Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurkuma
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək.
Uzun kurkuma
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Kukuta
Kukuta (isp. Cúcuta, San Jose de Cúcuta) — Kolumbiyanın şimalında yerləşən və Venesuela ilə sərhəd olan şəhərlərdən biri. Şimali Santander departamentinin inzibati mərkəzidir. == Coğrafiyası == Kukuta dəniz səviyyəsindən 320 m yüksəklikdə, And dağlarının Şərq Kordilyer hissəsində yerləşir. Orta illik temperatur 28 °C təşkil edir. Şəhər Boqota şəhərindən təxminən 600 km məsafədə yerləşir. Şərqdə Venesuela və Puerto Santander, cənubda — Vilya del Rosario, Los Pasios, şimalda Tibu tərəfindən əhatə olunmaqdadır. == İqlimi == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cúcuta haqqında səyahət məlumatları var.
Kucula Kadfiz
Kucula Kadfiz (20-80) — Kuşan dövlətinin qurucusu, imperator. == Həyatı == Kucula, Kucula Kadfiz adıyla da anılan bizim earadan əvvəl I yüzildə dağınıq olan Yüəçi tayfalarını bir araya gətirən bir Kuşan şahzadəsidir. Şüphəsiz onun siyasi hərəkətləri gələcəkdə Kuşan İmperatorluğunun vücuda gətirilməsini sağlayacaqdır. Onun hökmdarlığı M.S. 30 və 80-ci illər arasında yarım əsri aşan bir zamana yayılmaqdadır. Rabatak qeydlərinə görə Kuşan İmperatoru I Kanişkanın babasıdır. Kucula Kadfizın kökəni haqqında qeydə dəyər bir bilgi yoxdur. Yüəçilər, Hun istilası sonrası qərbə doğru gerçəkləşən köç harəkətləri nəticəsiBəlx məntəqəsına gəldiklərində burada Böyük İskəndər fütühatı sonrası qurulan Qrəko-Baktrian dövlətinə son verdilər ancak Yunan mədəniyyətindən (daha sonraları Hind mədəniyyətindən də təsirlənəcəkdilər) böyük oranda etkiləndikləri için sikkələrdə yapılan çalışmalarda Kuculanın "Hərmaəus" və "Avgustus" adlarını da işləndiyını görə bilməkdəyik. Ayrıca Çuksada (Şimali Hindistan torpaqlarında bir bölgə) bizim eradan əvvəl 200 və miladdan sonra 400-cü illər arasında vassal dövlət statusunda yaşayan Hindu-İskit topluluğunun öndərlərindən Liaka Kusulaka və oğlu Patika Kusulakada bu ünvanları işlətmişdir. Yunan mədəniyyətinin anılan bölgədə etkisinin nə dərəcə olduğunun göstərməsi açısından qeydə dəyər bir bilgidir bu. Kucula Kadfisin iqbali ilə əlaqəli bilgilərə gec dönəm Xan (Çin) qaynaqlarında rastlanmaqdadır.
Sukuma viki
Şərqi Afrikanın Tanzaniya, Keniya və digər kimi ölkələrdə çox məşhurdur. O həmçinin Şahilli də adlanır. Çox zaman yaşıl rəngdə olur. Bu içki tərəvəzlərdən hazırlanır. Bu regionda hər zaman tərəvəz olduğu üçün işkini işmək olur. Bu içkinin qrup kimi adı "Akephala" (yunanca "başsız") adlanır. Bu içkinin dadı bir az kələm dadı verir. Duzluluq üçün orta səviyyədə həssasdır. Bitki yarpaqları qalın olur ancaq bununla bərabər çox yeməli yarpaqlardır. Ticarət məqsədilə becərilir.
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı.
Küçüm xan
Küçüm, Küçüm xan, Kuçum (كوچم) — Sibir xanı olan türk dövlət xadimi. Şeybani, İbək xanın nəvəsi — Tümen və Böyük ordanın xanı. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Əbülqazi Bahadır xan əsərində onu Murtaza xan oğlu olaraq tanıdıb Cuçi xanın oğlu Şeyban vasitəsiyla soyunu Çingiz xana bağlayır. == Ailəsi == Küçüm xan Soltanım xanım, Söyüdəcan xanım, Yandövlət xanım, Aktulum xanım, Ağsüyrün xanım, Şevləl xanım, Kubul xanım və Çepşan xanımla ailəqurmuşdu. Oğlanları Əli xan — Sibir xanı (1600–1607). 1607-ci ildə əsir düşdü. Rusiyada Sibir çarı kimi tanınırdı. Yaroslavlda yaşamışdı. 1641-ci ildə Qasımov köçdü və orda vəfat etdi.
Leonid Kuçma
Leonid Daniloviç Kuçma (ukr. Леонід Данилович Кучма; 9 avqust 1938, Çaykino[d], Çerniqov vilayəti) — Ukrayna Respublikasının 2-ci Prezidenti. == Həyatı == Leonid Kuçma 9 avqust 1938-ci ildə Ukraynanın Chaikyne şəhərində (Çerniqov vilayəti) anadan olmuşdur. 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukrayna Respublikasının 2-ci Prezidenti olmuşdur.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir. == Azərbaycanda == Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".