Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar

27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, RusiyaTürkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir.

Azərbaycanda[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir".[1] Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir.[2] Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir.[3] Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş,[4] Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır.[5] Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış,[6] lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur"[7] və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".[8] Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səfirliyə hücumda məsuliyyəti İranın daşıdığını əlavə etmişdir.[9]

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət edərək hücumu törədənləri "ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamı"nı ifadə etmişdir.[10] Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırmışdır.[11] Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb etmişdir.[12]

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı yaydığı bəyanatda hadisənin partiya üzvlərində "ciddi narahatlığa və böyük hiddətə" səbəb olduğunu qeyd etmiş, İranın Azərbaycan xalqından üzr istəməli olduğunu əlavə etmişdir.[13] Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Nəsirov hücuma görə tam məsuliyyəti İran tərəfinin daşıdığını bildirmişdir. O, əlavə etmişdir ki, "Azərbaycan–İran münasibətlərində son dövrdə yaşanan gərginlik fonunda Tehrandakı səfirliyə silahlı hücumun olması çoxsaylı suallar yaradır".[14] Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov hadisənin baş verməsində İranın daxilində Azərbaycana qarşı aparılan təbliğat da rol oynadığını vurğulamış və əlavə etmişdir ki, "kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil".[15] Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov silahlı hücumu "vəhşilik aktı" kimi təsvir etmiş, İran polisinin iddialarını "tamamilə cəfəngiyat və yalan" adlandırmışdır. O, hücumun "Azərbaycan dövlətinə qarşı yönələn düşmənçiliyin təzahürü" olduğunu vurğulamışdır.[16] Milli Məclisin komitə sədri Tahir Mirkişili hücumu qınamış və demişdir ki, "heç kim və heçnə bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək".[17] Milli Məclisin Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Madər Musayev "İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir demişdir".[18] Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili, İran–Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Cəbi Quliyev hücumu "terror akt"ı hesab etmiş və onun fikrincə, İran bunu qəbul edərək üzr istəməlidir.[19]

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov qeyd etmişdir ki, "Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı mənfur hücumlara son qoyulmalıdır".[20] Azərbaycanın keçmiş xarici işlər naziri, Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev 30 yanvar 1829-cu ildə Aleksandr Qriboyedovun da həlak olduğu Rusiyanın Tehrandakı səfirliyində qətliamdan bəhs edərək "İran dəyişmir" ifadələrindən istifadə etmişdir.[21] Sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab etmişdir ki, hadisənin hansı məqsədlə törədildiyini isə istintaq müəyyənləşdirməlidir və bunun üçün iranlı hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə birgə işləməlidir.[19] Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim,[22] Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva[23] və Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə[24] hücumu qınamış, İranı Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırmışdır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov,[25] Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva,[26] Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev,[27] iqtisadiyyat naziri Mikayıl Cabbarov[28] hücumu qınamışdır. Qafqaz Müsəlmanları İdarəsi yaydığı bəyanatda hücumu "qətiyyətlə" pisləmiş, onu "siyasi məqsədli terror aktı kimi qiymətləndirdiyini əlavə etmişdir.[29]

İranda[redaktə | mənbəni redaktə et]

İran Prezidenti İbrahim Rəisi müvafiq orqanlara Azərbaycanın Tehrandakı səfirliyinə hücumun araşdırılmasını tapşırmışdır. O, mərhumun yaxınlarına başsağlığını bildirmiş, həmçinin yaralıların tezliklə sağalmasını arzulamışdır.[30] İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzad hadisə ilə bağlı başsağlığı vermiş, "hadisənin heç bir təhlükəsizlik, terror və siyasi cəhəti" olmadığını, "hücum edənin şəxsi düşmənçiliyi ucbatından baş ver"diyini əlavə etmişdir.[31] İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vahid Cəlalzadə hücumu pisləmiş və bu hadisə ilə bağlı Azərbaycan prezidentinin mövqeyinin "müdrikcəsinə" olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, İran Azərbaycan hakimiyyətinin "təmkinlə və iki ölkə arasındakı münasibətlərə baxaraq" mövqe tutacağını gözləyir.[32] İranın daxili işlər naziri Əhməd Vahidi qeyd etmişdir ki, hadisə "tamamilə şəxsi hadisədir və bu istiqamətdə də tədbir görülməlidir".[33]

İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda silahlı hücumu "kəskin şəkildə" pisləmişdir.[34]> Nazirliyin sözçüsü Nasir Kənani səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı vermişdir.[35] Xarici işlər naziri Hüseyn Əmirabdullahyan bildirmişdir ki, Azərbaycan ilə İran "bu hadisənin iki ölkə arasındakı münasibətlərə təsir etməsinə imkan verməmə"lidir.[36] Prezident Aparatının siyasi müavini Məhəmməd Cəmşidi demişdir ki, "bir adamın şəxsi motivləri ilə törədilən cinayət əməli İran və Azərbaycan arasında qardaşlıq və tarixi münasibətləri poza bilməz".[37]

Ərdəbil şəhərinin imam cüməsi Seyid Həsən Amili hücumu "qətiyyətlə" pisləmiş, "şəxsi və ailə motivləri" əsasında baş tutmuş hadisənin "iki ölkə arasındakı münasibətlərə kölgə salmamalı" olduğunu vurğulamışdır.[38] Ayətullah Xameneinin nümayəndəsi və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim səfirliyə hücumu pisləmiş, "iki ölkə arasında dostluq münasibətləri"nin qorunub saxlanmasına çağırış etmişdir.[39]

İranda davam edən etirazlarda daxili etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu günahlandırırlar. Etirazçılar beynəlxalq ictimaiyyəti "SEPAH"-ı terror təşkilatı kimi tanımağa çağırırlar.[40]

Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoymağa başlamışdılar.[41] İran milli futbol çempionatında çıxış edən, Təbrizin "Traktor" futbol komandası yaydığı açıqlamada "qardaş acısını qardaş çəkər" ifadəsini işlədərək hücumu qınamışdır.[42]

Digər ölkələr[redaktə | mənbəni redaktə et]

Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbərinin onu "sarsıtdı"ğını bildirmişdir.[43] Birləşmiş Krallığın İrandakı səfirliyi də hücumu pisləmişdir.[44] Fransa Xarici İşlər Nazirliyi hücumu pisləyərək İran hakimiyyətini "öz ərazilərində xarici diplomatların hüquqlarını qorumaq məsuliyyətinin bir hissəsi olaraq" hücumu araşdırmağa çağırmışdır.[45] Fransanın Azərbaycandakı səfiri Ann Buayon "hücumdan kədərləndi"yini bildirmişdir.[46] Fransa Senatının üzvü Natali Qule hücumu qınamışdır.[47] İsrail Prezidenti İsaak Herzoq Əliyevə başsağlığı vermiş, Əliyev isə İsraildə Yerusəlim sinaqoquna edilən son hücumla bağlı başsağlığı vermişdir.[48] İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat qeyd etmişdir ki, "hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib".[49] İsrailin Azərbaycandakı səfiri Corc Dik də yazmışdır ki, "İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir".[50] İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk hücumu kəskin şəkildə qınamış və hadisənin "dəhşətli" olduğunu vurğulamışdır.[51] ABŞ Dövlət Departamenti,[52] ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays[53] və ABŞ-nin Azərbaycandakı səfirliyi[54] hücumu pisləmişdir. Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumu pisləmiş, qurbanın yaxınlarına dərin hüznlə başsağlığı vermiş, yaralıların tezliklə sağalmasını diləmişdir.[55]

Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda səfirliyə hücumla bağlı Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı vermişdir və əlavə etmişdir ki, "biz bütün günahkarların məsuliyyətə cəlb ediləcəyini gözləyirik".[56] Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaharova yazmışdır ki, "Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsi bizi şoka salıb". Diplomat azərbaycanlı həmkarlarına başsağlığı vermişdir.[57] O, sonradan əlavə etmişdir ki, "Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü".[58] Rusiyanın Azərbaycandakı səfirliyi də hücumu qınamışdır.[59] Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov hücumu "qətiyyətlə" pisləmiş, səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırmışdır. O, Azərbaycan tərəfinin məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirmişdir.[60] Rusiyalı jurnalist, "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da hücumu pisləmişdir.[61]

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 27 yanvarda Azərbaycanda rəsmi səfərdə olarkən hücuma görə başsağlığı vermişdir.[62]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu şiddətlə qınadığını bildirmiş və əlavə etmişdir ki, "Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır".[63] Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hadisəni "alçaq hücum" adlandıraraq buna görə məsuliyyət daşıyanların "dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb etdiyi"ni bildirmişdir.[64] Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hücumu qətiyyətlə qınamış, "Can Azərbaycanın hər zaman yanında" olduğunun və Azərbaycanın "heç vaxt tək" olmadığını əlavə etmişdir. Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışmış, həyatını itirən səfirlik əməkdaşına başsağlığı vermiş və yaralananlara şəfa diləmişdir.[65]

Bundan başqa, Türkiyənin vitse-prezidenti Fuad Oqtay,[66] Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun,[67] Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop,[68] Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavinlərii Numan Qurtulmuş[69]Binəli Yıldırım,[70] Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati,[71] Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık,[72] Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar,[73] Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı[74] hücumu qınamış və başsağlığı vermişdir. Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının rəhbəri Seyfəddin Ayakyayın adından yayılmış bəyanatda hücumun "Azərbaycan dövlətinin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilməli" olduğunu vurğulamışdır.[75] Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar[76] və xarici işlər naziri Tahsin Ərtoğruloğlu[77] hücumu pisləmişdir.

30 yanvarda Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində, Alsancak Kıbrıs Şəhidləri Caddəsində hücuma etiraz olaraq aksiya keçirilmişdir.[78]

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi,[62] Bolqarıstan Prezidenti Rumen Radev,[79] İslandiya Xarici İşlər Nazirliyi,[80] Mərakeşin Azərbaycandakı səfirliyi,[81] Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko,[82] Çexiya Xarici İşlər Nazirliyi,[83] Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi,[84] Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib,[85] Gürcüstan Xarici İşlər Nazirliyi,[86] Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze,[87] Niderland Krallığının Xarici İşlər Nazirliyi,[88] Estoniyanın xarici işlər naziri Urmas Reinsalu,[89] Bəhreyn Krallığının Azərbaycandakı səfirliyi,[90] Qazaxıstan Xarici İşlər Nazirliyi,[91] Qazaxıstanın Rusiyadakı səfirliyi,[92] Rumıniya Xarici İşlər Nazirliyi,[93] Slovakiya Xarici İşlər Nazirliyi,[94] İrlandiya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Çarli Flanaqan,[1] Paraqvay Xarici İşlər Nazirliyi,[95] Özbəkistanın xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov,[96] Türkmənistan Xarici İşlər Nazirliyi,[97] Monteneqro Xarici İşlər Nazirliyi,[98] Qırğızıstan xarici işlər naziri Ceenbek Kulubayev,[99] Pakistan Xarici İşlər Nazirliyi,[100] Moldova Xarici İşlər Nazirliyi,[101] Argentinanın Azərbaycandakı səfirliyi,[102] İsveç Xarici İşlər Nazirliyi,[103] İsveçin Azərbaycandakı səfirliyi,[104] Fələstinin Azərbaycandakı səfirliyi,[105] Litvanın Azərbaycandakı səfirliyi,[106] Belarusun Azərbaycandakı səfirliyi,[107][108] Polşanın Azərbaycandakı səfirliyi,[109] İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi,[110] İtaliyanın Azərbaycandakı səfirliyi,[111] Yaponiyanın Azərbaycandakı səfirliyi,[112] Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin,[113] Əfqanıstanın Azərbaycandakı səfirliyi,[114] Küveyt Xarici İşlər Nazirliyi,[115] Xorvatiyanın Azərbaycandakı səfirliyi,[116] Braziliya Xarici İşlər Nazirliyi,[117] Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz,[118] İraqın Azərbaycandakı səfirliyi,[119] BƏƏ-nin Azərbaycandakı səfirliyi[120] hücumu qınamış, insidentlə bağlı başsağlığı vermişdir

Beynəlxalq qurumlar[redaktə | mənbəni redaktə et]

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyindəki terror aktını "qətiyyətlə" pisləmişdir. O, vurğulamışdır ki, "Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır".[121] BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi terror aktını qətiyyətlə pisləmiş və istintaqın davam etməsindən "şad olduğu"nu qeyd etmişdir.[122] BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "hücumu qətiyyətlə pislə"diyini yazmışdır.[123] "UNESCO" üzrə Azərbaycan Milli Komissiyası hücumun "təkcə Azərbaycanı deyil, bütün beynəlxalq ictimaiyyəti ciddi narahat" etdiyini bildirmişdir.[124]

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina hücumu pisləmişdir.[125] Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko "silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi" demişdir.[126] Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stan hücum haqqında "diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir" yazmışdır.[127] Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç hücumu "qətiyyətlə pislədi"yini bildirmişdir.[128] ATƏT-in Baş katibi Helqa Şmid hücumu pisləmiş,[129] ATƏT sədri Buyar Osmani həlak olan şəxsin ailəsinə başsağlığı vermiş və yaralananların tezliklə sağalmasını arzulamışdır.[130]

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanbiçek Ömüralıyev "silahlı hücumu, zorakılıq nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsini, iki təhlükəsizlik işçisinin yaralanmasını qətiyyətlə pislə"diyini qeyd etmişdir,[131] TÜRKSOY-un baş katibi Sultan Raevin isə hücumu qınadığını bildirmişdir.[132] GUAM terror aktını kəskin şəkildə pisləmişdir.[133] İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi[134] və Baş katibi Xusrav Noziri[135] silahlı hücumu "qətiyyətlə" pisləmiş, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayxan Azərbaycan xalqının yanında olduqlarını bildirmişdir.[136] Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaydığı bəyanatda "hadisənin qərəzsiz və hərtərəfli araşdırılmasına və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırış" etmişdir.[134] Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaydığı bəyanatda insidentin "terror hücumu olduğu"nu vurğulamış və buna görə "məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğu"nu qeyd etmişdir.[137]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Nazimqızı, Şəfiqə. "Prezident İlham Əliyev: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  2. Abdullayeva, Samirə. "Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  3. Rasifoğlu, Orxan. "Prezidentin köməkçisi: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"". Report İnformasiya Agentliyi (az.). 31 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  4. "XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  5. "Ceyhun Bayramov İran səfirliyində baş verən terror hadisəsi ilə bağlı paylaşım edib - FOTO". Oxu.az (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  6. Cəmil, Gülçin. "Nazir müavini: "Azərbaycanın mövqeyi və tələbləri İran səfirliyinin nəzərinə çatdırılıb"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  7. Cəmil, Gülçin. "Azərbaycanın XİN başçısının müavini: "Səfirlik əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı İrana etibarımız yoxdur"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  8. Cəmil, Gülçin. "Xələf Xələfov: "İran terror aktı və ağır nəticələri ilə bağlı məsuliyyət daşıyır"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  9. Novruzov, Kənan. "Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  10. Qərib, Səid. "Azərbaycanın ədliyyə naziri iranlı həmkarına müraciət ünvanlayıb". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  11. Oqtay, Nərgiz. "Azərbaycanın İrandakı səfiri: "Biz terror aktını törədənlərin cəzalandırılmasını tələb edirik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  12. "Spiker İrandan tələb etdi - Terror aktı obyektiv araşdırılsın". modern.az (az.). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  13. Vahid, Firuzə. "YAP: İrandan terrorçunun və sifarişçilərin cəzalandırılmasını, Azərbaycan xalqından üzr istənilməsini tələb edirik". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  14. Abdullayeva, Samirə. "Deputat: "Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  15. Nazimqızı, Şəfiqə. ""Kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil" - RƏY". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  16. Abdullayeva, Samirə. "MM-in komitə sədri: "Azərbaycan səfirliyinə hücuma görə birbaşa İran məsuliyyət daşıyır və cavab verməlidir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  17. Kazımoğlu, Mirmahmud. "MM-in komitə sədri: "Heç kim bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  18. Bəhruzi, Nərmin. "İşçi qrupun üzvü: "İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  19. 1 2 "Azərbaycan təhlilçilərindən səfirliyə hücuma baxış". BBC Azərbaycanca (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  20. "Səfir: "Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücuma son qoyumalıdır"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  21. Abdullayeva, Samirə. "Vilayət Quliyev: "İran dəyişmir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  22. Oqtay, Nərgiz. "Xəzər İbrahim İrandakı səfirliyə terror hücumunu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  23. Novruzov, Kənan. "Leyla Abdullayeva İranı Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  24. Novruzov, Kənan. "Diplomat: "Son 2 ildə Azərbaycanın diplomatik missiyalarına 5 dəfə hücum olub"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  25. "Prezidentin köməkçisi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  26. Abdullayeva, Samirə. "Ombudsman Tehranda səfirlik əməkdaşlarına qarşı terror hücumunu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  27. Novruzov, Kənan. "Azərbaycanın UNESCO-dakı nümayəndəsi İrandakı səfirliyə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  28. Aydınov, Elşən. "Mikayıl Cabbarov Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını şiddətlə qınayıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  29. "Azərbaycanın İrandakı səfirliyinə terror Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır - QMİ-dən bəyanat". Day.az (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023. (#first_missing_last)
  30. Səftərov, Tural. "İran Prezidenti Azərbaycanın səfirliyinə hücumun araşdırılmasını tapşırıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  31. "تاکید نایب رئیس مجلس بر برادری و دوستی دولت و ملت ایران و آذربایجان/ نیکزاد: ایران مهاجم مسلح را محاکمه و مجازات خواهد کرد" [Parlament sədrinin müavini İran və Azərbaycan hökuməti və xalqı arasında qardaşlıq və dostluğa toxunub/Nikzad: İran silahlı hücumçunu mühakimə edib cəzalandıracaq.]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  32. "حمله به سفارت؛ رئیس کمیسیون امنیت ملی مجلس: موضع گیری رئیس جمهور آذربایجان عالمانه بوده" [səfirliyə hücum; Milli Məclisin Milli Təhlükəsizlik Komitəsinin sədri: Azərbaycan Prezidentinin mövqeyi "müdrikcəsinə"dir]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  33. "وحیدی: انگیزه عامل حادثه حمله به سفارت باکو شخصی بود" [Vahidi: Bakı səfirliyinə hücumun motivi şəxsi olub]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  34. "حمله مسلحانه به سفارت جمهوری آذربایجان؛ وزارت خارجه ایران: موضوع با اولویت و حساسیت بالا در حال بررسی است" [Azərbaycan Respublikasının səfirliyinə silahlı basqın; İran Xarici İşlər Nazirliyi: Yüksək prioritet və həssaslıqla bağlı məsələ araşdırılır]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  35. "Azərbaycanın İrandakı səfirliyinə hücum: "mühafizə rəisi öldürülüb"". BBC Azərbaycanca (az.). 27 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  36. Rəcayi. "حمله به سفارت؛ گفتگوی تلفنی امیرعبداللهیان با وزیر خارجه جمهوری آذربایجان" [səfirliyə hücum; Əmir Abdullahianın Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə telefon danışığı]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  37. "جمشیدی: اقدام مجرمانه یک فرد نمی‌تواند مخل روابط ایران و آذربایجان باشد" [Cəmşidi: Bir nəfərin cinayət əməli İranla Azərbaycan arasında münasibətləri poza bilməz]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  38. "حادثه اخیر سفارت آذربایجان را با اشد عبارات محکوم می‌کنیم" [Bu yaxınlarda Azərbaycan səfirliyində baş vermiş hadisəni qətiyyətlə pisləyirik]. Fars News Agency (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  39. "امام جمعه تبریز: حادثه سفارت جمهوری آذربایجان نباید خللی در دوستی دو کشور ایجاد کند" [Təbrizin imam cüməsi: Azərbaycan Respublikasının səfirliyində baş verən insident iki ölkə arasında dostluğun pozulmasına səbəb olmamalıdır]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  40. Kitaneh Fitzpatrick, Nicholas Carl, Annika Ganzeveld, Amin Soltani, and Frederick W. Kagan. "IRAN CRISIS UPDATE, JANUARY 27, 2023" [İRAN BÖHRANI YENİLƏNMƏSİ, 27 YANVAR 2023-cü il]. THE INSTITUTE FOR THE STUDY OF WAR (ingilis). 27 yanvar 2023. January 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  41. İsmayılov, Sədrəddin. "Güneyli ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısına gül dəstələri düzür". Report İnformasiya Agentliyi (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  42. İsmayılov, Sədrəddin. ""Traktor" FK Tehrandakı terroru pisləyib: "Qardaş ağrısını qardaş çəkər"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  43. Novruzov, Kənan. "Britaniya səfiri: "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum xəbəri məni sarsıtdı"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  44. Paşkin, Zümrüd. "Britaniyanın İrandakı səfirliyi Tehrandakı hücumla bağlı başsağlığı verib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  45. Novruzov, Kənan. "Fransa XİN: "İran hakimiyyətini Azərbaycan səfirliyinə edilən hücumu araşdırmağa çağırırıq"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  46. Novruzov, Kənan. "Fransa səfiri Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  47. "Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  48. "President of the State of Israel Isaac Herzog made a phone call to President of the Republic of Azerbaijan Ilham Aliyev" [İsrail Dövlətinin Prezidenti İsaak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib]. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (ingilis). İsrail Dövlətinin Prezidenti İsaak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 28 yanvar 2022. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2022.
  49. Novruzov, Kənan. "İsrail XİN: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  50. Novruzov, Kənan. "Corc Dik: "İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  51. "Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi? - İsrail diplomatı Azərbaycan səfirliyindəki terror aktından danışıb". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  52. Price, Ned. "Condemning the Attack on the Azerbaijani Embassy in Tehran" [Azərbaycanın Tehrandakı səfirliyinə hücumun pislənməsi]. ABŞ Dövlət Departamenti (ingilis). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  53. Tağıyev, Anar. "Ned Prays: "İrana xatırladırıq ki, xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  54. Novruzov, Kənan. "ABŞ Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  55. Paşkin, Zümrüd. "Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  56. "РФ надеется, что виновные в нападении на посольство Азербайджана в Тегеране будут наказаны" [Rusiya Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların cəzalandırılacağına ümid edir]. İTAR-TASS (rus). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  57. "МИД РФ шокирован нападением на посольство Азербайджана в Тегеране" [Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan şoka düşüb]. İTAR-TASS (rus). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  58. "Mariya Zaxarova: "Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  59. "Rusiya səfirliyi: "Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  60. Tağıyev, Anar. "Sergey Lavrov azərbaycanlı həmkarına başsağlığı verib - YENİLƏNİB". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  61. "Qusman: "İran Azərbaycan səfirliyində terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  62. 1 2 Abdullayeva, Samirə. "Misir Prezidenti Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  63. "İran'daki Azerbaycan elçiliğine saldırı sonrası Cumhurbaşkanı Erdoğan'dan taziye mesajı" [Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra prezident Ərdoğandan başsağlığı mesajı]. Milliyət (türk). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  64. "No: 28, 27 Ocak 2023, Azerbaycan'ın Tahran Büyükelçiliği'ne Yapılan Saldırı Hk" [№: 28, 27 yanvar 2023-cü il, Azərbaycanın Tehrandakı səfirliyinə hücum haqqında]. Türkiyə Xarici İşlər Nazirliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  65. "Bakan Çavuşoğlu: Hain saldırıyı kınıyoruz" [Nazir Çavuşoğlu: Xain hücumu qınayırıq]. TRT Haber (türk). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  66. Novruzov, Kənan. "Türkiyənin vitse-prezidenti: "Biz hər zaman Azərbaycanla bir yerdəyik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  67. Ağacanova, Humay. "Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram - Fəxrəddin Altun". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  68. Vahid, Firuzə. "TBMM sədri Sahibə Qafarovaya zəng edib, İrandakı səfirliyə hücumu pisləyib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  69. Novruzov, Kənan. "Türkiyənin hakim partiyası: "Hər zaman Can Azərbaycanın yanındayıq"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  70. Vahid, Firuzə. "Binəli Yıldırım Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  71. "Azerbaycan'ın Tahran Büyükelçiliğine gerçekleştirilen silahlı saldırının görüntüleri ortaya çıktı" [Azərbaycanın Tehran səfirliyinə silahlı hücumun görüntüləri ortaya çıxıb.]. Milliyət (türk). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  72. Novruzov, Kənan. "Türkiyəli nazir: "Can Azərbaycanın yanındayıq"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  73. "Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  74. Novruzov, Kənan. "Türkiyə səfiri Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  75. "TADDEF Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  76. "Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  77. Novruzov, Kənan. "Şimali Kiprin XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  78. Novruzov, Kənan. "İzmirdə Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma etiraz olaraq aksiya keçirilib". Report İnformasiya Agentliyi (az.). 30 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  79. Novruzov, Kənan. "Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Qəbuledilməzdir"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  80. Babazadə, Səid. "İslandiya Tehranda Azərbaycan səfirliyinə edilmiş hücumu qınayıb". Azəri Press Agentliyi (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  81. Oqtay, Nərgiz. "Mərakeş Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  82. "اوکراین حمله به سفارت جمهوری آذربایجان در ایران را محکوم کرد" [Ukrayna Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumu pisləyib]. BBC Farsi (fars). 27 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  83. Tağıyev, Anar. "Çexiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  84. Novruzov, Kənan. "Səudiyyə Ərəbistanı XİN Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  85. Nəsibli, İsmayıl. "Səudiyyə Ərəbistanının Baş prokuroru Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb". Report İnformasiya Agentliyi (az.). 31 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  86. Novruzov, Kənan. "Gürcüstan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  87. Cavadov, Hacı. "Gürcüstan səfiri İrandakı səfirliyimizə terror hücumu ilə bağlı başsağlığı verib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  88. Novruzov, Kənan. "Niderland XİN Tehrandakı səfirliyə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  89. "Estoniya XİN rəhbəri: "Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq tamamilə qəbuledilməzdir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  90. Ünal, Sevil Hilalqızı. "Bəhreyn Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını qətiyyətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  91. "Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  92. Abdullayeva, Samirə. "Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  93. "Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  94. "Slovakiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə qınayır". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  95. Cəmil, Anar Tağıyev. "Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  96. Tapdıq, Şəfa. "Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  97. Akçurin, Ruslan. "Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  98. Tağıyev, Anar. "Monteneqrodan Azərbaycana başsağlığı: "Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  99. Tapdıq, Şəfa. "Ceyhun Bayramov qırğız həmkarı ilə telefonla danışıb". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  100. Tağıyev, Anar. "Pakistan XİN: "Qardaş Azərbaycan xalqı ilə həmrəyik"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  101. Novruzov, Kənan. "Moldova XİN Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  102. Oqtay, Nərgiz. "Argentina Azərbaycan səfirliyinə hücumla bağlı başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  103. "İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  104. Paşkin, Zümrüd. "İsveç səfirliyi: Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəldik". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  105. "Fələstin səfirliyi: "Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  106. Novruzov, Kənan. "Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  107. "Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar". BBC Azərbaycanca (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  108. Ağacanova, Humay. "Belarus səfirliyi Azərbaycana başsağlığı verib". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  109. Paşkin, Zümrüd. "Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  110. "İtaliya XİN: "Tehrandakı səfirliyə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  111. Əliyeva, Ceyla. "İtaliya Azərbaycanın səfirliyinə xaincəsinə edilmiş hücumdan hiddətlənib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  112. "Yaponiya səfirliyi Azərbaycan səfirliyində baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  113. Tapdıq, Şəfa. "Tacikistanın XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  114. "Əfqanıstanın Azərbaycandakı Səfirliyi Tehrandakı terroru pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  115. "Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  116. Əyyubova, Şəbnəm. "Xorvatiya səfirliyi: "Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  117. Tağıyev, Anar. "Braziliya XİN: "Azərbaycan səfirliyinə basqını, insan ölümünü narahatlıqla qarşıladıq"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  118. Tağıyev, Anar. "Braziliya səfiri: "Azərbaycan xalqı ilə həmrəyik"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  119. Bəhruzi, Nərmin. "İraq Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  120. Lebedeva-Dementyeva, Viktoriya. "BƏƏ Azərbaycan səfirliyinə silahlı hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  121. Abbasova, Vüsalə. "BMT Baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  122. Abbasova, Vüsalə. "BMT Baş Assambleyasının Prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  123. Novruzov, Kənan. "BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  124. Novruzov, Kənan. "UNESCO nümayəndəliyi: "Azərbaycan səfirliyə hücum bütün beynəlxalq ictimaiyyəti ciddi narahat edir"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  125. Öztürk, Alparslan. "NATO Azərbaycan səfirliyinə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  126. Novruzov, Kənan. "Aİ nümayəndəsi: "Azərbaycanın İrandakı səfirliyinə hücum məni dəhşətə gətirdi"". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  127. Tağıyev, Anar. "Aİ Azərbaycana başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  128. Abbaslı, Aytən. "Avropa Şurasının Baş katibi: Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm". Azəri Press Agentliyi (az.). 27 yanvar 2023. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  129. Novruzov, Kənan. "ATƏT-in Baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  130. Tağıyev, Anar. "ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 28 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  131. Ünal, Sevil Hilalqızı. "TDT-nin Baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib - BƏYANAT". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  132. Ünal, Sevil Hilalqızı. "TÜRKSOY-un baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayıram"". Report İnformasiya Agentliyi (az.). 29 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2023.
  133. Ağacanova, Humay. "GUAM Azərbaycan səfirliyində terror törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir". Trend İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  134. 1 2 Tağıyev, Anar. "Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  135. Cəfərli, Real. "İƏT-in Baş katibi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib". Report İnformasiya Agentliyi (az.). 31 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  136. Novruzov, Kənan. "İƏT Gənclər Forumunun prezidenti Azərbaycan xalqına başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 27 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  137. Babazadə, Səid. "QDİƏT Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb". Azəri Press Agentliyi (az.). 30 yanvar 2023. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.