Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalinin
Kalinin (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kalinin vilayəti — Tver vilayətinin 1990-cı ilə qədərki adı. Kalinin rayonu (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin rayonu. Mixail Kalinin — SSRİ dövlət xadimi.
İvan Kalinkin
İvan Kalinkin (tam adı: İvan Alekseyeviç Kalinkin, rus. Иван Алексеевич Калинкин; 23 iyun 1935, Çeldayevo[d], Orta Volqa diyarı – 18 iyun 2012) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü, Rusiya Federasiyası Əməkdar Mədəniyyət İşçisi (1995). Şair Ulyanovsk vilayəti, İnjenski rayonu, Çeldayevo kəndində, bir kəndli ailəsində doğulmuşdur. Atası 1944-cü ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. Atası həlak olduqdan sonra anası ilə birlikdə Mordoviya Muxtar Sovet Soaialist Respublikası, Bolçeiqnatovski rayonu ərazisinə köçmüşdür. O, Semyonovka və Kommunar qəsəbələrində yaşamışdır. Bolşeiqnatski rayonunda orta məktəbi və Ardatovskaya Mədəniyyət məktəbini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra Staroe Çamzino kənd klubunda rəhbər olmuşdur (1956—1959). 1959-cu ilin mart ayından Bolçeiqnatovski «Znamiya truda» qəzetinin əməkdaşı olur. Sonradan Ardatovskaya rayonunda «Mayak», Romodomskayada isə «Pobedı» qəzetlərində ədəbi işçi, Bolçeiqnatovskidə buraxılan «Vosxod» qəzetində şöbə müdiri işləmişdir.
Oskar Qalindez
Oskar Qalindez (5 iyun 1971) — Argentinanı təmsil edən triatlonçu. Oskar Qalindez Argentinanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 28-ci pillədə başa vurdu.
Kalinin (Baymak)
Kalinin (başq. Калинин, rus. Калинино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Sibay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 47 km, kənd sovetliyindən (Köhnə Sibay): 12 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 6 km. Nadkina Karavaeva Şkolnaya 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, ruslar, tatarlar üstünlük təşkil edir.
Kalinin vilayəti
Tver vilayəti (rus. Тверская область; 1990-cı ilə qədər Kalinin vilayəti) — Rusiya Federasiyasının subyektlərindən biri.
Mixail Kalinin
Mixail Kalinin (7 (19) noyabr 1875, Verxnaya Troitsa[d], Tver quberniyası[d] – 3 iyun 1946[…], Moskva) — SSRİ dövlət xadimi. Kəndli ailəsində doğulmuşdur. Əmək fəaliyyətinə 1893-cü ildə Peterburqda başlamışdır. 1896-cı ildən Putilov zavodunda (Peterburq) tornaçı işləmiş, marksist dərnəyi yaratmışdır. 1900-cü ilin aprelində Tbilisiə sürgün olunmuşdur (oraya gedərkən yolüstü Bakıya gəlmiş, Balaxanıda gizli yığıncaqda iştirak etmişdir.). Həmin ildə həbs olunub Metex qalasına salınmış, 1901-ci ildə Revelə (indiki Tallin) sürgün edilmişdir. Leninçi "İskra"nın agenti və müxbiri idi. 1905-ci ildə Putilov zavodunun bolşevik təşkilatına başçılıq etmiş, 1906-cı ildə RSDFP Peterburq Komitəsinin üzvü seçilmiş, partiyanın 4-cü qurultayının nümayəndəsi olmuşdur. 1908–1910-cu illərdə Moskvada, 1911–1912-ci illərdə Peterburqda işləmiş, RSDFP Peterburq Komitəsinin tərkibinə daxil olmuş, Vıborq rayonunun partiya təşkilatına rəhbərlik etmişdir. Oktyabr inqilabından sonra Petroqrad şəhər bələdiyyəsinin başçısı, 1918-ci ildə şəhər təsərrüfatı komissarı vəzifələrində işləmişdir.
Zoran Kaliniç
Zoran Kaliniç (20 iyul 1958) — Yuqoslaviyanı və Müstəqil Komandanı təmsil edən stolüstü tennisçi. Zoran Kaliniç Yuqoslaviyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Zoran Kaliniç Müstəqil Komandanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Kalinin rayonu (Ufa)
Kalinin rayonu (rus. Кали́нинский райо́н, başq. Калинин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kalinin rayonu Ufa şəhərinin şimal-şərqində yerləşir. Rayonun ərazisi 201 kvadrat kilometrdir. XVI əsrin axırlarında hal-hazırda rayonun yerləşdiyi ərazidə, Çernikovo (rus. Черниково) adlı bir kənd yaranmışdır. Bu kəndin adı, əmlak sahibi olan, Nijni Novqorodlu vitze-qubernator Mixail Naqoyun oğlu, İvan Çernikov-Onuçinin adından götürülmüşdür. 23 dekabr 1931 tarixində, Başqırd MSSR-in əmri ilə Çernikov kəndi rəsmiləşdirilmişdir. 1936-cı ildə kənd, Ufa şəhər dairəsinə Stalin rayonu (rus.