Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kütburun nərə
Kütburun nərə (lat. Acipenser brevirostrum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Kütburun timsah
Kütburun timsah (lat. Osteolaemus tetraspis) — əsl timsahlar sinfinin nümayəndələrindən biri. Bu sinfin indi mövcud olan ən kiçik növü və hamaralın kaymanlarla birlikdə timsahlar dəstəsinin ən kiçik nümayəndəsidir. Qərbi Afrikanın şirin su hövzələrində geniş yayılmışdır. Ayrı bir Osteolaemus cinsinə daxildir. Yetkin kütburun timsahın ölçüsü ümumiyyətlə 1,5 m-dən çox deyil. Qeydə alınan maksimum uzunluq 1,9 m-dir. Rəngi qara, qarnı isə sarıdır. qarnında qara ləkələri var. Yetkinlik yaşına çatmayanların adətən arxa və yan hissələrində açıq qəhvəyi zolaqlar, başlarında sarı ləkələr olur.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə

Tütünün Becərilməsi (1967)
Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
FİFA Dünya Kubokunun talismanları
1966-cı il çempionatının talismanı olan Aslan Villi belə böyük idman tədbirində ilk talismanlardan biri idi. Adətən, talisman qismində çempionatın keçirildiyi ölkəyə xas olan bəzi xarakterik detallar (kostyum, bitki, heyvan və s.) seçilir.
Tütünün becərilməsi (film, 1967)
Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
2010 FİBA Dünya Kubokunun finalı
2010 FİBA Dünya Kuboku finalı — 12 sentyabr 2010 tarixində Türkiyə və ABŞ milli basketbol komandaları arasında oynanılan basketbol qarşılaşması. Sinan Erdem Arenasında oynanılan qarşılaşma Türkiyə və ABŞ basketbol komandalarını ilk dəfə bir rəsmi matçda qarşı-qarşıya gətirdi. Ən son edilən hazırlıq qarşılaşmasını ABŞ 114-82 qazanmışdı, ancaq 2008-ci ildə oynanılan bu matçda Türk milli ulduz Hidayət Türkoğlu forma geyinməmişdi.
FİFA Dünya Kubokunun qızıl kuboku
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
2010 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı — 2016-17 Azərbaycan Kubokunun final oyunu. Final 5 may 2017-ci ildə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilmişdir. Final oyununda "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlmiş və oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdır. Final görüşündən əvvəl təntənəli açılış mərasimi təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artisti Röya Ayxanın, Şərur Xalq Yallı Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının ifalarında rəngarəng musiqi və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Fariz Yusifovun baş hakim olduğu oyunun birinci hissəsində "Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov zədələnib və oyunu sona qədər davam etdirə bilməyib. Onu Roman Hüseynov əvəz edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Oyunun ikinci hissəsində "Qarabağ"ın futbolçusu Mahir Mədətov vurduğu qolla komandasını hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Ürfan Abbasov avtoqola imza ataraq "Qarabağ"ı 2:0 hesabı ilə irəli çıxarıb.
2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının final mərhələsinə 32 iştirakçıdan 31-i müəyyənləşdirəcək təsnifat mərhələsi. Çempionatın təşkilatçı komandası final yarışında yerini avtomatik olaraq alır.
2019 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2019 Futbol üzrə Azərbaycan Kubokunun finalı — 2018-19 Azərbaycan Kubokunun final oyunu. Final 19 may 2019-cu ildə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilmişdir . Final oyununda "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlmiş və oyun "Qəbələ"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdır .
FİFA Dünya Kubokunun het-triklərinin siyahısı
Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir. 18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir. Dünya kubokunda ilk het-trik etmə müvəffəqiyyətini ABŞ milli futbol komandasından Bert Patenaude adlı oyunçu Paraqvay milli futbol komandasına qarşı FİFA Dünya Kuboku 1930da reallaşdırdı. Ən son olaraq da FİFA Dünya Kuboku 2014-də Almaniya milli futbol komandasından Tomas Müller Portuqaliya milli futbol komandasına qarşı oyunda həyata keçirmişdir. Bu performansın heç bir futbolçu tərəfindən bacara bilmədiyi tək turnir Almaniyada təşkil edilən FİFA Dünya Kuboku 2006 olmuşdur. Ən çox het-trik isə 8 dəfə ilə İsveçrədə təşkil edilən FİFA Dünya Kuboku 1954-də qeydə alınmışdır. ABŞ-lı Bert Patenaude 17 İyul 1930-cu ildə Paraqvay milli futbol komandasına üç qol vuraraq bir Dünya Kuboku matçında het-trik edən ilk futbolçu olaraq tarixə keçmişdir. Ancaq 2006-cı ilə qədər FİFA rəsmi olaraq bu oyunçunu deyil, bu matçdan iki gün sonra oynanan matçdakı Argentinalı Gillermo Stabileni qəbul edirdi.
Ovçu ilə iti və tülkünün hekayəti
Ovçu ilə itin və tülkünün hekayəti — Nizami Gəncəvinin birinci poeması "Sirlər xəzinəsi"nin 6-cı məqalətin hekayəsi. "Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir. Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb. Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən.
Ovçu ilə itin və tülkünün hekayəti

2010 FİFA Dünya Kubokunun Afrika seçmə mərhələsi
2010 FİFA Dünya Kubokunun Asiya seçmə mərhələsi
2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi
Futbol üzrə Azərbaycan SSR kubokunun qaliblərinin siyahısı
Futbol üzrə ilk Azərbaycan SSR kuboku 1936-cı ildə keçirilib.
2010 FİFA Dünya Kubokunun Cənubi Amerika seçmə mərhələsi
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.