимы

  • KÜLÜNG KÜLÜNG (yer qazmaq üçün alət) Belləri, külüngləri götürək, maşınlar tapaq, müəllimimizin dediyi Təbrizi yaradaq (M

Этимология

  • KÜLÜNG Farscadır, əsli əsli kölənq kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KÜLÜF
KÜLÜNGÇÜ
OBASTAN VİKİ
Külüngün
Külüngün (fars. کلنجین‎) — İranın Qəzvin ostanının Avəc şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cu il məlumatına görə kənddə 1,080 nəfər yaşayır (339 ailə). Milli tərkibi Azərbaycan türklərindən ibarətdir.

Значение слова в других словарях